Baş səhifə İmam Səccadın (ə) mövludu - İslamiyyət forumu QeydiyyatGiriş
[ Yeni ismarıclar · Üzvlər  · Axtarış · RSS ]
Страница 1 из 11
İslamiyyət forumu » İslam » 14 məsum » İmam Səccadın (ə) mövludu
İmam Səccadın (ə) mövludu
AdministratorTarix: Çərşənbə axşamı, 28.07.2009, 15:44 | İsmarıc # 1
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Əssalamu aleykum. Bu gün isə daha bir mü mübarək gün- İmam Səccadın (əleyhissalam) mövlududur. Bu münasibətlə bütün Əhli-beyt məktəbi nümayəndələrini təbrik edirəm. Allah-Təala bu dünyada o həzrətin ziyarətini, axirətdə isə şəfaətini nəsib etsin! Amin!


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
AdministratorTarix: Çərşənbə axşamı, 28.07.2009, 15:46 | İsmarıc # 2
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



İmam Əli ibn Hüseyn - İmam Səccad (ə), üçüncü İmam Hüseyn ibn Əlinin (ə) oğludur. Həzrətin anasının adı Şəhrəbanu olub. İmam Əli ibn Hüseynin (ə) ən məşhur ləqəbləri Zeynül-abidin və Səccaddır. İmam Səccad (ə) hicrətin 38-ci ilində dünyaya gəlmişdir. Uşaqlıq illərini Mədinə şəhərində keçirmişdir. Təxminən iki il babası Həzrət Əlinin (ə) xilafət illərini görmüş, ondan sonra isə on il əmisi Həzrət Həsənin (ə) imamət dövründə yaşamışdır. İmam Həsən (ə) bu on ilin yalnız altı ayını xilafət başında durmuşdur. Hicrətin 50-ci ili imam Həsənin (ə) şəhadətindən sonra Müaviyənin hakimiyyətinin möhkəmləndiyi bir dövrdə onunla mübarizə aparan İmam Hüseyn (ə) ilə on il çiyin-çiyinə durmuşdur. Hicrətin 61-ci ilinin məhərrəm ayında inqilab və atasının şəhadəti zamanı Kərbəlada olmuşdur. Kərbəla faciəsindən sonra digər Əhli-beyt əsirləri ilə birlikdə Kufəyə, sonra isə Şama əsir aparılmışdır. Bu səfərdə o, müsibət və çətinliklər zamanı digər əsirlərin pənahı və himayədarı olmuşdur. O, bu səfər zamanı öz mətin çıxışları ilə lənətlik Yezid istibdadının əsaslarını sarsıtmışdır. Şamdan qayıtdıqdan sonra Mədinə şəhərində yaşamağa başladı. Nəhayət hicrətin doxsan dörd, ya da doxsan beşinci ili xilafəti qəsb etmiş Vəlid ibn Əbdülməlikin əmrilə zəhərləndirilərək, şəhadətə qovuşmuşdur. Bəqi qəbiristanlığında əmisi İmam Həsənin (ə) məzarının kənarında dəfn olunmuşdur.
İmamın mübarək mövlud günü münasibətilə bütün Əhli-beyt aşiqlərini təbrik edirik!

haqqyolu.org


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
İslamiyyət forumu » İslam » 14 məsum » İmam Səccadın (ə) mövludu
Страница 1 из 11
Поиск:

Müstəqil İslam saytı © 2017
Конструктор сайтов - uCoz