Baş səhifə Ehli-beytin (e) meqamı - İslamiyyət forumu QeydiyyatGiriş
[ Yeni ismarıclar · Üzvlər  · Axtarış · RSS ]
  • Страница 1 из 3
  • 1
  • 2
  • 3
  • »
İslamiyyət forumu » İslam » 14 məsum » Ehli-beytin (e) meqamı
Ehli-beytin (e) meqamı
PünhanTarix: Şənbə, 05.07.2008, 18:06 | İsmarıc # 1
Leytenant
Qrup: Super moderator
İsmarıclar: 459
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ




Peygemberlerin sonuncusu ve kainatin en sereflisi olan Hezreti Muhammedin(s),elece de,onun Ehli beytinin pak ruhlarina salam ve salat olsun.

إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

«Heqiqeten Allah-taala yalnız siz Ehli-beytden pislik ve cirkinlikleri uzaqlasdırıb ve sizi pak ve pakize etmek isteyib.» (Ehzab-33)


Ədəb sayılsada məclisdə susmaq,
Məsləhət zamanı danışmaq gərək.
İki şey ağıla nöqsan sayilir:
Yersiz susmaq ilə, yersiz söz demək.
 
AdministratorTarix: Bazar, 20.07.2008, 16:34 | İsmarıc # 2
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Əhli-beyt (ə) o şəsxlərə aiddir ki, Quran onların evində nazil olmuşdur və onlar şəriət hökmlərini hamıdan kamil bilirlər. Əhli-beytə daxil olan şəxslər harada olurlarsa olsunlar Peyğəmbərin (s) yaxın qohumu sayılırlar.
“Əhli-beyt” sözü lüğətdə “Ev əhli” mənasında işlənir. Lakin Peyğəmbərin (s) Əhli-beyti isə yalnız xüsusi şəxslərə aid edilir. Bu şəxlərin kimliyi haqqında Həzrəti Peyğəmbərdən (s) kifayət qədər hədis nəql olunmuşdur. Məsələn qeyd olunmuş hədislərin birində deyilir ki, Peyğəmbər (s) buyurmuşdur: ”Mənim Əhli-beytim Əli, Fatimə, onun iki övladı (Həsən və Hüseyn) və Hüseynin nəslindən olan doqquz nəfər əməlisaleh imamlardır. Onlar mənim itrətim, ətim və qanımdır” (“Kifayətül-əsər” və “Təfsiri-burhan”).

Qurani-Kərimdə isə Əhli-beytin (ə) bütün günahlardan pak olduğu vurğulanmışdır: “Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!” (“əl-Əhzab” surəsi, ayə 33).
“Yənabiul-məvəddə” əsərində Peyğəmbərdən (s) bu haqqda hədis nəql olunmuşdur: “Mən, Әli, Həsən, Hüseyn və Hüseynin övladlarından doqquz şəxs bütün pisliklərdən paklanmış və bütün günahlardan məsumdurlar”.

Ümmul möminin Aişə Peyğəmbərdən (s) rəvayət etmişdir ki, Rəsulullah (s) üzərində qara naxışlı bir parça olduğu halda çıxdı. Bu zaman Həsən gəldi. Onu örtüyün altına saldı, sonra Hüseyn gəldi, onu da saldı, sonra Fatimə gəldi, onu da saldı. Sonra Əli gəldi, onu da saldı. Sonra dedi: "Siz ey ev əhli! Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz, pak etmək istər" (“əl-Əhzab”, 33) (“Müslim”, Fadalius- səhabə, 61/2424).


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
PünhanTarix: Bazar ertəsi, 21.07.2008, 16:27 | İsmarıc # 3
Leytenant
Qrup: Super moderator
İsmarıclar: 459
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Peygember(s) heyetinin son anlarinda bele buyurmusdur:
"Men sizin aranizda iki agir ve deyerli emanet qoyub gedirem.Onlardan biri Allahin kitabi,digeri ise Ehli beytimdir.Onlar qiyamet gunu Kovser hovuzunda mene catana qeder bir -birinden ayrilmazlar."
Subhesiz ki,Qurani -kerim her nov sehvden,xetadan amandadir.Aydindir ki,Allahin kitabi ezemetli ismete malikdirse Peygember(s)in Ehli-beyti de her nov sehvden amanda olacaqdir.Cunki bu hedisde Peygemberin(s) Ehli-beyti (itreti) ummete yol gostermek, onlari hidayet etmek meqaminda Qurani-Kerimin beraberi kimi teqdim edilmisdir.Bir sozle desek, me sum olmayan shexs ve ya shexslerin Allahin kitabi ile yanasi qeyd olunmasinin menasi yoxdur.


Ədəb sayılsada məclisdə susmaq,
Məsləhət zamanı danışmaq gərək.
İki şey ağıla nöqsan sayilir:
Yersiz susmaq ilə, yersiz söz demək.
 
AZERITURKTarix: Çərşənbə axşamı, 13.01.2009, 15:52 | İsmarıc # 4
Əsgər
Qrup: İstifadeçi
İsmarıclar: 32
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



«Heqiqeten Allah-taala yalnız siz Ehli-beytden pislik ve cirkinlikleri uzaqlasdırıb ve sizi pak ve pakize etmek isteyib.» (Ehzab-33)

HORMETLI IRAVANI QARDASHIM AYENI OLDUQU KIMI YAZMAQ LAZIMDI.

“Ey Ehli-beyt! Allah sizdEn çirkinliyi (günahı) yox etmEk vE sizi tErtEmiz (pak) etmEk istEr!” (“El-Ehzab” surEsi, ayE 33).

Добавлено (13.01.2009, 15:43)
---------------------------------------------
SALAM.ZEHMET OLMASA MESUM SAYDIQLARINIZIN MESUMLUQUNA BU AYADEN BASHQA DELILLERINIZI DEYERDINIZ....

Добавлено (13.01.2009, 15:52)
---------------------------------------------
SALAM.ZEHMET OLMASA MESUM SAYDIQLARINIZIN MESUMLUQUNA BU AYADEN BASHQA DELILLERINIZI DEYERDINIZ....


haqqi axtarin , insheallah axtaran tapar
 
PünhanTarix: Çərşənbə axşamı, 13.01.2009, 17:22 | İsmarıc # 5
Leytenant
Qrup: Super moderator
İsmarıclar: 459
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote (AZERITURK)
SALAM.ZEHMET OLMASA MESUM SAYDIQLARINIZIN MESUMLUQUNA BU AYADEN BASHQA DELILLERINIZI DEYERDINIZ....

Muhamməd (s) buyurub: “Mən sizin aranızda iki ağır və qiymətli şey qoyuram. Biri Allahın kitabı (Quran) digəri Əhli-beytimdir. Nə qədər ki, bu iki şeydən yapışsanız heç vaxt yolunuzdan azmazsınız” Bu hədis mutəvatir hədislərdəndir. Hər iki məzhəb alimləri kitablarında bunu nəql ediblər.
şübhesiz ki, Qurani -kerim her növ sehvden, xetadan amandadir. Aydindir ki,Allahin kitabi əzəmətli ismete malikdirse Peygember(s)in Ehli-beyti de her nov sehvden amanda olacaqdir. Cunki bu hedisde Peygemberin (s) Ehli-beyti (itreti) ummete yol gostermek, onlari hidayet etmek meqaminda Qurani-Kerimin beraberi kimi teqdim edilmisdir. Bir sozle desek, me sum olmayan şəxs ve ya şəxslərin Allahin kitabi ilə yanasi qeyd olunmasinin mənasi yoxdur.


Ədəb sayılsada məclisdə susmaq,
Məsləhət zamanı danışmaq gərək.
İki şey ağıla nöqsan sayilir:
Yersiz susmaq ilə, yersiz söz demək.
 
AZERITURKTarix: Çərşənbə axşamı, 13.01.2009, 20:13 | İsmarıc # 6
Əsgər
Qrup: İstifadeçi
İsmarıclar: 32
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



BU DELOL DEYIL, BU YALNIZ FERZIYYEDIR . SIZ DEYESEN BILMIRSINIZ DELIL NE DEMEKDIR.KONKRET OLARAQ QURANDA VE YA HANSI PEYQAMBER S A S -DEN HANSI SEHIH HEDISDE 14 NEFERIN MESUMLUQU BILDIRILIB?


haqqi axtarin , insheallah axtaran tapar
 
MIRAQATarix: Çərşənbə axşamı, 13.01.2009, 22:42 | İsmarıc # 7
Əsgər
Qrup: İstifadeçi
İsmarıclar: 40
Reytinq: 0
Xəbərdarlıq: 100%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



AZERITURK,

hüseynin qəbrinin palçığı bütün dərdlərə dərmandır. onu yeyərkən, belə deyirsən:"bimilləh və billəh allahummə icəlhu rizqan vasian va limən nəfian va şifaən min kulli dain"("biharul-ənvar", c.98, səh. 129)


Peyğəmbər sizə nə verirsə onu götürün, nəyi qadağan edirsə ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir." (Həşr 7)
 
AZERITURKTarix: Çərşənbə, 14.01.2009, 10:37 | İsmarıc # 8
Əsgər
Qrup: İstifadeçi
İsmarıclar: 32
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



MOHURU NECE YEMEK OLARMI? TEBII KI DERMAN KIMI, MUALICE NIYYETILE?


haqqi axtarin , insheallah axtaran tapar
 
PünhanTarix: Çərşənbə, 14.01.2009, 17:30 | İsmarıc # 9
Leytenant
Qrup: Super moderator
İsmarıclar: 459
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote (AZERITURK)
BU DELOL DEYIL, BU YALNIZ FERZIYYEDIR . SIZ DEYESEN BILMIRSINIZ DELIL NE DEMEKDIR.KONKRET OLARAQ QURANDA VE YA HANSI PEYQAMBER S A S -DEN HANSI SEHIH HEDISDE 14 NEFERIN MESUMLUQU BILDIRILIB?


Bu hədisin səhihliyinə şübhə yoxdur.
BUyurun bu hədisinəql etmiş məşhur əhli sünnət və şiə alimlərinin mötəbər sayılan mənbələrinə müraciət edək.

11119. Əbu Səid Xidri Rəsulullahdan (s) nəql edib: “Mən özümdən sonra sizin aranızda iki qiymətli şey qoyub gedirəm. O iki şey biri digərindən əzəmətlidir:-Onlardan biri Allahın kitabıdır ki, asimandan yerə uzadılmış möhkəm ip kimdir, ikincisi mənim itrətim Əhli-beytimdir. Bu iki şey Kovsər hovuzunun yanında mənə yetişənə qədər biri digərindən ayrılmazMusnəde Əhməd (cd)11119, (kt) 10720
Biharul-ənvar, bab fəzail əhli-beyt 23/108

11147. Əbu Səid Xidri: Rəsulullah (s) buyurdu: “Yaxın bir zamanda Rəbbim tərəfindən çağırılacağam (yəni Həzrət Əzrayil mənim sorağıma gələcək) və mən Rəbbimin dəvətini qəbul edərəm. Mən sizin aranızda iki qiymətli şey qoyub gedirəm: Cəlal və Cəmal sahibi olan Allahın kitabını və itrətimi. Allahın kitabı asimandan yerə uzanmış möhkəm bir ipdir və Mənim itrətim Əhli-beytimdir. Hər şeydən agah olan Lətif Allah Mənə xəbər verib ki, o iki şey biri digərindən ayrılmazlar ta ki, Kovsər hovuzunun yanında mənə varid olarlar. Agah və diqqətli olun ki, məndən sonra onlarla necə rəftaredərsiniz!” Musnəde Hənbəl (cd) 11147 (kt) 10747


Ədəb sayılsada məclisdə susmaq,
Məsləhət zamanı danışmaq gərək.
İki şey ağıla nöqsan sayilir:
Yersiz susmaq ilə, yersiz söz demək.
 
AdministratorTarix: Çərşənbə, 14.01.2009, 21:15 | İsmarıc # 10
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote
BU DELOL DEYIL, BU YALNIZ FERZIYYEDIR . SIZ DEYESEN BILMIRSINIZ DELIL NE DEMEKDIR.KONKRET OLARAQ QURANDA VE YA HANSI PEYQAMBER S A S -DEN HANSI SEHIH HEDISDE 14 NEFERIN MESUMLUQU BILDIRILIB?

Əvvəla Əhzab surəsində Əhli-beytin (ə) günahlarından pak olduğu açıq-aşkar göstərilir: "Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!"

12 imamın mövcudluğuna dair sizin mənbələrdə də hədislər var:
“Səhihi-Müslim” kitabında Cabir ibn Sumrənin belə dediyi nəql olunur: “Allahın Rəsulundan (s) eşitdim ki, belə buyurdu:
لا يَزالُ الْاِسْلامُ عَزيزاً اِلى اِثْنى عَشَرَ خَليفَةً – ثُمَّ قالَ كَلِمَةً لَمْ اَفْهَمْها! فَقُلْتُ لِاَبِى ما قالَ؟ فَقالَ كُلُّهُم مِنْ قُرَيْشٍ!:
“On iki xəlifə müsəlmanlara rəhbərlik edən vaxta qədər İslam izzətli olacaq.” Sonra o həzrət bir söz dedi ki, mən başa düşmədim. Atam Peyğəmbərə (s) yaxın olduğundan, ondan “Peyğəmbər (s) nə buyurdu?” deyə soruşduqda, atam (Peyğəmbərin (s) belə buyurduğunu) dedi: “Onların hamısı Qüreyş tayfasındandır!”

Həmin kitabda başqa bir sənədlə Cabir ibn Abdullah Ənsaridən “La yəzalul-İslamu əzizən” (İslam dini həmişə əziz olacaqdır) ifadəsinin yerində “La yəzalu hazəl-əmr” (Bu iş həmişə davam edəcəkdir) ifadəsini nəql etmişdir.
Başqa bir hədisdə isə “La yəzalu hazəd-din əzizən məniən” (Bu din həmişə izzətli və yenilməz olacaqdır), deyə buyurulmuşdur.
Bir hədisdə Amir ibn Səd ibn Əbi Vəqqasdan belə nəql edilir: “Cabir ibn Sumrəyə məktub yazıb bildirdim ki, Peyğəmbəri-əkrəmdən (s) eşitdiyi hədisləri mənə yazıb göndərsin. O da mənə belə yazmışdı: “Mən Peyğəmbərin (s) belə buyurduğunu eşitdim: “İslam dini qiyamətə qədər yaşayacaq və mütləq sizə Qüreyş tayfasından olan on iki xəlifə rəhbərlik edəcək!” Həmçinin belə buyurdu: “Müsəlmanların kiçik bir qismi “Ağ” evi, “Kəsra” evini, yaxud da “Kəsra” övladlarını fəth edəcək!” Sonra xəbərdarlıq etdi: “Qiyamətdən qabaq yalançılar meydana çıxacaq, onlardan uzaqlaşın! (Müslim, cild 3, səh. 1453).

Bu hədis “Səhihi-Buxari” kitabında oxşar ifadələrlə Cabir ibn Abdullah Ənsarinin Peyğəmbəri-əkrəmdən (s) belə eşitdiyi nəql olunmuşdur:
يَكُونُ اِثْنى عَشَرَ اَمِيراً فَقالَ كَلِمَةً لَمْ اَسْمَعْها! فَقالَ اَبِى اِنَّهُ قالَ: كُلُّهُم مِنْ قُرَيْشٍ!:
“Məndən sonra on iki əmir olacaq.” Sonra həzrət bir söz buyurdu ki, mən eşitmədim. Atam dedi ki, həzrət deyirmiş: “Onların hamısı Qüreyş tayfasındandır!” (cild 3, səh. 101).

Bir yerdə Məsruqun belə dediyini görürük: “Biz Abdullah ibn Məsudun yanında oturmuşduq, o bizə Quran oxuyurdu. Bir nəfər ondan “Heç Peyğəmbərdən (s) öyrənmisinizmi ki, bu ümmətə neçə nəfər xəlifəlik edəcəkdir?” deyə soruşduqda, “İraqa gəldiyim vaxtdan səndən başqası bu sualı soruşmamışdır!” deyərək belə əlavə etdi: “Bəli, bunu Allahın Rəsulundan (s) soruşduqda, buyurdu:
اِثْنى عَشَرَ كَعِدَّةِ نُقَباءِ بَنِى اِسْرائِيلَ:
“Bəni-İsrailin (saleh) rəhbərlərinin sayı qədər, on iki nəfərdir!”

Mən sizdən soruşuram, hədislərdə bu qədər qeyd olunan 12 rəhbər kimdir?!

Özünüz əqli olaraq düşünün insanları hidayət etməli olan Əhli-beyt necə günahkar ola bilər? Özü günahlara mürtəkib olanlar insanlara necə rəhbər göndərilə bilər?!

Peyğəmbər (s) buyurmuşdur: “Mən, Әli, Həsən, Hüseyn və Hüseynin övladlarından doqquz şəxs bütün pisliklərdən paklanmış və bütün günahlardan məsumdurlar” (“Yənabiul-məvəddə”).

Peyğəmbərin (s) bəzi zövcələrindən nəql olunmuş rəvayətlərdə deyilir ki, “Təthir” ayəsindən söz salıb Peyğəmbərdən (s) soruşduq: “Bu ayə bizə də şamil olurmu?” Həzrət buyurdu: “Siz də yaxşısınız, lakin bu ayə sizə şamil olmur!”
O cümlədən, (“Kəbir” təfsirinin müəllifi, 4-cü və 5-ci əsrlərin məşhur əhli-sünnə alimi) Sələbi öz təfsirində Peyğəmbərin (s) zövcəsi olan Ümmü Sələmədən belə nəql edir: Bir gün Fatimə (ə.s) Peyğəmbərə (s) yemək gətirdi. O həzrət buyurdu: “Həyat yoldaşını, övladların Həsən və Hüseyni çağır.” Onlar gəldilər və yeməkdən sonra Peyğəmbər (s) əbasını onların üstünə atıb buyurdu: “İlahi! Bunlar mənim Əhli-beytim və itrətimdir, çirkinliyi onlardan uzaqlaşdır və onları pak-pakizə et!” Bu zaman “Təthir” ayəsi nazil oldu... Mən o həzrətdən “Ey Allahın Rəsulu! Mən də sizdənəmmi” deyə soruşdum. O buyurdu: “Sən də yaxşısan (amma bu zümrədən deyilsən)!” (əl Mizan c. 16, səh. 311).

Rəvayətlərin bir qismində deyilir ki, “Təthir” ayəsi nazil olduqdan sonra Peyğəmbər (s) bir neçə ay (bəzi rəvayətlərdə altı, bəzilərində doqquz ay) sübh namazına gedərkən Fatimeyi-Zəhranın (ə.s) evinin yanından keçərək uca səslə deyirdi:
اَلصَّلوة! يا اَهْلَ بَيْتِ! اِنَّما يُرِيدُاللهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ اَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيراً:
“Ey Əhli-beyt, namaz (vaxtıdır)! (Sonra bu ayəni tilavət edirdi:) Həqiqətən, Allah siz Əhli-beytdən bütün çirkinliyi uzaqlaşdırıb, sizi pak etmək istəyir!”

Quote
MOHURU NECE YEMEK OLARMI? TEBII KI DERMAN KIMI, MUALICE NIYYETILE?

Torpaq yemək haramdır. İmam Hüseynin (ə) türbətini (şəfa üçün) az miqdarda suda həll edib içmək caizdir.


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
AZERITURKTarix: Çərşənbə, 14.01.2009, 23:25 | İsmarıc # 11
Əsgər
Qrup: İstifadeçi
İsmarıclar: 32
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



1.BURDA ACIQ YAZILIR AXI <SIZI PAK ETMEK ISTER>....SIZI PAK ETDI-YOX.....
2.BURDA SOHBET EHLI-BEYTDEN GEDIR. SIZ ISE IMAMLARIN HAMISINI MESUM SAYIRSINIZ. IMAMLAR EHLIBEYT DEYILLER AXI....
3. BU AYE YALNIZ SHIYELER TEREFINDEN BELE TEFSIR OLUNUR, EHLISUNNEDE BASHQA CURE TEFSIR OLUNUR,

Добавлено (14.01.2009, 23:25)
---------------------------------------------
1.BURDA ACIQ YAZILIR AXI <SIZI PAK ETMEK ISTER>....SIZI PAK ETDI-YOX.....
2.BURDA SOHBET EHLI-BEYTDEN GEDIR. SIZ ISE IMAMLARIN HAMISINI MESUM SAYIRSINIZ. IMAMLAR EHLIBEYT DEYILLER AXI....
3. BU AYE YALNIZ SHIYELER TEREFINDEN BELE TEFSIR OLUNUR, EHLISUNNEDE BASHQA CURE TEFSIR OLUNUR,


haqqi axtarin , insheallah axtaran tapar
 
PünhanTarix: Cümə axşamı, 15.01.2009, 16:17 | İsmarıc # 12
Leytenant
Qrup: Super moderator
İsmarıclar: 459
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote (AZERITURK)
BURDA ACIQ YAZILIR AXI ....SIZI PAK ETDI-YOX.....

happy wink

Добавлено (15.01.2009, 16:17)
---------------------------------------------

Quote (AZERITURK)
BURDA SOHBET EHLI-BEYTDEN GEDIR. SIZ ISE IMAMLARIN HAMISINI MESUM SAYIRSINIZ. IMAMLAR EHLIBEYT DEYILLER AXI....

Bəs kimlərdir?
wacko

Quote (AZERITURK)
BU AYE YALNIZ SHIYELER TEREFINDEN BELE TEFSIR OLUNUR, EHLISUNNEDE BASHQA CURE TEFSIR OLUNUR,

EHLISUNNEDE necə təfsir olunur?


Ədəb sayılsada məclisdə susmaq,
Məsləhət zamanı danışmaq gərək.
İki şey ağıla nöqsan sayilir:
Yersiz susmaq ilə, yersiz söz demək.
 
AdministratorTarix: Cümə axşamı, 15.01.2009, 17:22 | İsmarıc # 13
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote
1.BURDA ACIQ YAZILIR AXI <SIZI PAK ETMEK ISTER>....SIZI PAK ETDI-YOX.....

Allahın istəyi məgər gerçəkləşmir? Məgər bir şeyi Allahın diləməsi kifayət deyilmi? dry

Quote
2.BURDA SOHBET EHLI-BEYTDEN GEDIR. SIZ ISE IMAMLARIN HAMISINI MESUM SAYIRSINIZ. IMAMLAR EHLIBEYT DEYILLER AXI....

Aha... Bunu haradan eşitmisiniz? Bu barədə ixtilaf yoxdur. Təkcə Həsən və Hüseynin (əleyhimüssalam) Əhli-beytdən olması haqqında hədis "n" qədərdir. Bunların bir neçəsini qeyd etmişik. Siz buyurun dəlil gətirin ki, imamlar Əhli-beytdən deyil... Havadan danışmayın.

Quote
3. BU AYE YALNIZ SHIYELER TEREFINDEN BELE TEFSIR OLUNUR, EHLISUNNEDE BASHQA CURE TEFSIR OLUNUR,

Problem də buradadır. Şiələr nəyə görə sünnilərə əsaslanmalıdırlar? Şiələr bunu Əhli-beytin (ə) göstərişlərinə uyğun təfsir ediblər. Hər məzhəbin öz yolu var.


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
MIRAQATarix: Cümə axşamı, 15.01.2009, 22:55 | İsmarıc # 14
Əsgər
Qrup: İstifadeçi
İsmarıclar: 40
Reytinq: 0
Xəbərdarlıq: 100%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote (Adminstrator)
Allahın istəyi məgər gerçəkləşmir? Məgər bir şeyi Allahın diləməsi kifayət deyilmi?

BU FETVANI SEN VERDIN ?? biggrin

ALLAH OZ BENDELERINE ZULUM ETMEDI ONLAR OZLERI OZLERINE ZULUM ETDILER



Peyğəmbər sizə nə verirsə onu götürün, nəyi qadağan edirsə ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir." (Həşr 7)
 
PünhanTarix: Cümə axşamı, 15.01.2009, 23:16 | İsmarıc # 15
Leytenant
Qrup: Super moderator
İsmarıclar: 459
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote (MIRAQA)
BU FETVANI SEN VERDIN ??

Söhbət Quran ayesindən gedir.


Ədəb sayılsada məclisdə susmaq,
Məsləhət zamanı danışmaq gərək.
İki şey ağıla nöqsan sayilir:
Yersiz susmaq ilə, yersiz söz demək.
 
AdministratorTarix: Şənbə, 17.01.2009, 11:50 | İsmarıc # 16
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



"...Lakin Allah Öz istədiyini edər!" ("əl-Bəqərə", 253).

"(Ey insan!) Məgər bilmirsən ki, göylərin və yerin hökmü Allaha məxsusdur?! O, istədiyinə əzab verər, istədiyini bağışlar. Allah hər şeyə qadirdir!" ("əl-Maidə", 40).


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
AZERITURKTarix: Bazar ertəsi, 19.01.2009, 12:39 | İsmarıc # 17
Əsgər
Qrup: İstifadeçi
İsmarıclar: 32
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



1000 CUR KITAB ADI CEKIRSINIZ, HANSIKI BUNLARIN HEC 1-NIN SEHIHLIYINI BOYNUNUZA ALMIRSINIZ, MEN ISE SIZE DEYIREM QURANDAN DELIL GETIRIN.
1. QURANDAN DELIL GETIRINKI 14 NEFER HAMISI MESUMDUR. YENI MESELEN IMAM CAFER R-A NUN MESUMLUQUNA QURAQNDAN DELIL NEDIR? VE HER 1 IMAMIN AYRI-ATRILIQDA MESUMLUQUNA QURANDAN DELIL GETIRIN. BELE CIDDI 1 FETVANI QURANDAN DELIL OLMADAN NECE CIXARTMAQ OLAR? HEDISLER OLSADA QURANDAN HEC OLMASA 1-2 AYE OLMALIDIN AXI. ELE YAPISHMISINIZ EHZAB33-DEN. BURDA SOHBET PEYQAMBER S A S -IN EHLIBEYTINDEN . EV EHLINDEN GEDIR. YOXSA PEYQAMBERDEN NECE 100IL SONRA YASHAMISH SHEXSLERDEN GEDE BILMEZ... DELILLERINIZ OLDUQCA ZEIF VE INANDIRICI DEYIL.SIZIN METODLARA QALSA QURANI ISTENILEN YERE YOZMAQ OLAR. BU AYEDE PEYQAMBERDEN NECE 100 IL SONRA YASHAMISH SHEXS HAQDA HEC NE DEYILMEYIB, BU ACIQAYDIN QONDARMA FIKIRDI...UMUMOYYETLE INSAN OVLADI NECE MESUM OLA BILER QURANDA INSAN HAQDA DEFELERLE DEYILIB, 1 DEFEDE DEYILMEYIBKI SIZLERDEN KIMSE MESUMDUR, QURANDA 1 DEFEDE 14 IMAM SOZU ISHLENMEYIB, QURANDA 1 DEFEDE 14 MESUM SOZU ISHLENMEYIB.IMAMETIN UZERINDE QURULMUSH EQIDENIZIN 1 DENEDE OLSUN TUTARLI DELILI YOXDU.

Добавлено (19.01.2009, 12:15)
---------------------------------------------

Quote (Adminstrator)
Torpaq yemək haramdır. İmam Hüseynin (ə) türbətini (şəfa üçün) az miqdarda suda həll edib içmək caizdir.

NEYE ESASEN BUNU DEYIRSINIZ? DELIL NEDIR? QURANDA BELE 1 RESEPET YAZILIBMI?NE UCUN MEHZ IMAM HUSEYNI TURBETINDEN ISTIFADE ETMEK OLAR?DIGER IMAMLARIN TURBETLERININ SHEFA GUCU ZEIFDIRMI? EGER ZEIFDISE NIYE? ZEIF DEYILSE NIYE ONLARINDA ADLARINI CEKMEDINIZ? XAISH EDIREM QURAN DELILLERILE MUMKUNSE?

Добавлено (19.01.2009, 12:39)
---------------------------------------------

Quote (Adminstrator)
Torpaq yemək haramdır. İmam Hüseynin (ə) türbətini (şəfa üçün) az miqdarda suda həll edib içmək caizdir.

hüseynin qəbrinin palçığı bütün dərdlərə dərmandır. onu yeyərkən, belə deyirsən:"bimilləh və billəh allahummə icəlhu rizqan vasian va limən nəfian va şifaən min kulli dain"("biharul-ənvar", c.98, səh. 129)
---BES BU NE DEMEKDIR? SIZLERDE BELE SHEYLER COXDU 1-INIZ BELE DEYIRSINIZ O BIRINIZ BASHQA CURE....

Quote (İravani)
BURDA SOHBET EHLI-BEYTDEN GEDIR. SIZ ISE IMAMLARIN HAMISINI MESUM SAYIRSINIZ. IMAMLAR EHLIBEYT DEYILLER AXI....
Bəs kimlərdir?


IMAMLAR PEYQAMBER S A S -IN TOREMELERIDIR, ONDA BUTUN SEYYIDLERI MESUM SAYIN. EGER BU INSANLAR KONKRET BU 14 NEFERDISE QURANDAN DELIL GETIRIN.QURANDA BELE 1 SHEY YOXDU AXI, BU KIMLERINSE YOZMASIDIR. QURANDAN DELIL OLMADAN TEFSIR ETMEK,YOZMAQ ISE YANLISHLIQA CIXARIR , YUMSHAQ DESEK

Quote (İravani)
EHLISUNNEDE necə təfsir olunur

SHUKUR ALLAHA KOMPUN VAR SUNNU SAYTLARIDA NE COX ....

Quote (Adminstrator)
Aha... Bunu haradan eşitmisiniz? Bu barədə ixtilaf yoxdur. Təkcə Həsən və Hüseynin (əleyhimüssalam) Əhli-beytdən olması haqqında hədis "n" qədərdir. Bunların bir neçəsini qeyd etmişik. Siz buyurun dəlil gətirin ki, imamlar Əhli-beytdən deyil... Havadan danışmayın.

BES QALANLARININ ? DELILLERI QURANDAN GETIRIN MUMKUNSE.

Quote (Adminstrator)
Problem də buradadır. Şiələr nəyə görə sünnilərə əsaslanmalıdırlar? Şiələr bunu Əhli-beytin (ə) göstərişlərinə uyğun təfsir ediblər. Hər məzhəbin öz yolu var.

BELI MESELEDE ELE BURADADIR, MENE SIZIN YOLUN QURANLA DELILLERI MARAQLIDIR, BELE DELILLER ISE YOXDU. OLANLARDA AYELERIN HEDISLERE ESASEN TEFSIRIDIR. KONKRET , AYDIN QURAN AYELERI YOXDU, HEDISLER DEKI , OZUNUZ BILIRSINIZ INSAN EMEYININ MEHSULUDUR, XETADAN SIQORTA OLUNMAYIB


haqqi axtarin , insheallah axtaran tapar
 
ZehrayiNurTarix: Bazar ertəsi, 19.01.2009, 22:19 | İsmarıc # 18
Çavuş
Qrup: İstifadeçi
İsmarıclar: 141
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



AZERITURK,

Bir daha indi men birde sual verirem!

Siz Bu Ehli Beytden ne isteyirsiz?
Ne vermisen ala bilmirsen?

Birdeki Sen subut gostere bilersemi ki,Omer Pak Pakizedir?

Xais edirem Sehih kitablardan subut goturub gozume soxma Qurandan Olsun Tam Tutarli delil!

Sen hansi Mezhebinden danisirsan nehcul Belage qarsimda ola ola agzina geleni deyirdi budur?

Добавлено (19.01.2009, 22:19)
---------------------------------------------
AZERITURK, Bir dusunseler ki Soyus soyen insanlar dinden danisir vallah hec kes bizim dine yaxin dusmez!


«Ey insanlar! Rəbbinizdən qorxun!»
يَا أَيُّهَا النَّاسُ اتَّقُوا رَبَّكُمُ
 
MIRAQATarix: Bazar ertəsi, 19.01.2009, 22:58 | İsmarıc # 19
Əsgər
Qrup: İstifadeçi
İsmarıclar: 40
Reytinq: 0
Xəbərdarlıq: 100%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote (ZehrayiNur)
Siz Bu Ehli Beytden ne isteyirsiz?

qardashin yerine helelik men sene bir iki dene sizin kitablardan yazim oxu gor ehli beyte kim ne isteyir ve kim bohtan atir :))

Bashga shia alimi Allama Muhammad Bakir Al Maclisi revaet edir ki
قال كان رسول الله صلى الله عليه واله لا ينام حتى يضع وجههالكريم بين ثديي فاطمة عليها السلام
http://al-shia.com/html/ara/books/behar/behar43/a8.html
"Nabi (s.a.s) yatmirdi, hetta o vahta geder ki oz mubarek uzunu, Fatima (a.s) doshleri arasina goymurdu"

İbn Abbasdan rəvayət edilir ki, Faitmə (bir gün) evinə gəldikdə, Əlinin başını Cəfərin ona bağışladığı kənizin qucağında gördü. Hər bir qadında olan qısqanclıq hissi ona güc gəldi. Baş örtüyünü bağlayıb Peyğəmbərin yanına şikayətə getdi.
("Biharul-ənvar", cild 38, səh. 207)

Добавлено (19.01.2009, 22:58)
---------------------------------------------

Quote (ZehrayiNur)
Sen hansi Mezhebinden danisirsan nehcul Belage qarsimda ola ola agzina geleni deyirdi budur?


axtar bunu tap onda

Əli Əleyhissalam Əbu Bəkr və Ömər(Allah onlardan razı olsun) haqqında demişdir:
“Onlar İslamda insanarın ən fəzilətlisidir:s xəlifə siidiq və fəruq(haqla batili ayıran,Ömər bin Xəttabın peyğəmbər sallallahu aleyhi vasəlləm tərəfindən verilmiş ləqəbi, tərcüməçi).Onların İslamdam əzəmətli yeri vardır.(Məsimin,Nəhcul Bəlağanın şərhi cild 1\31, Tehran çapı)


Peyğəmbər sizə nə verirsə onu götürün, nəyi qadağan edirsə ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir." (Həşr 7)
 
AdministratorTarix: Çərşənbə axşamı, 20.01.2009, 12:30 | İsmarıc # 20
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Bəziləri soruşurlar ki, nə üçün Əli (ə)- ın adı Quranda çəkilməyib? Əhli-beyt kimlərdir? Peyğəmbər bu barədə nə deyib?
Buna cavab olaraq «Əhzab» surəsinin 33-cü ayəsini oxuyaq. Ayədə bizə belə bildirilir: «Allah Əhli-beyti yer üzündə seçib, bəyənib və bütün çirkinlikləri onlardan uzaqlaşdırıb».
Əgər Allah yer üzündə Əhli-beyti pak qərar veribsə demək, onlar heç vaxt yalan danışmazlar. Onların danışıqları hamısı Allah buyuran kimidir. Onların hərəkətlərində heç bir eyib və çirkinlik görünməz. Şeytan onlardan uzaqdır və onlara təsir göstərə bilmir. Çünki, Əhli-beyt pak və təmizdir. Bu, ayənin qısa surətdə mənasıdır.
Görək Əhli-beyt adları barəsində Ummu Sələmə, Aişə və səhabələr nə bilirdilər. Onlar Peyğəmbərə (s) çox yaxın olublar.
Bu barədə müxtəlif firqələrin kitablarında otuz üç hədis yazılıb ki, «Səhih Müslim», «Səhih Buxari», «Üsuli-Kafi» və digər kitablarda bunlar qeyd edilmişdir.
Ummu Sələmə xanımdan belə nəql olunur: «Əhzab surəsi bizim evdə nazil oldu. Peyğəmbər (s) mənim evimdə idi. Mənə dedi ki, qapıları bağla və başqa adamları içəri buraxma» və özü də namaz qılmağa başladı. Mənə dedi ki, dur namaz qıl! Mən evin qapılarını bağlamaq istəyirdim ki, Fatimə (s) gəldi. Onun əlində, içində yemək olan balaca bir qazan var idi. Həzrət mənə buyurmuşdu ki, heç kəsi içəri buraxmayım. Amma mən Fatimə (s)-ə necə deyə bilərdim ki, gəlmə. Fatimə içəri daxil olduqdan sonra yeməyi gətirib atasının qarşısına qoydu. Peyğəmbər (s) soruşdu ki, ya Fatimə əmin oğlu və oğlanların haradadırlar? O da evdədir, deyə cavab verdi. Həzrət mənə dedi ki, gedib onları çağırım, gəlsinlər. Mən də gedib Əliyə dedim ki, Peyğəmbər sənidə, Həsən və Hüseynidə çağırır. Həzrət iki oğlunun əlindən tutdu və mənimlə birlikdə peyğəmbərin yanına gəldik. Rəsulallah mənə işarə edərək bildirdi ki, namazımı qılım və öz işlərimlə məşğul olum. Nahar etdikdən sonra Peyğəmbər (s) əynindəki əbanı açdı və onlar hamısı əbanın altında qaldılar. Bu müqəddəs ayə o vaxt nazil oldu. Ayə nazil olduqdan sonra Peyğəmbər (s) bu sözləri buyurdu.[1] Mən də yaxınlaşaraq, ya Rəsulallah mən Əhli-beytdən deyiləmmi, deyə soruşdum. Mən sənin həyat yoldaşlarındanamsa, demək, mən də Əhli-beytdənəm. O, isə buyurdu: Sənin aqibətin xeyirlidir. Sən Peyğəmbər (s)-in xanımlarından birisən, amma Əhli-beytdən deyilsən. Mən başa düşdüm ki, «Əhli-beyt Mühəmməd (ə), Əli (ə), Fatimə (s), Həsən (ə) və Hüseyn (ə)- dır».
Əbu Hüreyrə deyir: Mən Ummu Sələmə ilə danışdım və o mənə bu barədə necə olmuşdusa, nəql etdi. Mən də Ummu Sələmənin danışıqlarını eynilə başqalarına nəql etdim.
Səfiyyə Binti Şəybə deyir: Aişə dedi ki, mənim də xəbərim var. Bir gün səhər Peyğəmbər (s) evdən çıxdı. Özünə, üzərində qara naxışlar salınmış parça bürümüşdü mən onu belə halda gördüm. Əlinin (ə) oğlu Həsən (ə) gəldi. Peyğəmbər (s) onu çiynindəki əbanın altına dəvət etdi Sonra Hüseyn (ə)-da gəlib o əbanın altına daxil oldu.. Sonra Fatimə (s)-lə Əli (ə)-da gəldi. Peyğəmbər (s) onların da əbanın altına daxil olmalarını buyurdu. Onlar da daxil olduqdan sonra Rəsulallah «Əhzab» surəsinin 33 ayəsini oxudu. Mən özüm bu hadisəni görmüşəm.
Suməy ibn Uməyr adlı bir nəfər deyir: Anamla ikimiz bir gün Aişənın hüzurunda idik. Anam ondan soruşdu: Aişə, yaxşı olardı danışasan ki, Peyğəmbər (s)- in Əli (ə)- a olan münasibəti necə idi? Peyğəmbərin (s) Əli (ə)-a qarşı məhəbbəti barəsində mənə danış. Aişə dedi:
كان أَُحبَّ الي رسول الله لقد رأيته وقد أدخله تحت ثوبهِ و فاطمة و حسناً و حسيناً ثمّ قال: أللهمّ هولا؛ أهلَ بيتي أللهمّ أذهب عنهم الرّجس و طهّرهم تطهيرًا
Peyğəmbər (s) yanında Əlidən sevimli bir insan yox idi. Ona bütün insanlardan ən sevimli idi. Peyğəmbər (s) hamıdan çox onu istəyirdi. Bir gün gördüm ki, Peyğəmbər (s) Əlini (ə), Fatiməni (s), Həsən (ə) və Hüseyni (ə) əbanın altına salıb bu sözləri dedi: «İlahi bunlar mənim Əhli-beytimdir. Onlardan bütün çirkinlikləri, pislikləri, eyibləri uzaq et və bunları pak-pakizə et».
Bu barədə Peyğəmbərin (s) səhabəliri nə deyiblər? Onlar həmişə Peyğəmbər (s)- lə bir yerdə olublar. Əksər müharibələrdə, namazlarda, məclislərdə onunla bir yerdə oturub həzrətin danışdığı sözləri, xütbələri, çıxışları dinləyirdilər. Əksəriyyət isə bu çıxışları yazıb qeyd edirdilər.
Cabir ibn Əbdüllah Ənsari deyir: Mən həmin gün orada idim. (ayə nazil olan gün). Peyğəmbər (s) Ummu Sələmənin evində idi. Mən də oraya getmişdim. Rəsulallah Həsən (ə), Hüseyni (ə), qızı Fatimə (s) və Əli (ə)- ı çağırıb ətrafına yığaraq Allaha üz tutaraq ərz etdi: «İlahi mənim Əhli-beytim bunlardır. Bütün çirkinlikləri bunlardan uzaqlaşdır. Onları pak-pakizə et. Peyğəmbər (s) bu sözləri dedikdən sonra Ummu Sələmə qabağa gəlib dedi:
-Ya Rəsulallah, mən də Əhli-beytdənəm? Peyğəmbər buyurdu:
-Xeyr. Ummu Sələmə sən xeyirdəsən, amma Əhli-beytdən deyilsən. Mən də Peyğəmbər (s)-in qarşısına keçib dedim:
-Ya Peyğəmbər Allah sənin Əhli-beytini və bu itrəti tahirəni çox ikram etdi və sənin pak zürriyəni Allah pakizə etdi. Peyğəmbər (s) üzünü mənə tutaraq dedi:
-Ey Cabir «Onlar mənim itrətim, mənim Əhli-beytimdir. Onlar mənim ətimdən və qanımdandırlar. Əli bütün vəsilərin ağasıdır. Mənim balalarım Həsən və Hüseyn balaların hamısının ən gözəlidir. Qızım Fatimə isə bütün qadınlar içində Ən əziz və şəriflidir. Məhdi də bizdəndir.»
Səid ibn Cübeyr ibn Abbasdan belə nəql edir: Bir gün Müaviyə ilə birgə idim. Səd ibn Əbi Vəqqas Müaviyənin məclisinə daxil olub salam verdi. Müaviyə eşitmişdi ki, Əbu Vəqqas son vaxtlar Əli ibn Əbutalibə söyüş vermir. Bu eşitdiyini Əbu Vəqqasa çatdırmaq üçün üzünü Şam camaatına tutaraq dedi: Ey camaat yəqin ki, tanıyırsınız. Bu Əbu Vəqqasdır. Bu adam Əli ilə dost olub. Camaat başını aşağı salıb Əli (ə) barəsində pis danışdılar.
فبكي سعدٌ فقال معاوية: ما الّذي أبكاك؟ قال: و لِِمَ لا أبكي لرجلٍ مِن أصحاب رسولِ الله(ص) يُسبُّ عندك و لا أستطيعُ أن أُغيّرَ. وقد كان في عليٍّ خصالٌ لأن تكونَ فيَّ منهم أحبُُّ من الدّنيا و ما فيها.....إلي أن قال: والخامسةُ: نزلت هذه الاية " إنّما يريدُ اللهُ ليُذهبَ عنكم الرِّجسَ أهل البيتِ و يطهّرَكم تطهيرًا" فدعَا النّبيّ(ص) عليًّأ و حسنًا و حسينًا و فاطمةَ فقال: أللهمّ هولاِ أهلي فأذهِب عنهم الرّجسَ و طهّرهم تطهيرًا
Yəni: Bu zaman Səd ağladı. Müaviyə soruşdu:
-Nə üçün ağlayırsan?
-Niyə də ağlamayım. Peyğəmbər (s)-in səhabəsi Əlini söyürlər, mən də mane ola bilmirəm. Buna görə də ağlamaqdan başqa çarəm yoxdur. Sonra Səd ibn Əbi Vəqqas bu sözləri dedi: Bilirsiniz Əli kimdir? Əlidə olan xüsusiyyətlərdən biri məndə olsaydı, mənim üçün dünyanın bütün nemətlərindən üstün olardı. Bü xüsusiyyətləri sayaraq beşinci xislətə çatdı.
Bu ayə kimin barəsində nazil olub? Bu ayə (Əhzab 33) nazil olanda Peyğəmbər (s) bu dörd nəfəri yanına çağıraraq dedi: «İlahi bunlar mənim əhli-beytimdir onlardan bütün çirkinlikləri apar, pak və pakizə qərar ver».
Müaviyənin məclisində Əbu Vəqqas da etiraf etdi ki, Peyğəmbər (s) bu sözü bu dörd nəfərin haqqında deyib.
Ömər ibn Xəttab deyir: Peyğəmbərdən (s) mən özüm eşitdim ki, buyururdu: «Camaat mən sizdən qabaq gedirəm. Qiyamət günü kövsər kənarına gələrkən, sizi orada gözləyəcəyəm, və iki şey barəsində soruşacağam. Diqqət yetirib görün ki, məndən sonra mənim sözlərimə necə əməl edəcəksiniz? Bunlardan biri Allahın kitabı olan Qurandır. O bir ipdir ki, bir tərəfi sizin, bir tərəfi isə Allahın əlindədir. Qurandan möhkəm yapışın, onu açıb oxuyun və əməl edin. İkincisi isə mənim Əhli-beytimdir. Allah mənə xəbər verdi ki, bu iki əmanət qiyamətə qədər bir-birindən ayrılmayacaq.»
Mən özüm şəxsən Peyğəmbər (s)- dən soruşdum:
-Ya Rəsulallah sənin itrətin kimdir ki, deyirsən onlar Quranla bir yerdədir və onları bir-birindən ayırmayın. Onların adlarını de! Buyurdu:
-Mənim itrətimin kim olduğunu öyrənmək istəyirsiniz? Onlar: «Əli, Fatimə, Əli və Fatimənin oğlanları. Doqquz nəfər də Hüseynin nəslindəndir. Onlar imamlardır. Onlar insanları hidayət edənlərdir. Onlar mənim itrətim, ətləri ətimdən, qanları qanımdan olanlardır.» («Kifayətul-əsər» kitabı, səh: 91.)
Həzrət Əli (ə) buyurur: Peyğəmbər yatırdı. Məni də çağırıb yanına uzanmağımı buyurdu. Sonra zövcəm Fatiməni, Həsən və Hüseyni də yanına çağırdı. Əbanı üsütümüzə atdıqdan sonra bu ayəni buyurdu. («Əhzab» surəsinin 33-cü ayəsini) Cəbrail baxıb dedi: Ya Rəsulallah, mən də sizdənəm? Şübhəsiz ki, Cəbrail ora daxil ola bilməzdi. Biz beş nəfər idik, altıncı şəxs Cəbrail idi.
Kərbəla hadisəsindən sonra əsirləri Şam şəhərinə gətirdilər. Şəhərə daxil olanda günorta idi. Əsirlərin üzləri açıq idi. Şamın (zahirən) «kişiləri» onlara baxıb dedilər: Bunlar nə gözəl insanlardır. Biz hələ belə gözəl əsirlər görməmişik. Siz kimsiniz? Hüseynin (ə) altı yaşlı qızı Səkinə ayağa qalxıb dedi: Ey Şamlılar biz Ali Mühəmmədin əsirləriyik. Elə bilirsiniz ki, biz xaricdən gəlmişik? Xeyr, biz Peyğəmbərin balalarıyıq.
Onlar bir pilləkanın üstündə əyləşdilər. İmam Səccad (ə) əsirlərin arasında idi. Qoca bir kişi gəlib əsirlərin qarşısında duraraq dedi:
-Şükür olsun Allaha ki, sizi öldürdü, sizi bu günə qoydu və fitnəni kökündən kəsdi.
Həzrət Səccad (ə) ayağa qalxıb dedi:
-Ay kişi sən heç Quran oxumusan? Dedi, bəli oxumuşam. Bu ayəni də oxumusan ki, Allah buyurur: «Ya Peyğəmbər, de: mən risalətimin qarşılığı olaraq sizdən yalnız mənim Əhli-beytimə məhəbbət istəyirəm.»
Dedi ki, bəli, oxumuşam.
-Əgər oxumusansa bil ki, Əhli-beyt bizik.
-Sonra Həzrət əlavə edərək buyurdu: Bu ayənidə oxumusanki Allah buyurur: «Zil-qurbanın (əhli-beytə) həqqini əda edin.» («İsra» surəsi: 26 -cı ayə.)
Dedi ki, bəli, oxumuşam.
-Biz həmən insanlarıq.
-İndi bunları bilə-bilə gəlib deyirsən ki, şükür olsun Allaha ki, sizi öldürdü? Kim sənin başını xarab edib, hansı təbliğatın təsirindən bu günə qalmısan?
Bu zaman kişi əllərini göyə qaldırıb dedi: İlahi mən sənə tovbə edirəm. Üç dəfə bunu dedikdən sonra əlavə etdi; İlahi mən Ali-Mühəmmədin düşmənlərindən və Əhli-beytin qatillərindən uzaqlaşıram. Mən Quranı oxumuşdum, amma bunları başa düşməmişdim.
Peyğəmbər (s) özü də öz Əhli-beytinə xüsusi hörmət edirdi. Ona görə yox ki, onlar Peyğəmbərin (s) qızı, kürəkəni və nəvələri idi, buna görə də Peyğəmbərin (s) onlara şəxsi münasibəti var idi. Peyğəmbərin (s) onlara qarşı Əhli-beytin üzvləri kimi islami münasibəti var idi.
Əbu Həmra (Peyğəmbərin xadimi) deyir: Sübh namazının vaxtı olanda Peyğəmbər gəlib Əli və Fatimənin evinin qarşısında dayanıb (onların evlərinin qapısı məsçidə açılırdı) deyirdi: «Ey Əhli-beyt sizə salam olsun, namaz vaxtıdır. Bunu dedikdən sonra Peyğəmbər «Təthir» ayəsini oxuyurdu. Allah istəmişdir ki, siz Əhli-beytdən günahı uzaqlaşdırsın, sizi tamamilə pak və təmiz etsin («Əhzab» sursi, 33-cü ayə.) Onlar da cavab verirdi: Sənə də Allahın salamı, rəhməti və bərəkəti olsun (Allahın rəhməti və bərəkəti üzərindən əskik olmasın). Sonra Peyğəmbər (Allah sizə rəhmət etsin) namaz vaxtıdır.» deyə buyurardı. («Usdul-ğabə» kitabı, cild 6, səh: 74, hədis: 5827.)
Peyğəmbər (s) Əhli-beyt haqqında bir sıra bənzətmələr demişdir ki, buna da Əhli-beytin «Mənziləti» deyirlər.
PEYĞƏMBƏRİN NƏZƏRİNDƏ ƏHLİ-BEYTİN MÖVQEYİ VƏ ONLAR HAQQINDA OLAN BƏNZƏTMƏLƏRİ
Peyğəmbər (s) Əhli-beyti Nuhun gəmisinə oxşatmışdır.
Əba Zərr buyurur: Mən özüm Peyğəmbərdən (s) eşitdim. O həzrət buyururdu: «Mənim Əhli-beytim eynilə Nuhun gəmisinə bənzəyir. Gəmiyə minən nicat tapacaq, ondan uzaqlaşan isə məhv olacaqdır.»
Bu hədis «Səhih Müslim»- də «Səhih Buxari»- də və «Kənzül-Ümmal»- da nəql olunub.
Bir hədisdə Əbu Hüreyrə deyir: Peyğəmbər (s) buyurdu: «Biz nicat gəmisiyik. Bu gəmiyə minən nicat tapar. Bu nicat gəmisindən uzaqlaşan isə təhlükəyə düşüb həlak olar. Allah məhzərində bir hacəti olan insan (istəyi olan insan) biz əhli-beyti vasitə edib öz istəyini Allahdan istəsin.» («Fəraidus-simtəyn» kitabı, cild 1, səh: 37.)
«Bəşarətül-Müstəfa»da nəql olunur ki, Əli (ə) Kumeylə belə buyurdu: Ya Kumeyl, Ramazan ayının on beşinci günü Peyğəmbər (s) mənbərə çıxıb üzünü mənə tutaraq dedi: «Əli və Əlidən olan pak-pakizə oğlanlar məndən, mən də onlardanam. O uşaqlar yer üzündə hamıdan pakdırlar, onlar nicat qapısı və nicat gəmisidirlər. Bu gəmiyə minən və bu qapıdan daxil olanlar nicat taparlar, uzaq düşənlər isə həlak olarlar. Ondan sonra Həzrət buyurdu: Nicat tapanlar Cənnətdə olarlar. Əks təqdirdə isə oda düşərlər.»
Peyğəmbər (s) Əhli-beyti Beytül-müqəddəsin hittə qapısına bənzədir.
O qapıdan daxil olanlar bağışlanacaq, daxil olmayanlar isə bağışlanmayacaq.
Bu hədis «Əs-Səvaiqul muhriqə» kitabının 152-ci səhifəsində gəlib ki,. Peyğəmbər buyurur: «Mənim Əhli-beytim sizin aranızda sanki, hittə qapısıdır. Allah Bəni-İsrailə buyurdu ki, əgər hittə qapısından daxil olsanız, sizi bağışlayaram. Mənim də ümmətimdən hər kəs islama Əhli-beytimin tərəfindən daxil olsa, onu bağışlayaram. Allaha yaxınlaşmaq istəyən bu qapıdan keçsin.»
Yenə Peyğəmbər (s) buyurur: «Məndən sonra imamlar 12 nəfərdir. Onların doqquzu Hüseynin (ə) nəslindəndir. Doqquzuncusu «Qaim» adlanacaq.» («Kifayətul-əsər» kitabı, səh: 38; «Əl-mənaqibu ibni Şəhri-aşub», cild 1, səh: 295.)
Səhabələrdən olan Əbu Səid Xidri deyir: Bir gün Peyğəmbər (s) gəlib namaza başladı. Biz də onunla namaz qıldıq. Zöhr namazını qıldıqdan sonra möhtərəm Peyğəmbər (s) üzünü bizə tərəf tutub kəramətlə buyurdu: «Ey mənim səhabələrim mənim Əhli-beytim sizin aranızda Nuhun gəmisi kimdir və eləcə də Bəni-İsraildəki hittə qapısı kimidir. Məndən sonra onların ətəyindən yapışın. Onlar mənim zürriyyəmdən olan raşidi (hidayətçi) imamlardır Əgər belə etsənisz, siz yolunuzu heç vaxt azmayacaqsınız». Bir nəfər Peyğəmbərdən soruşdu: Ya rəsulullah! Səndən sonra imamların sayı neçə nəfər olacaqdır? «Onlar mənim Əhli-beytimdən olan on iki nəfərdir»-deyə cavab verdi. («Kənzul-ummal» kitabı, cild 434, hədis: 4429.)
Digər bir hədisdə Peyğəmbər (s) Əhli-beyti Kəbəyə bənzədərək buyurur: «Ya Əli siz (Əhli beytin) misalı Allah evinin (Kəbənin) misalı kimidir (Siz Kəbə kimisiniz). Sizə məhəbbət bəsləmək Məscidül-hərama daxil olmaq kimidir. Sizi sevib məhəbbət bəsləyənlər və sizi özünə ağa hesab bilənlər (Kəbəyə daxil olub amanda qalan kimi) əzabdan xilas olmuş olarlar. Amma sizə qarşı kin bəsləyib, ədavət edənləri Allah oda atacaqdır. Ya Əli, imkan və qüdrəti olan kəsə Allah həcci vacib etmişdir. O, xəstə və imkanı olmayanların üzrünü qəbul edər. Amma sənin məhəbbətinlə bağlı Allah nə fəqirdən, nə xəstədən, nə sağlamdan, nə kordan, nədə ki, gözlüdən üzr qəbul etməyəcək.»
Başqa bir hədisində Peyğəmbər (s) Əhli-beytini göyün üzündəki ulduzlara bənzədir. «Göyün üzündə olan ulduzlar yerdə yaşayan insanlara yol göstərib hidayət etdiyi kimi, mənim Əhli-beytim də yolunu azmışları hidayət edər».
İbni Abbas nəql edir ki, Peyğəmbər (s) buyurdu: «Göy ulduzları insanlarını yollarını azmasınlarından amanda saxladığı kimi mənim əhli beytimdə ümmətimi ixtilafa düşməkdən amanda saxlayır. Ərəblərdən onlara qarşı çıxıb ixtilaf yaratdıqları zaman İblisin dəstəsinə çevrilərlər.» Bu hədis də «Səhihi Müslüm» və «Səhihi Buxari» -dəndir.
Başqa bir hədisdə Səlman, Əba Zərr, Miqdad və Əli (ə) nəql edirlər: «Həzrət buyurdu ki, mənim Əhli-beytim ümmətimin içində səmanın ulduzları kimidir.» Beləki, göydə bir ulduz batdıqda digər ulduz onun yerini tutur. Bunlar da belədir, biri dünyasını dəyişdikdə, digəri onun yerində oturur. Onlar hidayət edən imamlardır. Özləri isə hidayət olunmuşlardır. Bunlara qarşı olan kinin onlara heç bir ziyanı yoxdur. Əksinə burada ziyana, kin bəsləyənlərin özləri düşər.»
«Onlar yer üzərində Allahın höccəti və Allah tərəfindən şahiddirlər. Əhli-beytə itaət edən sanki, Allaha itaət etmişdir. Onlara itaət etməyənlər isə sanki, Allaha itaətsizlik göstərmişlər. Onlar həmişə Quranla, Quranda onlarladır. Qiyamətə qədər onlar bir-birindən ayrılmayacaqlar. Onların əvvəli qardaşım Əli (ə), sonra oğlum Həsən (ə), sonra isə oğlum Hüseyn (ə)- dır. Qalan doqquzu isə Hüseyn (ə) -ın nəslindən olan imamlardır».
Peyğəmbər (s) onları bədəndə olan başa və başda olan iki gözə bənzədib.
Peyğəmbər (s) buyurub: «Ey mənim ümmətim! Baş insan bədənində və eləcə də iki göz başda mühüm üzvlər olduğu kimi, mənim Əhli-beytimi öz aranızda baş və başda olan iki göz kimidir qərar verin. Belə ki, başsız bədən hərəkət edə bilmədiyi kimi, gözsüz başda öz hərəkət istiqamətini tapa bilməz.» («Kifayətul-əsər», səh: 111).
Həzrət burada demək istəyir ki, mən sizə bildirdim ki, mənim Əhli-beytim Nuhun gəmisi kimi, Beytül-müqəddəsin hittə qapısı, göyün ulduzları və başda olan iki göz kimidir. Bir söz də əlavə edim ki, Əhli-beyti olduğu kimi tanımağa çalışan və tanıyanın əməlinin dəyəri çox böyükdür. Allah kimə Əhli-beyti tanıyıb, onların vilayətini başa düşmək neməti veribsə, demək, Allah xeyrin hamısını ona əta etmişdir.
Bu hədisi Miqdad nəql edir. Peyğəmbər (s) buyurdu: «Peyğəmbərin Əhli-beytini tanıyan oddan bəraət qazanıb. Onların məhəbbətini ürəyinə salanlar sirat körpüsünə vəsiqə qazanar. Əhli-beytin vilayətini qəbul edənlər əzabdan xilas olar.»
İnsanlar dərk etməlidir ki, niyə görə məhərrəm ayı yığılıb İmam Hüseynə (s) əza saxlayarlar.
Hüseyn İbn Əli (ə) Əhli-beytdən biridir. Hüseyn (ə) Peyğəmbərin (s) qucağının zinətidir, Hüseyn (ə) Peyğəmbərlə (s) birgə Mədinənin mənbərdə oturandır, Hüseyn Peyğəmbər (s) namaz qılarkən onun çiyinlərində oturan balasıdır.
Ummü Sələmə deyir: «Mən Hüseyni Peyğəmbərin (s) çiyinlərindən götürmək istəyərkən onun acığı gələrdi və deyərdi ki, dəymə, qoy özü nə vaxt istəsə, onda düşsün.»
Hüseyn o kəsdir ki, Peyğəmbər (s) onun dodaqlarından öpə-öpə ağlayırdı. Soruşanda ki, ya Peyğəmbər, niyə ağlayırsan? Deyirdi ki, gördüyüm günlərə ağlayıram.


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
İslamiyyət forumu » İslam » 14 məsum » Ehli-beytin (e) meqamı
  • Страница 1 из 3
  • 1
  • 2
  • 3
  • »
Поиск:

Müstəqil İslam saytı © 2024
Конструктор сайтов - uCoz