Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bölmələr

Namazın tərcüməsi.

 

Fatihənin tərcüməsi:

 

Mərhəmətli, rəhmli Allahın adı ilə!
Həmd (şükür və tərif) olsun Allaha (və ya: Həmd məxsusdur Allaha) – aləmlərin Rəbbinə,
(Bu dünyada hamıya) mərhəmətli, (axirətdə isə ancaq möminlərə) rəhmli olana,
Haqq-Hesab (qiyamət) gününün sahibinə!
Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!
Bizi doğru (düz) yola yönəlt!
Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

 

İxlas surəsinin tərcüməsi:

Mərhəmətli, rəhmli Allahın adı ilə!
(Ya Peyğəmbər! Allahın zatı və sifətləri haqqında səndən soruşan müşriklərə) de: “(Mənim Rəbbim olan) O Allah birdir (heç bir şəriki yoxdur);
Allah (heç kəsə, heç nəyə) möhtac deyildir! (Hamı Ona möhtacdır; O, əzəlidir, əbədidir!)
O, nə doğmuş, nə də doğulmuşdur! (Allah Özünə heç bir övlad götürməmişdir!)
Onun heç bir tayı-bərabəri (bənzəri) də yoxdur!”

 

Rükunun zikri:

“Subhanə Rabbiyəl-azimi və bihəmdi”

 Mənim böyük Pərvərdigarımı hər eyb və nöqsandan pak və münəzzəh bilib Ona həmd-sitayiş edirəm.

 

Səcdənin zikri

“Subhanə Rabbiyəl-a’lə və bihəmdih”

 Mənim hamıdan uca məqamlı Pərvərdigarımı hər eyb və nöqsandan pak və münəzzəh bilib Ona həmd-sitayiş edirəm.

 

Təsbihati-ərbəənin tərcüməsi

“Subhanəllahi vəlhəmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər”

 Hər eyb və nöqsandan pak və münəzzəhdir Allah, həmd, tə’rif yalnız Allaha məxsusdur, Allahdan başqa heç bir mə’bud yoxdur. Allah hamıdan böyükdür.

 

Təşəhhüd:

“Əşhədu ən la ilahə illəllah, vəhdəhu la şərikə ləh, və əşhədu ənnə Muhəmmədən əbduhu və Rəsuluh. Allahummə səlli əla Muhəmmədin və Ali-Muhəmməd.”

Allaha həmd-səna və tərif olsun. Şəhadət verirəm ki, Allahdan başqa ayrı bir məbud yoxdur və şəhadət verirəm ki, Məhəmməd Onun bəndəsi və elçisidir. Ey mənim Allahım! Məhəmməd və Onun ailəsinə öz rəhmətini göndər.

 

Salamlar:

“Əssəlamu ələykə əyyuhən-Nəbiyyu və rəhmətullahi və bərəkatuh”

Ey Peyğəmbər! Sənə salam, Allahın rəhmət və bərəkəti olsun.

“Əssəlamu ələyna və əla ibadillahis-salihin”

Salam olsun bizə və Allahın saleh bəndələrinə.

“Əssəlamu ələykum və rəhmətullahi və bərəkatuh”

Sizə salam və Allahın rəhməti və bərəkəti olsun.

 

“Səmiəllahu limən həmidəh”-Allah ona həmd-səna edənlərin həmd-sənasını qəbul etsin!

İstifadəçi girişi
Təqvim
«  Noyabr 2017  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
  12345
6789101112
13141516171819
20212223242526
27282930
Axtarış
Dost saytlar
Sayğac

Online: 2
Qonaqlar: 2
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2017
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci (2007) ildən fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz