Baş səhifə Əli-ibn-Əbu-Talibin (ə) ve xilafətə - İslamiyyət forumu QeydiyyatGiriş
[ Yeni ismarıclar · Üzvlər  · Axtarış · RSS ]
  • Страница 1 из 3
  • 1
  • 2
  • 3
  • »
İslamiyyət forumu » İslam » 14 məsum » Əli-ibn-Əbu-Talibin (ə) ve xilafətə (Busmillah!)
Əli-ibn-Əbu-Talibin (ə) ve xilafətə
ZehrayiNurTarix: Çərşənbə, 17.12.2008, 11:36 | İsmarıc # 1
Çavuş
Qrup: İstifadeçi
İsmarıclar: 141
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Əli-ibn-Əbu-Talibin (ə) xilafətə tə'yin olunmasını sübuta yetirən dəlillər

"Səqəleyn" hədisi. Əlinin (ə) xilafətə tə'yin olunması barədə rəvayət olunan ən məşhur hədis, hicrətin on birinci ilin də vida həccindən sonra edilən "Qədir" xütbəsidir. Tirmizi Zeyd-ibn-Ərqəmdən rəvayət olunan sənədli bir hədisdə deyir: "Peyğəmbər (s) vida həccini bitirdikdən sonra bütün insanlara e'lan edərək dedi: - Hər kimin mövlası mənəm, Əli də onun mövlasıdır." { Səhihi-Tirmizi. Cild 6. Səh 298 }

Добавлено (17.12.2008, 11:36)
---------------------------------------------
Rəsulullah sallallahu əleyhi və alih buyurdu ki: "Məndən sonra on iki xəlifə gələcəkdir."
2- Əhməd b. Hanbel, "Müsned" c. 5, s. 87 və 88:


«Ey insanlar! Rəbbinizdən qorxun!»
يَا أَيُّهَا النَّاسُ اتَّقُوا رَبَّكُمُ
 
HuzeyfaTarix: Bazar ertəsi, 16.02.2009, 22:35 | İsmarıc # 2
Çavuş
Qrup: İstifadeçi
İsmarıclar: 100
Reytinq: 0
Xəbərdarlıq: 20%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Səqəleyn hədisi:
Hədis belədir: "Mən sizə bir şeyi, Allahın kitabını və əhli beytimi tərk edib gedirəm, siz onlardan tutunsanız məndən sonra heç vaxt yolunuzu azmarsınız" .
Onlar bu hədisi hər bir möminin Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) əhli beytinin davamçısı olmağına sübut kimi göstərir və sonra deyirlər ki, əgər onların davamçısı olmaq vacibdirsə, demək Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sonra rəhbər, onlar olmalıdır. Bu iddiaya isə bir neçə yöndən cavab vermək olar:
Birinci: Hədisin Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) doğru yolla nəql olunması barədə söz-söhbət vardır. Müslimin səhih əsərində qeyd olunan rəvayətə əsasən tövsiyə Allahın kitabından tutunmaq, Peyğəmbərin əhli beytinə xoş davranmaq barədə olmuşdur. Bu haqda artıq Zeyd ibn Ərqəmin Səhihi Müslimdən nəql olunan hədisi qeyd olunmuşdu. Rəvayətdə deyilir: Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Allahın kitabı haqqında danışıb, insanları ona rəğbətləndirdi və sonra dedi: "(İkinci tövsiyəm) Əhli beytimdir. Allahın adı ilə əhli beytimi sizə xatırladıram. Allahın adı ilə əhli beytimi sizə xatırladıram. Allahın adı ilə əhli beytimi sizə xatırladıram". Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Allahın kitabından tutunmağı əmr etmiş , əhli beytinə qarşı nəvaziş göstərməyi, Allahın onlara verdiyi hüququ onlara çatdırmağı əmr etmişdi.
Müslimin səhih əsərində Cabirdən belə nəql olunur ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vida həccində xütbə verərkən demişdi: "Mən sizə bir şeyi, Allahın kitabını tərk edib gedirəm, siz ondan tutunsanız məndən sonra heç vaxt yolunuzu azmazsınız" . Burada Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Allahın kitabına sarılan insanın haqq yoldan azmayacağını demiş, amma əhli beytini qeyd etməmişdir.
İkinci: Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) əhli beyti kimlərdir:
İnsanın əhli beyti onun ailəsidir. Zəkat yemək haram edilənlər Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) əhli beytindən sayılırlar. Beləliklə onun əhli beyti Bənu Haşim nəslidir. İndi isə baxaq görək bu insanları örnək tutmağa kimlər daha layiqdirlər? Sünnilər yoxsa rafizilər?
Şiyələrin Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qədər gedib çatan sənədləri yoxdur. Onlar özləri də etiraf edirlər ki, onların kitablarının və rəvayətlərinin nəqli sənədlərə əsaslanmır. Sadəcə olaraq onlar kitablar tapmış və demişlər: bunlar hamısı haqqdır onları rəvayət edin . Onların rəvayət sənədlərinə gəlincə, bu haqda əl-Hurr əl-Amili və digər şiyə məzhəbli alimlər özləri deyirlər ki, şiyə məzhəbinin əsla rəvayət sənədləri yoxdur. Onlar sənədlərə arxalanmırlar . Belə olduğu halda necə deyə bilərlər ki, onların rəvayətləri Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) əhli beytindən səhih yolla nəql olunmuşdur? Əslində biz Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) əhli beytinin davamçıları sayılırıq. Biz Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun), "Məni, xaçpərəstlərin Məryəm oğlu İsanı ucaltdıqları kimi ucaltmayın. Sadəcə olaraq mənə, Allahın qulu və elçisi, deyin" – sözlərini əsas tutaraq, nə çox nə az, onların haqqını layiqincə vermişik.
Üçüncü: Əhli beytin başçısı və alimi Əli ibn Əbu Talibdən (Allah ondan razı olsun) sonra güclü elm sahibi sayılan ümmətin alimi Abdullah ibn Abbas, Əbu Bəkr və Ömərin Əlidən öncə imam (müsəlmanların rəhbəri) olduqlarını təsdiq edir. Hətta Əli ibn Əbu Talibin özündən mütəvatir (çoxlu) yollarla, Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sonra ən əfzəl insanların Əbu Bəkr və Ömər olduğu nəql olunmuşdur .
Hətta şiyələrin mötəbər saydıqları rəvayətlərə əsasən Əli (Allah ondan razı olsun) demişdir: "Mənim sizin üçün vəzir olmağım, əmir (rəhbər) olmağımdan daha xeyirlidir" .
Demək əhli beytin imamı Əli (Allah ondan razı olsun) hər iki şeyxin yəni, Əbu Bəkr və Ömərin daha əfzəl olmalarını iqrar edir.
Dördüncü: Bu hədis Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu sözləri ilə eynidir: "Mən sizin üçün elə bir şey qoyub gedirəm ki, ondan tutunsanız heç vaxt haqq yoldan azmazsınız; Allahın kitabı və mənim sünnəm" .
Həmçinin Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) digər bir hədisdə buyurur: "Mənim sünnəmə və məndən sonra gələcək raşidi xəlifələrin sünnəsinə sarılın və ondan azı dişlərinizlə tutunun" .
Başqa bir rəvayətə əsasən belə demişdir: "Məndən sonra gələcək iki nəfərin, Əbu Bəkr və Ömərin arxasınca gedin" .
Həmçinin Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Ammarın tutduğu yolla gedin və İbn Məsudun əhdinə bel bağlayın" .
Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhabələr haqqında dediyi bu sözlər onların rəhbər olmalarına dəlalət etmir. Bu yalnız onların Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) tutduğu haqq yolda olduqlarını bildirir.
Biz deyirik ki, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) əhli beyti heç vaxt hamılıqla batil yolda ola bilməzlər. İndi isə baxmaq lazımdır görək, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) əhli beyti kimlər sayılır? Biz artıq əvvəlki səhifələrdə bu haqda danışmışıq.
Beşinci: Şiyələr Abbasa, onun oğlu Abdullaha və Həsənin övladlarına rişxənd edib deyirlər ki, onlar Hüseynin övladlarına həsəd aparırlar . Həmçinin Hüseynin, imam saymadıqları övladlarına, məsələn, Zeyd ibn Əliyə , əl-Həsən əl-Əskərinin qardaşı İbrahimə və başqalarına da tənə edirlər. Onların sözlərinə görə bu insanlar Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) və əhli beytinin yaxın dostları deyillər. Onun və əhli beytinin yaxın dostları, özlərinin mədh etdikləri, təriflədikləri, heç bir haqsızlıq göstərmədən haqqlarını layiqincə ödədikləri insanlardır.
Altıncı: Bu bidətçilərin baxışları kiməsə itaətkarlıq əsasında qurulmamışdır. Onun əsası fars millətçiliyi əsasında qurulmuşdur. Onlar dinə islam və küfr prizmasından yox, fars və ərəb prizmasından yanaşırlar. Buna dəlalət edən bir neçə məqam var:
1.Onlar, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) digər səhabələrindən fərqli olaraq, Salman əl-Farisini həddindən artıq ucaldırlar. Hətta ona vəhy gəldiyini belə iddia etmişlər . Bunun səbəbi, Salmanın fars olmasıdır.
2.Həsənin övladlarından fərqli olaraq, Hüseynin övladlarını daha çox təzim edirlər. Çünki Hüseynin övladlarının dayıları fars idilər. Demək Şəhrbanu bint Yezdigerd, Hüseynin, Əli adlı oğlunun anası idi. Allah onlardan razı olsun! Onlar deyirlər ki, Sasani qəbiləsinin şərəfli şəcərəsi Haşimi şəcərəsi ilə birləşmişdir .
3.Deyirlər ki, (kafir kimi ölmüş fars hökmdarı) Kisra cəhənnəmdədir, amma cəhənnəm odu ona haramdır . Yaxşı bunun səbəbi nədir?! Cavab belədir: Bu bir fars baxışıdır. Bu, Kisranı uca tutmaqdır. Kafir kimi ölməsinə baxmayaraq, cəhənnəm atəşinin ona haram olmasını deyirlər.
4.Son vaxtlarda yaşayan, sonuncu olmayan, əl-İhqaqi əl-Hairi, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) fars torpaqlarını fəth edən səhabələri belə vəsf edir: "Fars qadınlarının iffətinə göz dikən, quldur və şəhvət düşgünü olan bədəvi ərəblər" .
Baxın görün, o Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhabələrini necə vəsf edir, o zaman atəşpərəstlikdə qalan fars qadınlarını isə necə tərifləyir. Atəşpərəst fars qadınlarına iffətli deyir, amma Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhabələrini isə, fars qadınlarına göz dikməkdə ittiham edir.
Demək onların dini baxışları İslam və küfr, yaxud Əlinin xəlifəliyinə dəstək, başqasına nifrət prinsipinə asaslanmır. Xeyr bu əsla belə deyildir, əsas prinsip sırf irqçilik, millətçilik prinsipidir
 
PünhanTarix: Çərşənbə, 18.02.2009, 01:05 | İsmarıc # 3
Leytenant
Qrup: Super moderator
İsmarıclar: 459
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



BAĞIŞLAYAN VƏ MEHRİBAN ALLAHIN ADI İLƏ

Uzun illərdən bəri müsəlmanlar arasında şiddətli mübahisə mövzusuna çevrilmiş mətləblərdən biri Rəsulullahdan (s) nəql olunmuş “Səqəleyn” hədisidir. Bu cəhətdən lazım bildik ki, “Səqəleyn” hədisini nəql etmiş məşhur əhli sünnət və şiə alimlərinin mötəbər sayılan mənbələrinə müraciət edək.
11119 حدثنا عبد الله حدثني أبي حدثنا أسود بن عامر أخبرنا أبو إسرائيل يعني إسماعيل بن أبي إسحاق الملائي عن عطية عن أبي سعيد قال قال رسول الله  اني تارك فيكم الثقلين أحدهما أكبر من الآخر كتاب الله حبل ممدود من السماء إلى الأرض وعترتي أهل بيتي وانهما لن يفترقا حتى يردا على الحوض
11119. Əbu Səid Xidri Rəsulullahdan (s) nəql edib: “Mən özümdən sonra sizin aranızda iki qiymətli şey qoyub gedirəm. O iki şey biri digərindən əzəmətlidir:-Onlardan biri Allahın kitabıdır ki, asimandan yerə uzadılmış möhkəm ip kimdir, ikincisi mənim itrətim Əhli-beytimdir. Bu iki şey Kovsər hovuzunun yanında mənə yetişənə qədər biri digərindən ayrılmaz” Musnəde Əhməd (cd)11119, (kt) 10720
Biharul-ənvar, bab fəzail əhli-beyt 23/108

11147 حدثنا عبد الله حدثني أبي ثنا أبو النضر ثنا محمد يعني بن طلحة عن الأعمش عن عطية العوفي عن أبي سعيد الخدري عن النبي  قال اني أوشك ان أدعي فأجيب وأني تارك فيكم الثقلين كتاب الله عز وجل وعترتي كتاب الله حبل ممدود من السماء إلى الأرض وعترتي أهل بيتي وان اللطيف الخبير أخبرني انهما لن يفترقا حتى يردا علي الحوض فانظروني بم تخلفوني فيهما
11147. Əbu Səid Xidri: Rəsulullah (s) buyurdu: “Yaxın bir zamanda Rəbbim tərəfindən çağırılacağam (yəni Həzrət Əzrayil mənim sorağıma gələcək) və mən Rəbbimin dəvətini qəbul edərəm. Mən sizin aranızda iki qiymətli şey qoyub gedirəm: Cəlal və Cəmal sahibi olan Allahın kitabını və itrətimi. Allahın kitabı asimandan yerə uzanmış möhkəm bir ipdir və Mənim itrətim Əhli-beytimdir. Hər şeydən agah olan Lətif Allah Mənə xəbər verib ki, o iki şey biri digərindən ayrılmazlar ta ki, Kovsər hovuzunun yanında mənə varid olarlar. Agah və diqqətli olun ki, məndən sonra onlarla necə rəftaredərsiniz!” Musnəde Hənbəl (cd) 11147 (kt) 10747
8148 أخبرنا محمد بن المثنى قال ثنا يحيى بن حماد قال ثنا أبو عوانة عن سليمان قال ثنا حبيب بن أبي ثابت عن أبي الطفيل عن زيد بن أرقم قال لما رجع رسول الله  عن حجة الوداع ونزل غدير خم أمر بدوحات فقممن ثم قال كأني قد دعيت فأجبت إني قد تركت فيكم الثقلين أحدهما أكبر من الآخر كتاب الله وعترتي أهل بيتي فانظروا كيف تخلفوني فيهما فإنهما لن يتفرقا حتى يردا علي الحوض ثم قال إن الله مولاي وأنا ولي كل مؤمن ثم أخذ بيد علي فقال من كنت وليه فهذا وليه اللهم وال من والاه وعاد من عاداه فقلت لزيد سمعته من رسول الله  قال ما كان في الدوحات رجل إلا رآه بعينه وسمع بأذنه
Zeyd ibn Ərqəm:“Həccətul-vidadan qayıdanda Qədir Xum deyilən məkana yetişdik, Rəsulullah (s) orada böyük bir kölgə qurmağı bizə əmr etdi. Sonra Rəsulullah (s) buyurdu: Yaxın bir zamanda Rəbbim Məni yanına dəvət edər və Mən də bu dəvəti qəbul edərəm. Mən sizin aranızda iki qiymətli şey qoyub gedirəm. Onların biri digərindən əzəmətlidir: Allahın kitabını və Əhli-beytimi. Diqqətli olun ki, Məndən sonra onlarla necə rəftar edərsiniz. Onlar biri digərindən ayrılmazlar ta ki, Kovsər hovuzunun yanında mənə varid olarlar. ....Həqiqətən Allah mənim mövlamdır və mən bütün möminlərin mövlasıyam. Sonra Rəsulullah (s) Əlinin əlindən tutub dedi: Hər kimin Mən mövlasıyam bu Əli də onun mövlasıdır. İlahi hər kəs əlini sevsə Sən də onu sev və hər kəs onunla düşmən olsa Sən də onunla düşmən ol!” Ravi deyir Zeydə soruşdum: Sən özün bunu Rəsulullahda eşitdin? Zeyd ibn Ərqəm dedi: Kölgəliyin altında olan bütün insanlar gözləri ilə görüb qulaqları ilə eşitdilər” Sünəne Nəsai (cd) hədis 8148, 8464
Biharul-ənvar 23/114\, 118, 35/228

93 - لا يؤمن أحدكم حتى أكون أحب إليه من نفسه وأهلي أحب إليه من أهله وعترتي أحب إليه من عترته وذريتي أحب إليه من ذريته
93. “Sizlərdən heç biriniz nə qədər ki, Mən onun öz canından ona daha əziz, itrətim onun itrətindən daha əziz və övladlarım onun övladlarından onun üçün daha əziz deyilsə Allaha iman gətirməyib” Kənzul-ummal (cd) hədis 93
870 - يا أيها الناس إني تركت فيكم ما إن أخذتم به لن تضلوا كتاب الله وعترتي أهل بيتي
870. “Camaat! Mən sizin aranızda özümdən somdən sonra elə bir şey qoyub gedirəm əgər ondan yapışsanız heç vaxt yolunuzu azmayacaqsınız:-Allahın kitabını və itrətimi Əhli-beytimi.” Kənzul-ummal (cd) hədis 870-3
Diqqət: Səqəleyn hədisi Mutəvatir hədislərdən olduğu üçün bu kiçik məqalədə yalnız bir neçəsini sitat gətirməyə imkanımız olub. Aparılan təhqiqat nəticəsində məlum oldu ki, bu hədis əhli sünnət kitablarında daha çox nəql olunub. Təhqiqatçılara məsləhət bilirik ki, daha geniş məlumat əldə etmək istədikləri təqdirdə əgər bizə muraciət etsələr ən qısa zamanda lazımı kömək göstərməyə hazırıq.

Elman İbadov kerrar@mail.ru

http://islamiyyet.ucoz.ru/news/2009-01-17-101

Huzeyfa, diqqet etseniz gorersiniz ki, menbelerin her biri ahli-sunnah menbesidir.


Ədəb sayılsada məclisdə susmaq,
Məsləhət zamanı danışmaq gərək.
İki şey ağıla nöqsan sayilir:
Yersiz susmaq ilə, yersiz söz demək.
 
AdministratorTarix: Cümə axşamı, 19.02.2009, 11:58 | İsmarıc # 4
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Huzeyfa, bura kitab kopyalamayın. Biz kitab şərh etmirik. Suallara cavab verin.


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
HuzeyfaTarix: Cümə, 20.02.2009, 07:55 | İsmarıc # 5
Çavuş
Qrup: İstifadeçi
İsmarıclar: 100
Reytinq: 0
Xəbərdarlıq: 20%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote (ZehrayiNur)
Əli-ibn-Əbu-Talibin (ə) xilafətə tə'yin olunmasını sübuta yetirən dəlillər "Səqəleyn" hədisi. Əlinin (ə) xilafətə tə'yin olunması barədə rəvayət olunan ən məşhur hədis, hicrətin on birinci ilin də vida həccindən sonra edilən "Qədir" xütbəsidir. Tirmizi Zeyd-ibn-Ərqəmdən rəvayət olunan sənədli bir hədisdə deyir: "Peyğəmbər (s) vida həccini bitirdikdən sonra bütün insanlara e'lan edərək dedi: - Hər kimin mövlası mənəm, Əli də onun mövlasıdır." { Səhihi-Tirmizi. Cild 6. Səh 298 }

Birinci o kitabın adı Səhih deyil,Sünəndir.İkinci sizin bu dəliliniz Xilafətə aid deyil sevilməyə,dost olma mənasına aiddir.Zəhmət olmasa bu məqalə ilə tanış olun.Güman edirəm burada suallarınıza cavab tapa bilərsiz.
Bu hədis, onların ən əhəmiyyətli dəlillərindən sayılır. Hətta onlar bu hədis barədə "Hədisul Ğədir" adlı, on bir cildlik kitab da yazmışlar. Bu hədisi İmam Mülsim öz Səhih əsərində rəvayət etmişdir. Rəvayətdə deyilir ki, Zeyd ibn Ərqəm deyir: Məkkə və Mədinə arasında Xum adlanan yerdə Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bizə vəz etdi. İlk olaraq Allaha həmd səna etdi, bizə (dinimizi) xatırlatdı, sonra isə dedi: "Ey insanlar, mən də bəşər övladıyam, Rəbbimin elçisinin gəlməsinə və mənim də onu qarşılamağıma çox az qalıb. Mən sizə iki ağır yükü tərk edib gedirəm. Birincisi, Allahın kitabıdır. Hidayət və nur ondadır. Allahın kitabını əsas götürün və ondan tutunun". Bir müddət, Allahın kitabı haqqında danışıb, insanları ona rəğbətləndirdi və sonra dedi: "(İkincisi) Əhli beytimdir. Allahın adı ilə əhli beytimi sizə xatırladıram. Allahın adı ilə əhli beytimi sizə xatırladıram. Allahın adı ilə əhli beytimi sizə xatırladıram".
Huseyn ona (yəni, hədisin rəvayətçisi Zeyd ibn Ərqama) deyir: Ey Zeyd, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) əhli beyti kimlərdir? Onun yoldaşları onun əhli beytindən deyillər? Zeyd dedi: Bəli, onun əhli beyti, ondan sonra özlərinə sədəqə yemək haram olanlardır.
O dedi: Bəs onlar kimlərdir?
Zeyd dedi: Onlar, Əlinin, Əqilin, Cəfərin və Abbasın ailəsidir.
O dedi: Bunların hamısına sədəqə haram edilmişdir?
Zeyd dedi: Bəli.
Başqalarının rəvayətində, məsələn, Tirmizinin , Əhmədin , Nəsainin əl-Xəsais əsərində , Hakim və digərlərinin kitablarında hədisə belə bir əlavə vardır. Belə ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır".
Bu haqda digər əlavələr də qeyd olunur. Məsələn, "Allahım, onu dost tutanı sən də dost tut, ona düşmən kəsilənə isə Sən də düşmən kəsil. Ona kömək olana, Sən də kömək ol. Onu alçaldanı, Sən də alçalt. O, harada olsa haqqı da onunla bərabər et". Bu kimi əlavələr çoxdur, lakin hal-hazırda onların qeyd edilməsinə ehtiyac yoxdur.
Xülasə, Səhihi Müslimin rəvayət etdiyi hədisdə, "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır", sözləri yoxdur. Bu əlavə, Tirmizinin, Əhmədin, Nəsainin əl-Xəsais əsərində, Hakim və digərlərinin kitablarında, Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhih sənədlərlə rəvayət olunmuşdur. Amma digər əlavələr, məsələn, "Allahım, onu dost tutanı, Sən də dost tut" bəzi elm adamları bu rəvayətin səhih olduğunu vurğulamışlar, lakin daha doğru rəyə əsasən bu əlavə səhih deyildir. Digər əlavə isə, "Ona kömək olana, Sən də kömək ol. Onu alçaldanı, Sən də alçalt. O, harada olsa haqqı da onunla bərabər et"- Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) adından uydurulmuş bir əlavədir.
Bidətçilər, "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır" hədisini, Əlinin (Allah ondan razı olsun), Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sonra xəlifə olmasına dəlil gətirirlər. "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır" sözlərinin mənası, Əlinin xəlifə olması deməkdir. Burada mövla sözü, vali, yəni, itaəti vacib olan ağa, mənasını verir. Hədis, bu baxımdan Əlinin birinci xəlifə olmasına dəlalət edir.
Həmçinin bu hədis Əlidən də rəvayət olunmuşdur. Belə ki, bir gün o, Kufədə, Rəhbə adlı yerdə olanda demişdir: Kim, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Qədr Xum günü mənim haqqımda belə dediyini eşitmişdir: "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır" . Bu sözə on iki nəfər Bədr döyüşünün iştirakçısı şahidlik edir.
İlk olaraq Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun), Əliyə bu sözləri deməsinin səbəblərini qeyd edək.
Onların iddiasına görə, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qızmar istidə, Cuhfə ərazisində yerləşən (həcilərin yol ayrıcı sayılan) Qədr Xumda, "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır" - fikrini çatdırmaq üçün, yüz mindən çox insanı bu yerdə dayandırmışdı. Onlar bu hədisə, əvvəldə dediyimiz əlavələri də artırıraq məsələni belə qələmə verirlər.
Doğru rəyə görə bu hədisin iki səbəbi vardır:
Birinci: Bureydə ibn əl-Huseyyib (Allah ondan razı olsun) deyir: Xalid ibn əl-Valid, xüms payını ayırmaq üçün bir nəfərin göndərilməsi haqqında Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) xəbər çatdırır. Əli gəlib xüms payını ayırır və sonra xüms payından özünə bir kəniz seçib ona yaxınlıq edir. Bureydə deyir: Mən buna görə Əliyə nifrət edirdim. O artıq (cənabətdən təmizlənmək üçün) qüsl də almışdı . Mən Xalidə dedim: Sən bir buna bax?!
Biz Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəldikdə bu haqda ona xəbər verdim. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) isə mənə (Bureydəyə) dedi: "Ey Bureydə, sən Əliyə nifrət edirsən?" Mən dedim: Bəli. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: "Ona nifrət etmə, onun xümsdə ondan artıq payı vardır" . Digər bir rəvayətdə isə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Bureydəyə belə dediyi nəql olunur: "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır".
İkinci: Beyhəqi, Əbu Səiddən rəvayət edir ki, Əli onları sədəqə malından olan dəvələrə minməyi qadağan edir və onların üzərinə bir nəfəri başçı təyin edib özü Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gedir. Əli onlarla yolda rastlaşdıqda təyin etdiyi başçının dəvələrin minilməsinə icazə verdiyini gördü. Əli dəvələrin minilməsini və dəvələrin üzərində minik əlamətlərinin görsənməsini gördükdə qəzəbləndi və təyin etdiyi müavinini tənqid etdi.
Əbu Səid deyir: Biz Peyğəmbəri (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) gördükdə, Əlidən çəkdiklərimizi (ondan gördüyümüz kobud rəgtar və sıxıntı haqqında) ona xəbər verdik. Digər rəvayətdə isə deyilir ki, orada paltarlar var idi. Onlar həmin paltarlardan geyinmək istədikdə, Əli (Allah ondan razı olsun) onlara qadağa qoymuşdu. Bunları eşidən Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) deyir: Ey Səd ibn Malik (Əbu Səid), qardaşın Əli haqqında dediklərin barədə bir az tələsmə. Allaha and olsun ki, sən onun Allah yolunda yaxşı çalışdığını bilirsən. İbn Kəsir bu rəvayətin haqqında demişdir: Bu rəvayətin sənədi yaxşıdır və Nəsainin şərtinə uyğundur. Beyhəqi və başqa alimlər onu rəvayət etmişlər.
İbn Kəsir deyir: Əlinin başçılıq etdiyi qoşun, sədəqə dəvələrindən istifadənin qadağan edilməsini, Əlinin müavini tərəfindən qoşuna paylanan paltarların Əli tərəfindən geri götürülməsini əsas tutub, onun haqqında çox dedi-qodu edirdilər. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) həcc əməllərini bitirib Mədinəyə qayıdarkən Qədr Xum adlı yerdə dayanıb insanlara vəz etdi. Vəzin əsas mövzusu Əlinin məziyyətlərini qeyd etməkdən və onun haqqında müsbət fikirlər söyləməkdən ibarət idi. Əksər insanların qəlbində Əliyə qarşı yaranan kin-küdurəti aparmaq üçün onun fəzilətlərini qeyd edirdi .
Demək, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) həmin hədisdə Əli haqqında o sözləri deməsinin səbəbi bu idi. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu söhbəti Məkkədə, Minada və ya Ərafada olarkən etmədi, əksinə Mədinəyə qayıtmasını gözləyirdi. Görəsən bunun səbəbi nə idi? Çünki bu məsələ yalnız Mədinə camaatına aiddir. Çünki Əli (Allah ondan razı olsun) haqqında danışanlar onunla birlikdə qoşunda olan mədinəlilər idilər. Qədr Xum, Məkkədən iki yüz əlli kilometr uzaqlıqda, Cuhfə adlı yerdə yerləşir. Bu yer həcilərin yol ayrıcıdır, deyən kimsə yalançıdır. Çünki həcilərin toplanan və ayrılan yerləri Məkkədir. Heç vaxt həcilərin ayrıldığı yer Məkkədən iki yüz əlli kilometr uzaqlıqda ola bilməz. Məkkə camaatı Məkkədə qalır, Taif camaatı Taifə, Yəmən camaatı Yəmənə, İraqlılar da İraqa qayıdırlar. Həccini yekunlaşdıran hər bir insan öz ölkəsinə qayıdır. Ərəb qəbilələri də bu qaydada öz yurdlarına dönürdülər. Peyğəmbərlə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yalnız Mədinəlilər və yolu Mədinədən keçən həcilər qalmışdı. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vəzini onlara etmiş və demişdir: "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır". Əhli sünnə ilə rafizilər arasında olan fikir ayrılığı, bu sözlərin doğru və ya yalan olmasında deyil, bu sözlərin məfhumundadır. Rafizilər deyirlər ki, "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır" - sözlərinin mənası, "Mən kimin rəhbəriyəmsə, Əli də onun rəhbəridir". Əhli Sünnənin məfhumuna görə isə, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun), "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır" - sözlərində deyilən mövla ifadəsinin mənası, düşmənçilik sözünün antonimi sayılan, kömək və sevgi mənasını daşıyır. Bu mənanı söyləməyə bir neçə əsas vardır:
1. Bəzi elm adamlarının səhih saydıqları bu əlavə, "Allahım, onu dost tutanı Sən də dost tut, ona düşmən kəsilənə isə Sən də düşmən kəsil" – sözlər, deyilən mənanı açıqlayır. Burada deyilən dost və düşmən sözləri: "Əli də onun mövlasıdır" – ifadəsini açıqlayır. Bu sözlər, Əli ibn Əbu Talibin insanlar tərəfindən sevilməsi üçün deyilən sözlərdir.
2. Əli buna və bundan da artığına layiqdir, amma Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu yerdə Əliyə (Allah ondan razı olsun) görə dayanmamışdı. Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu yerdə dayanmasında məqsəd, istirahət idi. Məkkədən Mədinəyə getmək uzaq səfər sayılır. Bunun üçün beş və ya yeddi gün vaxt lazımdır. Ona görə də Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səfər əsnasında bir neçə dəfə istirahət etməli olurdu. Həmin yerdə də Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) insanlara Allahın kitabını və özünün Əhli beytini xatırlatdı. Onlara hörmətlə yanaşmağın, şənlərini uca tutmağın və eləcə də onlara itaət etməyin vacibliyini vurğuladı. Daha sonra Əli barəsində bəhs edilən məqamlara toxunaraq dedi: "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır".
3. Ərəb dilində "Mövla" sözünün dəlalət etdiyi mənalar, bu sözün, kömək və sevgi mənasında olmasını göstərir. İbn əl-Əsir deyir: Mövla sözü Allah, mülk sahibi, nemət verən, kömək edən, sevilən, and bağlayan, əsarətdə olan və ya azad olunan kölə, əmi oğlu və kürəkən mənalarında işlədilir . Demək ərəblər Mövla sözünü bütün bu mənalarda istifadə edirlər.
4. Hədisdə Əlinin rəhbərliyinə dəlalət edən heç bir məna yoxdur. Əgər Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu hədisdə Əlinin xəlifəliyini bəyan etmək istəyirdisə o zaman, İbn əl-Əsirin qeyd etdiyi kimi, özündə bir neçə mənanı daşıyan sözlə bunu ifadə etməzdi. Onun belə deməsi daha doğru olardı: Məndən sonra Əli mənim xəlifəmdir, yaxud Əli məndən sonra rəhbərdir və ya mən öləndən sonra Əli ibn Əbu Talibi eşidib, itaət edin. Amma Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun), açıq aşkar məna daşıyan və fikir ayrılığına son nöqtə qoyan, bu ifadələrin heç birini işlətməmişdir. Əksinə Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə demişdir: "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır" .
Allah təala buyurur: "(Ey münafiqlər!) Bu gün artıq nə sizdən, nə də kafirlərdən (günahlarınızın bağışlanması üçün) heç bir fidyə qəbul olunmaz. Məskəniniz Cəhənnəmdir. Sizin mövlanız (sizə yaraşan) odur. Ora necə də pis sığınacaqdır!" Bu ayədə Allah təala, kafirlərlə daha yaxın və sıx ünsiyyətdə olan cəhənnəmi, mövla adlandırır. Allah bizi cəhənnəm odundan qorusun.
5. Mövla vəsfi, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vəfatından öncə də, sonra da Əlinin daimi simalarındandır. Hətta bu keyfiyyət Əlinin (Allah ondan razı olsun) vəfatından sonra da qalmaqdadır. Əli, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sağlığında möminlərin mövlası olduğu kimi, onunun ölümündən sonra da möminlərin mövlası olmuşdur. O hal-hazırda bizim mövlamızdır. Belə ki, Allah təala buyurur: "Sizin haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, tam mütiliklə (Allaha) namaz qılır və zəkat verirlər." Əli də iman gətirənlərin ön sırasındadır.
6. Əgər Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) rəhbər mənasını qəsd edirdisə o zaman mövlam deyil, valimdir (xəlifəmdir), sözünü ifadə edərdi. Çünki mövla sözü ilə vali sözləri başqa-başqa məna daşıyırlar. Vali sözü vilayət sözündən olub hökm etmək mənasına gəlir. Mövla sözü isə vəlayət sözündən olub, sevgi və dayaq mənasını daşıyır. Uca və nöqsansız Allah buyurur: "Əgər ikiniz də (bu hərəkətinizə görə) Allaha tövbə etsəniz (çox yaxşı olar). Çünki (Peyğəmbərə əziyyət verməklə, ona xoş getməyən bir hərəkət etməklə) qəlbləriniz (onun barəsində bir qədər qeyri-səmimiliyə, günaha) meyl etdi. Əgər ona (Peyğəmbərə) qarşı bir-birinizə kömək etsəniz, (bilin ki, sizə qələbə çalmaqda) onun mövlası (dostu, hamisi) Allah, yardım göstərənləri isə Cəbrail, əməlisaleh möminlər və bundan sonra da (bütün) mələklərdir. (Yaxud onun dostu və yardımçıları Allah, Cəbrail, əməlisaleh möminlərdir. Bunlardan sonra da mələklər onun yardımçısıdır)" .
Göründüyü kimi bu ayədə də mövla sözü sevgi, dayaq və dəstək mənalarında işlədilmişdir.
7. Allah təala İbrahim əleyhissəlamın tayfası haqqında deyir: "Şübhəsiz ki, insanların İbrahimə ən yaxın olanı onun ardınca gedənlər, bu Peyğəmbər (Muhəmməd) və ona iman gətirənlərdir. Allah möminlərin dostudur!"
Ayədə adı çəkilənlərin İbrahimə yaxın olmaları, onun üzərində ağalıq etmələri mənasına gəlmir. Əksinə, İbrahim onların başçısı və rəhbəri sayılır.
8. İmam Şafii (Allah ona rəhmət etsin) Zeyd ibn Ərqəmin hədisi barədə deyir: Bu hədisdə Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) islam dostluğunu (vəlayətini) nəzərdə tutur. Oxşar bir məqamda Allah təala buyurur: "Ona görə ki, Allah iman gətirənlərin dostudur (himayədarıdır). Kafirlərin isə dostu (himayədarı) yoxdur! "
Hədis, Əlinin Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sonra xəlifəliyinə dəlalət etmir. Əslində hədis, Əlinin Allahın dostlarından (övliyalarından) biri olduğunu göstərir. Buna görə də onu dost tutmaq, sevmək və ona dayaq olmaq vacibdir.
ƏbuBəkr və Ömər (xəlifə seçilməyinə görə) onu (Əlini) təbrik etdilər. Bu hədisin də (səhihliyində) sünnilər və şiələr həmfikirdilər (yəni icma var)
 
AdministratorTarix: Cümə, 20.02.2009, 15:20 | İsmarıc # 6
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Huzeyfa, deməli Həzrət Peyğəmbər (s) o qədər insan karvanını: "Əli mənim dostumdur",-demək üçün dayandırdı? Bu bəşəriyyətin ən şərəflisinə nə dərəcədə uyğundur?!


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
For_IslamTarix: Cümə, 20.02.2009, 20:24 | İsmarıc # 7
Çavuş
Qrup: Super moderator
İsmarıclar: 170
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote (Huzeyfa)
Birinci o kitabın adı Səhih deyil,Sünəndir.İkinci sizin bu dəliliniz Xilafətə aid deyil sevilməyə,dost olma mənasına aiddir.Zəhmət olmasa bu məqalə ilə tanış olun.Güman edirəm burada suallarınıza cavab tapa bilərsiz. Bu hədis, onların ən əhəmiyyətli dəlillərindən sayılır. Hətta onlar bu hədis barədə "Hədisul Ğədir" adlı, on bir cildlik kitab da yazmışlar. Bu hədisi İmam Mülsim öz Səhih əsərində rəvayət etmişdir. Rəvayətdə deyilir ki, Zeyd ibn Ərqəm deyir: Məkkə və Mədinə arasında Xum adlanan yerdə Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bizə vəz etdi. İlk olaraq Allaha həmd səna etdi, bizə (dinimizi) xatırlatdı, sonra isə dedi: "Ey insanlar, mən də bəşər övladıyam, Rəbbimin elçisinin gəlməsinə və mənim də onu qarşılamağıma çox az qalıb. Mən sizə iki ağır yükü tərk edib gedirəm. Birincisi, Allahın kitabıdır. Hidayət və nur ondadır. Allahın kitabını əsas götürün və ondan tutunun". Bir müddət, Allahın kitabı haqqında danışıb, insanları ona rəğbətləndirdi və sonra dedi: "(İkincisi) Əhli beytimdir. Allahın adı ilə əhli beytimi sizə xatırladıram. Allahın adı ilə əhli beytimi sizə xatırladıram. Allahın adı ilə əhli beytimi sizə xatırladıram". Huseyn ona (yəni, hədisin rəvayətçisi Zeyd ibn Ərqama) deyir: Ey Zeyd, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) əhli beyti kimlərdir? Onun yoldaşları onun əhli beytindən deyillər? Zeyd dedi: Bəli, onun əhli beyti, ondan sonra özlərinə sədəqə yemək haram olanlardır. O dedi: Bəs onlar kimlərdir? Zeyd dedi: Onlar, Əlinin, Əqilin, Cəfərin və Abbasın ailəsidir. O dedi: Bunların hamısına sədəqə haram edilmişdir? Zeyd dedi: Bəli. Başqalarının rəvayətində, məsələn, Tirmizinin , Əhmədin , Nəsainin əl-Xəsais əsərində , Hakim və digərlərinin kitablarında hədisə belə bir əlavə vardır. Belə ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır". Bu haqda digər əlavələr də qeyd olunur. Məsələn, "Allahım, onu dost tutanı sən də dost tut, ona düşmən kəsilənə isə Sən də düşmən kəsil. Ona kömək olana, Sən də kömək ol. Onu alçaldanı, Sən də alçalt. O, harada olsa haqqı da onunla bərabər et". Bu kimi əlavələr çoxdur, lakin hal-hazırda onların qeyd edilməsinə ehtiyac yoxdur. Xülasə, Səhihi Müslimin rəvayət etdiyi hədisdə, "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır", sözləri yoxdur. Bu əlavə, Tirmizinin, Əhmədin, Nəsainin əl-Xəsais əsərində, Hakim və digərlərinin kitablarında, Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhih sənədlərlə rəvayət olunmuşdur. Amma digər əlavələr, məsələn, "Allahım, onu dost tutanı, Sən də dost tut" bəzi elm adamları bu rəvayətin səhih olduğunu vurğulamışlar, lakin daha doğru rəyə əsasən bu əlavə səhih deyildir. Digər əlavə isə, "Ona kömək olana, Sən də kömək ol. Onu alçaldanı, Sən də alçalt. O, harada olsa haqqı da onunla bərabər et"- Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) adından uydurulmuş bir əlavədir. Bidətçilər, "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır" hədisini, Əlinin (Allah ondan razı olsun), Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sonra xəlifə olmasına dəlil gətirirlər. "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır" sözlərinin mənası, Əlinin xəlifə olması deməkdir. Burada mövla sözü, vali, yəni, itaəti vacib olan ağa, mənasını verir. Hədis, bu baxımdan Əlinin birinci xəlifə olmasına dəlalət edir. Həmçinin bu hədis Əlidən də rəvayət olunmuşdur. Belə ki, bir gün o, Kufədə, Rəhbə adlı yerdə olanda demişdir: Kim, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Qədr Xum günü mənim haqqımda belə dediyini eşitmişdir: "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır" . Bu sözə on iki nəfər Bədr döyüşünün iştirakçısı şahidlik edir. İlk olaraq Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun), Əliyə bu sözləri deməsinin səbəblərini qeyd edək. Onların iddiasına görə, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qızmar istidə, Cuhfə ərazisində yerləşən (həcilərin yol ayrıcı sayılan) Qədr Xumda, "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır" - fikrini çatdırmaq üçün, yüz mindən çox insanı bu yerdə dayandırmışdı. Onlar bu hədisə, əvvəldə dediyimiz əlavələri də artırıraq məsələni belə qələmə verirlər. Doğru rəyə görə bu hədisin iki səbəbi vardır: Birinci: Bureydə ibn əl-Huseyyib (Allah ondan razı olsun) deyir: Xalid ibn əl-Valid, xüms payını ayırmaq üçün bir nəfərin göndərilməsi haqqında Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) xəbər çatdırır. Əli gəlib xüms payını ayırır və sonra xüms payından özünə bir kəniz seçib ona yaxınlıq edir. Bureydə deyir: Mən buna görə Əliyə nifrət edirdim. O artıq (cənabətdən təmizlənmək üçün) qüsl də almışdı . Mən Xalidə dedim: Sən bir buna bax?! Biz Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəldikdə bu haqda ona xəbər verdim. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) isə mənə (Bureydəyə) dedi: "Ey Bureydə, sən Əliyə nifrət edirsən?" Mən dedim: Bəli. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: "Ona nifrət etmə, onun xümsdə ondan artıq payı vardır" . Digər bir rəvayətdə isə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Bureydəyə belə dediyi nəql olunur: "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır". İkinci: Beyhəqi, Əbu Səiddən rəvayət edir ki, Əli onları sədəqə malından olan dəvələrə minməyi qadağan edir və onların üzərinə bir nəfəri başçı təyin edib özü Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gedir. Əli onlarla yolda rastlaşdıqda təyin etdiyi başçının dəvələrin minilməsinə icazə verdiyini gördü. Əli dəvələrin minilməsini və dəvələrin üzərində minik əlamətlərinin görsənməsini gördükdə qəzəbləndi və təyin etdiyi müavinini tənqid etdi. Əbu Səid deyir: Biz Peyğəmbəri (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) gördükdə, Əlidən çəkdiklərimizi (ondan gördüyümüz kobud rəgtar və sıxıntı haqqında) ona xəbər verdik. Digər rəvayətdə isə deyilir ki, orada paltarlar var idi. Onlar həmin paltarlardan geyinmək istədikdə, Əli (Allah ondan razı olsun) onlara qadağa qoymuşdu. Bunları eşidən Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) deyir: Ey Səd ibn Malik (Əbu Səid), qardaşın Əli haqqında dediklərin barədə bir az tələsmə. Allaha and olsun ki, sən onun Allah yolunda yaxşı çalışdığını bilirsən. İbn Kəsir bu rəvayətin haqqında demişdir: Bu rəvayətin sənədi yaxşıdır və Nəsainin şərtinə uyğundur. Beyhəqi və başqa alimlər onu rəvayət etmişlər. İbn Kəsir deyir: Əlinin başçılıq etdiyi qoşun, sədəqə dəvələrindən istifadənin qadağan edilməsini, Əlinin müavini tərəfindən qoşuna paylanan paltarların Əli tərəfindən geri götürülməsini əsas tutub, onun haqqında çox dedi-qodu edirdilər. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) həcc əməllərini bitirib Mədinəyə qayıdarkən Qədr Xum adlı yerdə dayanıb insanlara vəz etdi. Vəzin əsas mövzusu Əlinin məziyyətlərini qeyd etməkdən və onun haqqında müsbət fikirlər söyləməkdən ibarət idi. Əksər insanların qəlbində Əliyə qarşı yaranan kin-küdurəti aparmaq üçün onun fəzilətlərini qeyd edirdi . Demək, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) həmin hədisdə Əli haqqında o sözləri deməsinin səbəbi bu idi. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu söhbəti Məkkədə, Minada və ya Ərafada olarkən etmədi, əksinə Mədinəyə qayıtmasını gözləyirdi. Görəsən bunun səbəbi nə idi? Çünki bu məsələ yalnız Mədinə camaatına aiddir. Çünki Əli (Allah ondan razı olsun) haqqında danışanlar onunla birlikdə qoşunda olan mədinəlilər idilər. Qədr Xum, Məkkədən iki yüz əlli kilometr uzaqlıqda, Cuhfə adlı yerdə yerləşir. Bu yer həcilərin yol ayrıcıdır, deyən kimsə yalançıdır. Çünki həcilərin toplanan və ayrılan yerləri Məkkədir. Heç vaxt həcilərin ayrıldığı yer Məkkədən iki yüz əlli kilometr uzaqlıqda ola bilməz. Məkkə camaatı Məkkədə qalır, Taif camaatı Taifə, Yəmən camaatı Yəmənə, İraqlılar da İraqa qayıdırlar. Həccini yekunlaşdıran hər bir insan öz ölkəsinə qayıdır. Ərəb qəbilələri də bu qaydada öz yurdlarına dönürdülər. Peyğəmbərlə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yalnız Mədinəlilər və yolu Mədinədən keçən həcilər qalmışdı. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vəzini onlara etmiş və demişdir: "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır". Əhli sünnə ilə rafizilər arasında olan fikir ayrılığı, bu sözlərin doğru və ya yalan olmasında deyil, bu sözlərin məfhumundadır. Rafizilər deyirlər ki, "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır" - sözlərinin mənası, "Mən kimin rəhbəriyəmsə, Əli də onun rəhbəridir". Əhli Sünnənin məfhumuna görə isə, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun), "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır" - sözlərində deyilən mövla ifadəsinin mənası, düşmənçilik sözünün antonimi sayılan, kömək və sevgi mənasını daşıyır. Bu mənanı söyləməyə bir neçə əsas vardır: 1. Bəzi elm adamlarının səhih saydıqları bu əlavə, "Allahım, onu dost tutanı Sən də dost tut, ona düşmən kəsilənə isə Sən də düşmən kəsil" – sözlər, deyilən mənanı açıqlayır. Burada deyilən dost və düşmən sözləri: "Əli də onun mövlasıdır" – ifadəsini açıqlayır. Bu sözlər, Əli ibn Əbu Talibin insanlar tərəfindən sevilməsi üçün deyilən sözlərdir. 2. Əli buna və bundan da artığına layiqdir, amma Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu yerdə Əliyə (Allah ondan razı olsun) görə dayanmamışdı. Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu yerdə dayanmasında məqsəd, istirahət idi. Məkkədən Mədinəyə getmək uzaq səfər sayılır. Bunun üçün beş və ya yeddi gün vaxt lazımdır. Ona görə də Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səfər əsnasında bir neçə dəfə istirahət etməli olurdu. Həmin yerdə də Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) insanlara Allahın kitabını və özünün Əhli beytini xatırlatdı. Onlara hörmətlə yanaşmağın, şənlərini uca tutmağın və eləcə də onlara itaət etməyin vacibliyini vurğuladı. Daha sonra Əli barəsində bəhs edilən məqamlara toxunaraq dedi: "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır". 3. Ərəb dilində "Mövla" sözünün dəlalət etdiyi mənalar, bu sözün, kömək və sevgi mənasında olmasını göstərir. İbn əl-Əsir deyir: Mövla sözü Allah, mülk sahibi, nemət verən, kömək edən, sevilən, and bağlayan, əsarətdə olan və ya azad olunan kölə, əmi oğlu və kürəkən mənalarında işlədilir . Demək ərəblər Mövla sözünü bütün bu mənalarda istifadə edirlər. 4. Hədisdə Əlinin rəhbərliyinə dəlalət edən heç bir məna yoxdur. Əgər Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu hədisdə Əlinin xəlifəliyini bəyan etmək istəyirdisə o zaman, İbn əl-Əsirin qeyd etdiyi kimi, özündə bir neçə mənanı daşıyan sözlə bunu ifadə etməzdi. Onun belə deməsi daha doğru olardı: Məndən sonra Əli mənim xəlifəmdir, yaxud Əli məndən sonra rəhbərdir və ya mən öləndən sonra Əli ibn Əbu Talibi eşidib, itaət edin. Amma Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun), açıq aşkar məna daşıyan və fikir ayrılığına son nöqtə qoyan, bu ifadələrin heç birini işlətməmişdir. Əksinə Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə demişdir: "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır" . Allah təala buyurur: "(Ey münafiqlər!) Bu gün artıq nə sizdən, nə də kafirlərdən (günahlarınızın bağışlanması üçün) heç bir fidyə qəbul olunmaz. Məskəniniz Cəhənnəmdir. Sizin mövlanız (sizə yaraşan) odur. Ora necə də pis sığınacaqdır!" Bu ayədə Allah təala, kafirlərlə daha yaxın və sıx ünsiyyətdə olan cəhənnəmi, mövla adlandırır. Allah bizi cəhənnəm odundan qorusun. 5. Mövla vəsfi, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vəfatından öncə də, sonra da Əlinin daimi simalarındandır. Hətta bu keyfiyyət Əlinin (Allah ondan razı olsun) vəfatından sonra da qalmaqdadır. Əli, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sağlığında möminlərin mövlası olduğu kimi, onunun ölümündən sonra da möminlərin mövlası olmuşdur. O hal-hazırda bizim mövlamızdır. Belə ki, Allah təala buyurur: "Sizin haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, tam mütiliklə (Allaha) namaz qılır və zəkat verirlər." Əli də iman gətirənlərin ön sırasındadır. 6. Əgər Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) rəhbər mənasını qəsd edirdisə o zaman mövlam deyil, valimdir (xəlifəmdir), sözünü ifadə edərdi. Çünki mövla sözü ilə vali sözləri başqa-başqa məna daşıyırlar. Vali sözü vilayət sözündən olub hökm etmək mənasına gəlir. Mövla sözü isə vəlayət sözündən olub, sevgi və dayaq mənasını daşıyır. Uca və nöqsansız Allah buyurur: "Əgər ikiniz də (bu hərəkətinizə görə) Allaha tövbə etsəniz (çox yaxşı olar). Çünki (Peyğəmbərə əziyyət verməklə, ona xoş getməyən bir hərəkət etməklə) qəlbləriniz (onun barəsində bir qədər qeyri-səmimiliyə, günaha) meyl etdi. Əgər ona (Peyğəmbərə) qarşı bir-birinizə kömək etsəniz, (bilin ki, sizə qələbə çalmaqda) onun mövlası (dostu, hamisi) Allah, yardım göstərənləri isə Cəbrail, əməlisaleh möminlər və bundan sonra da (bütün) mələklərdir. (Yaxud onun dostu və yardımçıları Allah, Cəbrail, əməlisaleh möminlərdir. Bunlardan sonra da mələklər onun yardımçısıdır)" . Göründüyü kimi bu ayədə də mövla sözü sevgi, dayaq və dəstək mənalarında işlədilmişdir. 7. Allah təala İbrahim əleyhissəlamın tayfası haqqında deyir: "Şübhəsiz ki, insanların İbrahimə ən yaxın olanı onun ardınca gedənlər, bu Peyğəmbər (Muhəmməd) və ona iman gətirənlərdir. Allah möminlərin dostudur!" Ayədə adı çəkilənlərin İbrahimə yaxın olmaları, onun üzərində ağalıq etmələri mənasına gəlmir. Əksinə, İbrahim onların başçısı və rəhbəri sayılır. 8. İmam Şafii (Allah ona rəhmət etsin) Zeyd ibn Ərqəmin hədisi barədə deyir: Bu hədisdə Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) islam dostluğunu (vəlayətini) nəzərdə tutur. Oxşar bir məqamda Allah təala buyurur: "Ona görə ki, Allah iman gətirənlərin dostudur (himayədarıdır). Kafirlərin isə dostu (himayədarı) yoxdur! " Hədis, Əlinin Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sonra xəlifəliyinə dəlalət etmir. Əslində hədis, Əlinin Allahın dostlarından (övliyalarından) biri olduğunu göstərir. Buna görə də onu dost tutmaq, sevmək və ona dayaq olmaq vacibdir. ƏbuBəkr və Ömər (xəlifə seçilməyinə görə) onu (Əlini) təbrik etdilər. Bu hədisin də (səhihliyində) sünnilər və şiələr həmfikirdilər (yəni icma var)

Oxumasam da yene de bilirem sizler ne demisiniz. Bir sual verim neye esaslanıb burada mövla sözünü ancaq dost kimi nezerde tutursuz? Başqa menasında niye olmasın? Niye rehber olmasın?......

 
HuzeyfaTarix: Bazar ertəsi, 23.02.2009, 08:03 | İsmarıc # 8
Çavuş
Qrup: İstifadeçi
İsmarıclar: 100
Reytinq: 0
Xəbərdarlıq: 20%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote (Adminstrator)
Huzeyfa, deməli Həzrət Peyğəmbər (s) o qədər insan karvanını: "Əli mənim dostumdur",-demək üçün dayandırdı? Bu bəşəriyyətin ən şərəflisinə nə dərəcədə uyğundur?!

Əğər siz diqqətlə oxusanız görərsiz ki,bu söz niyə və nə məqsədlə deyilib.Necəki,Rasulullah (s.a.s) buyurub:"Ya Əli sən mənə Harun Musaya yaxın olduğu kimi yaxınsan......" bu sözün deyilmə səbəbləri yəqin ki,sizə məlumdur.

Добавлено (23.02.2009, 08:03)
---------------------------------------------

Quote (For_Islam)
Oxumasam da yene de bilirem sizler ne demisiniz. Bir sual verim neye esaslanıb burada mövla sözünü ancaq dost kimi nezerde tutursuz? Başqa menasında niye olmasın? Niye rehber olmasın?....

Yuxarıda əgər diqqət etsəz görərsiz ki,mövla sözünün mənaları qısada olsa izah olunub.Əgər Rasulullah (s.a.s) Xəlif sözünü işlətmək istəsəydi heç kəs bu kəlməni başqa cür başa düşə bilməzdi.Mövla kəlməsini isə orada olan Səhabələr və Əli (r.a) olduğu kimi yəni,dost mənasında başa düşdülər.Əgər siz deyən məna olsaydı Əli (r.a) və digər Səhabələr bu hadisəni mütləq dəlil olaraq gətirərdilər.
http://www.boxca.com/1axo8u7wljbe/Tarixden.doc.html
 
AdministratorTarix: Bazar ertəsi, 23.02.2009, 12:42 | İsmarıc # 9
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote
Əğər siz diqqətlə oxusanız görərsiz ki,bu söz niyə və nə məqsədlə deyilib.Necəki,Rasulullah (s.a.s) buyurub:"Ya Əli sən mənə Harun Musaya yaxın olduğu kimi yaxınsan......" bu sözün deyilmə səbəbləri yəqin ki,sizə məlumdur.

Bircə dəqiqə, başqa-başqa şeylərdir. Həzrət Əlinin (ə) Peyğəmbərə (s) nə qədər yaxınlığını hamı bilirdi. Bunu bəyan etmək üçün Niyə Peyğəmbər (s) hamını topladı? O qədər insanı yolundan saxladı? Deməli burada nəsə başqa şey bəyan olunur? Axə siz niyə "mövla" sözündə rəhbərliyi yox dostluğu görürsünüz?

Quote
Əgər siz deyən məna olsaydı Əli (r.a) və digər Səhabələr bu hadisəni mütləq dəlil olaraq gətirərdilər.

Məgər Əlinin (ə) xəlifəliyini bəyan edərək Əbu Bəkrə beyət etməyən səhabələr olmayıb?


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
ZehrayiNurTarix: Bazar ertəsi, 23.02.2009, 21:16 | İsmarıc # 10
Çavuş
Qrup: İstifadeçi
İsmarıclar: 141
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Huzeyfa, Sadece Bu Biabirciliqdir ki,Siz burda Imam Elinin movla olub olmadigini movzuya qoymusuz.Gorun bir Bu ne veziyyetdir?

Elbetteki Bundan pisi de olar bilermiki,Peygenber balasini vehsicesine qetle yetiren yezide Eziz Seyx Qamet Suleymanov Rahimaullah deyir.Deyir bir sehvide edib..Budur Sehv Hansi sehv?Qetle yetirmek sehvdi?BU bele deyenden sonra basqalari ne desin!!! angry


«Ey insanlar! Rəbbinizdən qorxun!»
يَا أَيُّهَا النَّاسُ اتَّقُوا رَبَّكُمُ
 
HuzeyfaTarix: Çərşənbə axşamı, 24.02.2009, 06:13 | İsmarıc # 11
Çavuş
Qrup: İstifadeçi
İsmarıclar: 100
Reytinq: 0
Xəbərdarlıq: 20%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote (Adminstrator)
Bircə dəqiqə, başqa-başqa şeylərdir. Həzrət Əlinin (ə) Peyğəmbərə (s) nə qədər yaxınlığını hamı bilirdi. Bunu bəyan etmək üçün Niyə Peyğəmbər (s) hamını topladı? O qədər insanı yolundan saxladı? Deməli burada nəsə başqa şey bəyan olunur? Axə siz niyə "mövla" sözündə rəhbərliyi yox dostluğu görürsünüz?

Xahiş edirəm yuxarıda yazılan məqaləni oxuyun.Orada bu sözün deyilmə səbəbləri dəlillərlə gətirilib.Hamını toplamaq məsələsinə gəldikdə isə burda qəribə nə var?Səfərdə gedən qafilənin namaz əsnasında bir yerə toplanması məgər qeyri-adi şeydir?
Üstəlik unutmayın ki,Rasulullah (s.a.s) Vida həccindən qayıdırdı və orada olarkən məşhur Vida xütbəsini oxudu və o zaman Maidə 3 ayəsi nazil olmuşdu.

 
For_IslamTarix: Çərşənbə axşamı, 24.02.2009, 18:01 | İsmarıc # 12
Çavuş
Qrup: Super moderator
İsmarıclar: 170
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote (Huzeyfa)
.Əgər Rasulullah (s.a.s) Xəlif sözünü işlətmək istəsəydi heç kəs bu kəlməni başqa cür başa düşə bilməzdi.Mövla kəlməsini isə orada olan Səhabələr və Əli (r.a) olduğu kimi yəni,dost mənasında başa düşdülər.Əgər siz deyən məna olsaydı Əli (r.a) və digər Səhabələr bu hadisəni mütləq dəlil olaraq gətirərdilər.

Xelif sözü işletseydi onda, men deyerdim ki siz 120 senedi qoyardiz bir kenara deyerdiz ki bele bir şety olmayib. Maide suresi 55-de ne deyilir tefsirlerde? Hetta sünnü tefsirlerinde de bu revayetler var. Bu neye işaredir bes? Bes Musanın Haruna olan nisbeti? Çoxdur bele hedisler.. Nese düzdür mövzu bu barededir, sadece sözümüz başqa idi.
O ki qaldı sehabelerin delil getirmesine, meger her kes beyet etdi Ebubekre? Seqifede bezileri dedi ki, Biz Aliden başqasına beyet etmerik!!!! Ne üçün 6 aydan sonra Ali (as) beyet etdi Ebubekre???
 
HuzeyfaTarix: Çərşənbə, 25.02.2009, 08:18 | İsmarıc # 13
Çavuş
Qrup: İstifadeçi
İsmarıclar: 100
Reytinq: 0
Xəbərdarlıq: 20%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote (For_Islam)
Xelif sözü işletseydi onda, men deyerdim ki siz 120 senedi qoyardiz bir kenara deyerdiz ki bele bir şety olmayib. Maide suresi 55-de ne deyilir tefsirlerde? Hetta sünnü tefsirlerinde de bu revayetler var. Bu neye işaredir bes? Bes Musanın Haruna olan nisbeti? Çoxdur bele hedisler.. Nese düzdür mövzu bu barededir, sadece sözümüz başqa idi. O ki qaldı sehabelerin delil getirmesine, meger her kes beyet etdi Ebubekre? Seqifede bezileri dedi ki, Biz Aliden başqasına beyet etmerik!!!! Ne üçün 6 aydan sonra Ali (as) beyet etdi Ebubekre???

Biz Qədir Xum hadisəsindən danışırıq və mövzu mövla sözüdür.Siz isə eyni zamanda digər daha geniş məsələlərə toxunursuz.Gəlin birinci bu məsələni dəqiqləşdirək.Deməli,Adi məntiq insana deyir ki,əgər Xəlif sözü olsaydı
1-Rasulullah (s.a.s) bu ifadəni açıq-aşkar hamının başa düşdüyü şəkildə və dəfələrlə necə ki, namazı və s.İslamı hökmləri dəfələrlə təkrar etdiyi kimi xatırladardı.
2-Bu vacib və məşhur hadisə Əli (r.a) və onun azsaylı tərəfdarları üçün Xilafəti isbat etmək üçün inanılmaz bir dəlil hesab olunardı.Çünki,nəzərə almaq lazımdır ki,Səqifə günü Mühacir və Ənsarlar bu baradə istişarə edərkən bu məsələ heç xatırlanmadı.
Sonda aşağıdakı dəlillərə qiqqət etin:
"Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır". Əhli sünnə ilə Şiyələr arasında olan fikir ayrılığı, bu sözlərin doğru və ya yalan olmasında deyil, bu sözlərin məfhumundadır. Şiyələr deyirlər ki, "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır" - sözlərinin mənası, "Mən kimin rəhbəriyəmsə, Əli də onun rəhbəridir". Əhli Sünnənin məfhumuna görə isə, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun), "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır" - sözlərində deyilən mövla ifadəsinin mənası, düşmənçilik sözünün antonimi sayılan, kömək və sevgi mənasını daşıyır. Bu mənanı söyləməyə bir neçə əsas vardır:
1. Bəzi elm adamlarının səhih saydıqları bu əlavə, "Allahım, onu dost tutanı Sən də dost tut, ona düşmən kəsilənə isə Sən də düşmən kəsil" – sözlər, deyilən mənanı açıqlayır. Burada deyilən dost və düşmən sözləri: "Əli də onun mövlasıdır" – ifadəsini açıqlayır. Bu sözlər, Əli ibn Əbu Talibin insanlar tərəfindən sevilməsi üçün deyilən sözlərdir.
2. Əli buna və bundan da artığına layiqdir, amma Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu yerdə Əliyə (Allah ondan razı olsun) görə dayanmamışdı. Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu yerdə dayanmasında məqsəd, istirahət idi. Məkkədən Mədinəyə getmək uzaq səfər sayılır. Bunun üçün beş və ya yeddi gün vaxt lazımdır. Ona görə də Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səfər əsnasında bir neçə dəfə istirahət etməli olurdu. Həmin yerdə də Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) insanlara Allahın kitabını və özünün Əhli beytini xatırlatdı. Onlara hörmətlə yanaşmağın, şənlərini uca tutmağın və eləcə də onlara itaət etməyin vacibliyini vurğuladı. Daha sonra Əli barəsində bəhs edilən məqamlara toxunaraq dedi: "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır".
3. Ərəb dilində "Mövla" sözünün dəlalət etdiyi mənalar, bu sözün, kömək və sevgi mənasında olmasını göstərir. İbn əl-Əsir deyir: Mövla sözü Allah, mülk sahibi, nemət verən, kömək edən, sevilən, and bağlayan, əsarətdə olan və ya azad olunan kölə, əmi oğlu və kürəkən mənalarında işlədilir (ən-Nihayə fi ğəribil hədis: 5, 228). Demək ərəblər Mövla sözünü bütün bu mənalarda istifadə edirlər.
4. Hədisdə Əlinin rəhbərliyinə dəlalət edən heç bir məna yoxdur. Əgər Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu hədisdə Əlinin xəlifəliyini bəyan etmək istəyirdisə o zaman, İbn əl-Əsirin qeyd etdiyi kimi, özündə bir neçə mənanı daşıyan sözlə bunu ifadə etməzdi. Onun belə deməsi daha doğru olardı: Məndən sonra Əli mənim xəlifəmdir, yaxud Əli məndən sonra rəhbərdir və ya mən öləndən sonra Əli ibn Əbu Talibi eşidib, itaət edin. Amma Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun), açıq aşkar məna daşıyan və fikir ayrılığına son nöqtə qoyan, bu ifadələrin heç birini işlətməmişdir. Əksinə Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə demişdir: "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır" .
Şiyə məzhəbinin böyük alimlərindən sayılan ən-Nuri ət-Təbərisi deyir: "Qədr Xum günü, Peyğəmbər özündən sonra Əlinin xəlifə olması haqqında açıq-aşkar bir söz qeyd etməmişdir. O, bunu ümumi məna daşıyan və bir neçə mənalarda müştərək olan bir ifadə ilə vurğulamışdır. Bu ifadənin hansı mənaya dəlalət etməsini araşdırıb təyin etmək lazımdır". Faslul Xitab, 205-206
Allah təala buyurur: "(Ey münafiqlər!) Bu gün artıq nə sizdən, nə də kafirlərdən (günahlarınızın bağışlanması üçün) heç bir fidyə qəbul olunmaz. Məskəniniz Cəhənnəmdir. Sizin mövlanız (sizə yaraşan) odur. Ora necə də pis sığınacaqdır!" Bu ayədə Allah təala, kafirlərlə daha yaxın və sıx ünsiyyətdə olan cəhənnəmi, mövla adlandırır. Allah bizi cəhənnəm odundan qorusun.
5. Mövla vəsfi, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vəfatından öncə də, sonra da Əlinin daimi simalarındandır. Hətta bu keyfiyyət Əlinin (Allah ondan razı olsun) vəfatından sonra da qalmaqdadır. Əli, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sağlığında möminlərin mövlası olduğu kimi, onunun ölümündən sonra da möminlərin mövlası olmuşdur. O hal-hazırda bizim mövlamızdır. Belə ki, Allah təala buyurur: "Sizin haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, tam mütiliklə (Allaha) namaz qılır və zəkat verirlər." Əli də iman gətirənlərin ön sırasındadır.
6. Əgər Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) rəhbər mənasını qəsd edirdisə o zaman mövlam deyil, valimdir (xəlifəmdir), sözünü ifadə edərdi. Çünki mövla sözü ilə vali sözləri başqa-başqa məna daşıyırlar. Vali sözü vilayət sözündən olub hökm etmək mənasına gəlir. Mövla sözü isə vəlayət sözündən olub, sevgi və dayaq mənasını daşıyır. Uca və nöqsansız Allah buyurur: "Əgər ikiniz də (bu hərəkətinizə görə) Allaha tövbə etsəniz (çox yaxşı olar). Çünki (Peyğəmbərə əziyyət verməklə, ona xoş getməyən bir hərəkət etməklə) qəlbləriniz (onun barəsində bir qədər qeyri-səmimiliyə, günaha) meyl etdi. Əgər ona (Peyğəmbərə) qarşı bir-birinizə kömək etsəniz, (bilin ki, sizə qələbə çalmaqda) onun mövlası (dostu, hamisi) Allah, yardım göstərənləri isə Cəbrail, əməlisaleh möminlər və bundan sonra da (bütün) mələklərdir. (Yaxud onun dostu və yardımçıları Allah, Cəbrail, əməlisaleh möminlərdir. Bunlardan sonra da mələklər onun yardımçısıdır)" .
Göründüyü kimi bu ayədə də mövla sözü sevgi, dayaq və dəstək mənalarında işlədilmişdir.
7. Allah təala İbrahim əleyhissəlamın tayfası haqqında deyir: "Şübhəsiz ki, insanların İbrahimə ən yaxın olanı onun ardınca gedənlər, bu Peyğəmbər (Muhəmməd) və ona iman gətirənlərdir. Allah möminlərin dostudur!"
Ayədə adı çəkilənlərin İbrahimə yaxın olmaları, onun üzərində ağalıq etmələri mənasına gəlmir. Əksinə, İbrahim onların başçısı və rəhbəri sayılır.
8. İmam Şafii (Allah ona rəhmət etsin) Zeyd ibn Ərqəmin hədisi barədə deyir: Bu hədisdə Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) islam dostluğunu (vəlayətini) nəzərdə tutur. Oxşar bir məqamda Allah təala buyurur: "Ona görə ki, Allah iman gətirənlərin dostudur (himayədarıdır). Kafirlərin isə dostu (himayədarı) yoxdur! "
Hədis, Əlinin Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sonra xəlifəliyinə dəlalət etmir. Əslində hədis, Əlinin Allahın dostlarından (övliyalarından) biri olduğunu göstərir. Buna görə də onu dost tutmaq, sevmək və ona dayaq olmaq vacibdir.
 
AdministratorTarix: Çərşənbə, 25.02.2009, 12:04 | İsmarıc # 14
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Hicrətin 10-cu ilində, yə᾿ni İslam Peyğəmbərinin (s) ömrünün son ilində həzrət Məhəmməd (s) özünün son həcc mərasimini tamamlayaraq Mədinəyə qayıdırdı. Bu zaman 120 mindən artıq müsəlman əziz Peyğəmbərlərini müşayiət edirdilər. Zil-hiccə ayının 18-ci günü həzrətin qafiləsi Qədir-xum adlı bir səhraya yetişdi. Həzrət Peyğəmbər (s) gözlənilmədən hamıya bu isti səhrada dayanmağı əmr etdi. Bir az öncə onlardan ayrılan Yəmən, Taif və başqa diyarlardan olan müsəlmanların arxasınca qasid göndərərək onların qayıtmasını istədi. Həzrət dəvə xamıdlarından düzəldilmiş uca bir yerə çıxaraq əvvəlcə bir neçə kəlmə Әli (ə)-ın fəzilətlərindən, onun barəsində nazil olan ayələrdən danışaraq buyurdu:

Ey müsəlmanlar, mən sizə sizin özünüzdən daha yaxın deyiləmmi? (Yə᾿ni mənim əmr və göstərişlərim sizin öz fikirlərinizdən daha əhəmiyyətli deyilmi? Mən sizin rəhbəriniz deyiləmmi?) Dedilər: Bəli ya Rəsuləllah! Həzrət Peyğəmbər, Әli (ə)-ın əlindən tutaraq bacardıqca yuxarı qaldırdı və buyurdu: Mən hər kəsin mövlasıyamsa (rəhbəri), Әli də onun mövlasıdır! İlahi! Onu sevəni Sən də sev, ona düşmən olana Sən də düşmən ol. Ona kömək edən şəxsə kömək et, onu zəlil etmək istəyəni zəlil et!

Daha sonra üzünü bütün müsəlmanlara tutaraq: Gedin Әliyə bey᾿ət edin! Buyurdu. Әli (ə)-a hamıdan öncə Ömər, sonra Әbu Bəkr daha sonra Osman, Təlhə, Zübeyr və bütün müsəlmanlar bey᾿ət etdilər.»

Bu böyük hadisəni bütün tarixçilər 120-dən artıq mö᾿təbər sənədlə nəql etmişlər.

Burada bu hadisəni nəql edən əhli-sünnət kitablarının bir hissəsini gətiririk:

Məfatihul-ğəyb – İmam Fəxri Razi;

2. Kəşful-bəyan – imam Sə᾿ləbi;

3. Dürrül-mənsur – Cəlaləddin Siyuti;

4. Әsbabun-nüzul – Nişapuri Әbul Həsən;

5. Təfsiri-kəbir – Məhəmməd Təbəri;

6. Hilyətul-övliya – Hafiz İsfəhani;

7. Səhih – Müslim ibni Həccac;

8. Tarix – Məhəmməd Buxari;

9. Sünən - Әbi Davud;

10. Sünən – Termezi;

11. Kitabul-vilayə - Hafiz ibni Әqdih;

12. Tarix – İbni Kəsir;

13. Müsnəd – imam Әhməd ibni Hənbəl;

14. Sirrul-aləmin – Ğəzzali;

15. İstiab – İbni Әbdül-birr;

16. Mətalibus-sual – İbni Təlhə Şafei;

17. Mənaqib – İbni Məğazili Şafei;

18. Fusulul-mühimmə - İbni Səbbağ Maliki;

19. Məsabihus-sünnə – İbni Məs᾿ud Bəğəvi;

20. Mənaqib – Xətib Xarəzmi;

21. Qamusul-üsul – Məcduddin ibni Әsir;

22. Sünən və xəsaisul ələvi – imam Nəsai;

23. Yənabiul-məvəddə – Şeyx Süleyman Hənəfi;

24. Әs-Səvaiqul-muhriqə - İbni Həcər Məkki;

25. Sünən – İbni Yezid Hafiz ibni Macə;

26. Müstədrək – Hakim Nişapuri;

27. Әvsət – İbni Әhməd Təbərani;

28. Üsdul-ğabə - İbni Әsir Cəzəri;

29. Təzkirətu xəvassil-ummə - Sibt ibni Cuzi;

30. Әqdül-fərid – İbni Әbdi Rəbih;

31. Cəvahirul-əqdəyn - Әllamə Səmhudi;

32. Minhacus-sünnə - İbni Teymiyyə;

33. Fəthul-bari – İbni Həcər Әsqəlani;

34. Rəbiul-əbrar – Carullah Zəməxşəri;

35. Әd-dirayə fi hədisil-vilayə - Әbu Səid Səcistani;

36. Duatul-huda ila ədai həqqil-məvalat – Həskani;

37. Әl-Cəm bəynəs-sihah sittə - İbni Müaviyə Әbdəri;

38. Әl-Әrbəin – imam Fəxri Razi;

39. Әhadisul-mütəvatirə - Muqbili;

40. Tarixul-xüləfa – Siyuti;

41. Məvəddətul-qurba – Mir seyyid Әli Həmədani;

42. Xəsaisul-ələvi - Әbdul-fəth Nəzəzi;

43. Fəslul-xitab – Xacə Buxari;

44. Әl-Әrbəin – Cəmaləddin Şirazi;

45. Feyzul-qədir - Әbu-rəuf əl-Mənavi;

46. Kifayətu-talib – İbni Şərəf ən-Nəvəvi;

47. Təhzibul-əsma – İbni Şərəf ən-Nəvəvi;

48. Fəraidus-sibtəyn – İbrahim Həmvini.

49. İbtalul-batil – Qazi Fəzlullah;

50. Siracul-munir – Şəmsəddin Şərbini;

51. Әl-Miləl vən-nihəl – Şəhristani Şafei;

52. Tarixu Bağdad – Xətib Bağdadi;

53. Tarix – İbni Әsakir Dəməşqi;

54. Şərhu-nəhcil-bəlağə - İbni Әbil Hədid;

55. Ürvətul-vüsqa - Әlauddin Səmnani;

56. Tarix – İbni Xəldun;

57. Kənzul-ümmal – Müttəqi Hindi;

58. Әsnəl mətalib - Әbul-xeyr Dəməşqi;

59. Şərhu Məvaqif – Şərif Hənəfi Cürcani;

60. Ğəraibul-qur᾿an – Nizamuddin Nişapuri.

Huzeyfa, xahiş edirəm indi ünvanlayacağım suallara bənd-bənd cavab yazasınız:

Bu qədər mö᾿təbər sənədin müqabilində e᾿tirafa məcbur olan bə᾿zi qərəzli alimlər belə bir məntiqsiz bəhanə gətirirlər: Bu hadisənin tarixi fakt olması şübhəsizdir. Lakin Peyğəmbər (s) bu hədisdə «mövla» dedikdə dostluq və məhəbbət nəzərdə tuturdu. Bu isə Әli (ə)-ın imamət və xilafətinə dəlalət etmir!..

Cavab: Doğrudur «mövla» sözünün mə᾿nalarından biri də dost deməkdir, lakin:

1. Әgər mövla sözünün bir mə᾿nası rəhbər, digər mə᾿nası dost deməkdirsə, nə üçün təkcə dost mə᾿nasını qəbul edək? Mövla dedikdə hansı mə᾿nanın nəzərdə tutulduğunu bilmiriksə, hansı dəlil və sübuta əsasən yalnız dost mə᾿nasını qəbul etməliyik?

2. Bir şəxsin dostluq və məhəbbətinin nə qədər əhəmiyyəti vardır ki, təkcə 60-dan artıq əhli-sünnət kitabı, 120-dən artıq sənədlə bu hədisi nəql etmişlər!?

3. Bunu hansı məntiqlə qəbul edək ki, İslam Peyğəmbəri (s) qızmar günəş altında, pul kimi qızaran səhrada müsəlmanlara dayanmaq əmri verir, ayrılan dəstələri geri qaytarıb onlara Әlini sevin deyir!?

4. Hədisin məzmununa bütünlüklə diqqət etsək görərik ki, Peyğəmbər (s) əvvəlcə özünün bütün müsəlmanlara olan vilayətini xatırladır və müsəlmanlardan bir daha bey᾿ət alır:

«Ey müsəlmanlar, mən sizə sizin özünüzdən yaxın deyiləmmi?»

Yə᾿ni mənim itaətim bir ilahi rəhbər kimi hamıya vacib deyilmi?

Müsəlmanlar bir daha bu həqiqəti iqrar etdikdən sonra Peyğəmbər (s) - mənim rəhbərliyimi qəbul edən kəslər Әlinin rəhbərliyini də qəbul etməlidirlər -.deyə buyurdu.

5. Cəlaləddin Siyuti «Dürrül-mənsur» kitabında, İbni Әbi Hatəm Razi «Təfsirul-ğədir» kitabında, Hafiz Təbəri «əl-Vilayə» kitabında, Hafiz Әbu Bəkr Şirazi «Ma nəzələ minəl-qur᾿an fi Әli» kitabında, Həskani «Şəvahidut-tənzil» kitabında, Qazi Şukani «Fəthul-qədir» kitabında, Bədrəddin Hənəfi «Ümdətul-qari» kitabında, İmam Sə᾿ləbi «Kəşful-bəyan» kitabında, İbni Səbbağ Maliki «Füsulul-mühimmə» kitabında və 20-dən artıq digər əhli-sünnət kitablarında Qədir-xum hadisəsini şərh edərkən yazmışlar:

«Peyğəmbər (s) Qədir-xum səhrasına yetişdikdə Qur᾿ani-Kərimin bu ayəsi nazil oldu:

«Ey Peyğəmbər, Allah tərəfindən sənə nazil olan hökmü xalqa çatdır. Әgər bunu etməsən öz peyğəmbərliyini yerinə yetirməmisən...»

Bu ayə nazil olan kimi Peyğəmbər (s) müsəlmanlara dayanmaq əmri verdi və mə᾿lum xütbəni oxudu.»

Diqqət edin, əgər biz mövla sözünü dost mə᾿nasında qəbul etsək, belə çıxır ki, Allah-taala xüsusi bir ayə nazil edərək Öz Peyğəmbərinə əmr edir ki, xalqı isti səhrada dayandırıb Әlinin dostluğunu tövsiyə etsin!!!

Maraqlı burasıdır ki, Peyğəmbər (s) müsəlmanlara «Әli ilə dost olun» deməsə, 23 illik risalət və peyğəmbərliyini yerinə yetirməmiş olur!!!»

Gəlin qəbul edək ki, qeyd etdiyimiz ayənin məzmununa əsasən Peyğəmbərin (s) risalətinin tamamlanması hesab olunan, qızmar günəş altında 120 mindən artıq müsəlmana xitab edilən bu tarixi cümləni sadə bir dostluq mə᾿nasına yozduğumuzu eşidənlər bizə və ya bizim dinimizin məntiqinə qəhqəhə ilə gülsələr, onlara qoşulub gülməkdən başqa çarəmiz qalmır.


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
HuzeyfaTarix: Cümə axşamı, 26.02.2009, 07:24 | İsmarıc # 15
Çavuş
Qrup: İstifadeçi
İsmarıclar: 100
Reytinq: 0
Xəbərdarlıq: 20%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote (Adminstrator)
Hicrətin 10-cu ilində, yə᾿ni İslam Peyğəmbərinin (s) ömrünün son ilində həzrət Məhəmməd (s) özünün son həcc mərasimini tamamlayaraq Mədinəyə qayıdırdı. Bu zaman 120 mindən artıq müsəlman əziz Peyğəmbərlərini müşayiət edirdilər. Zil-hiccə ayının 18-ci günü həzrətin qafiləsi Qədir-xum adlı bir səhraya yetişdi. Həzrət Peyğəmbər (s) gözlənilmədən hamıya bu isti səhrada dayanmağı əmr etdi. Bir az öncə onlardan ayrılan Yəmən, Taif və başqa diyarlardan olan müsəlmanların arxasınca qasid göndərərək onların qayıtmasını istədi. Həzrət dəvə xamıdlarından düzəldilmiş uca bir yerə çıxaraq əvvəlcə bir neçə kəlmə Әli (ə)-ın fəzilətlərindən, onun barəsində nazil olan ayələrdən danışaraq buyurdu: Ey müsəlmanlar, mən sizə sizin özünüzdən daha yaxın deyiləmmi? (Yə᾿ni mənim əmr və göstərişlərim sizin öz fikirlərinizdən daha əhəmiyyətli deyilmi? Mən sizin rəhbəriniz deyiləmmi?) Dedilər: Bəli ya Rəsuləllah! Həzrət Peyğəmbər, Әli (ə)-ın əlindən tutaraq bacardıqca yuxarı qaldırdı və buyurdu: Mən hər kəsin mövlasıyamsa (rəhbəri), Әli də onun mövlasıdır! İlahi! Onu sevəni Sən də sev, ona düşmən olana Sən də düşmən ol. Ona kömək edən şəxsə kömək et, onu zəlil etmək istəyəni zəlil et! Daha sonra üzünü bütün müsəlmanlara tutaraq: Gedin Әliyə bey᾿ət edin! Buyurdu. Әli (ə)-a hamıdan öncə Ömər, sonra Әbu Bəkr daha sonra Osman, Təlhə, Zübeyr və bütün müsəlmanlar bey᾿ət etdilər.» Bu böyük hadisəni bütün tarixçilər 120-dən artıq mö᾿təbər sənədlə nəql etmişlər.

Gəlin dəqiq və düzgün danışaq.Bu mətn adını çəkdiyiniz kitabların hansında gəlib.Çünki,bu hadisə çox mənbələrdə ayri-ayrı ləfzlərlə gəlib.Bu mətndə isə əlavələr və təhriflər vardır.Mən təkrarlar yol vermək istəmirəm.Çünki,yuxarıda bütün sizin suallara cavab verilib.Sizə deyə bilərəm ki,gətirdiyiniz mətndə çoxlu əlavələr və təhriflər var.

Quote (Adminstrator)
Huzeyfa, xahiş edirəm indi ünvanlayacağım suallara bənd-bənd cavab yazasınız:

Çalışaram
Quote (Adminstrator)
Bu qədər mö᾿təbər sənədin müqabilində e᾿tirafa məcbur olan bə᾿zi qərəzli alimlər belə bir məntiqsiz bəhanə gətirirlər: Bu hadisənin tarixi fakt olması şübhəsizdir. Lakin Peyğəmbər (s) bu hədisdə «mövla» dedikdə dostluq və məhəbbət nəzərdə tuturdu. Bu isə Әli (ə)-ın imamət və xilafətinə dəlalət etmir!.. Cavab: Doğrudur «mövla» sözünün mə᾿nalarından biri də dost deməkdir, lakin: 1. Әgər mövla sözünün bir mə᾿nası rəhbər, digər mə᾿nası dost deməkdirsə, nə üçün təkcə dost mə᾿nasını qəbul edək? Mövla dedikdə hansı mə᾿nanın nəzərdə tutulduğunu bilmiriksə, hansı dəlil və sübuta əsasən yalnız dost mə᾿nasını qəbul etməliyik?

Təkrar olsa da bir daha yazacam.Xahiş edirəm diqqətlə oxuyun.Bu sualları bir də mənə verməyin.
Bidətçilər, "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır" hədisini, Əlinin (Allah ondan razı olsun), Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sonra xəlifə olmasına dəlil gətirirlər. "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır" sözlərinin mənası, Əlinin xəlifə olması deməkdir. Burada mövla sözü, vali, yəni, itaəti vacib olan ağa, mənasını verir. Hədis, bu baxımdan Əlinin birinci xəlifə olmasına dəlalət edir.
Həmçinin bu hədis Əlidən də rəvayət olunmuşdur. Belə ki, bir gün o, Kufədə, Rəhbə adlı yerdə olanda demişdir: Kim, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Qədr Xum günü mənim haqqımda belə dediyini eşitmişdir: "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır" . Bu sözə on iki nəfər Bədr döyüşünün iştirakçısı şahidlik edir.
İlk olaraq Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun), Əliyə bu sözləri deməsinin səbəblərini qeyd edək.
Onların iddiasına görə, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qızmar istidə, Cuhfə ərazisində yerləşən (həcilərin yol ayrıcı sayılan) Qədr Xumda, "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır" - fikrini çatdırmaq üçün, yüz mindən çox insanı bu yerdə dayandırmışdı. Onlar bu hədisə, əvvəldə dediyimiz əlavələri də artırıraq məsələni belə qələmə verirlər.
Doğru rəyə görə bu hədisin iki səbəbi vardır:
Birinci: Bureydə ibn əl-Huseyyib (Allah ondan razı olsun) deyir: Xalid ibn əl-Valid, xüms payını ayırmaq üçün bir nəfərin göndərilməsi haqqında Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) xəbər çatdırır. Əli gəlib xüms payını ayırır və sonra xüms payından özünə bir kəniz seçib ona yaxınlıq edir. Bureydə deyir: Mən buna görə Əliyə nifrət edirdim. O artıq (cənabətdən təmizlənmək üçün) qüsl də almışdı . Mən Xalidə dedim: Sən bir buna bax?!
Biz Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəldikdə bu haqda ona xəbər verdim. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) isə mənə (Bureydəyə) dedi: "Ey Bureydə, sən Əliyə nifrət edirsən?" Mən dedim: Bəli. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: "Ona nifrət etmə, onun xümsdə ondan artıq payı vardır" . Digər bir rəvayətdə isə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Bureydəyə belə dediyi nəql olunur: "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır".
İkinci: Beyhəqi, Əbu Səiddən rəvayət edir ki, Əli onları sədəqə malından olan dəvələrə minməyi qadağan edir və onların üzərinə bir nəfəri başçı təyin edib özü Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gedir. Əli onlarla yolda rastlaşdıqda təyin etdiyi başçının dəvələrin minilməsinə icazə verdiyini gördü. Əli dəvələrin minilməsini və dəvələrin üzərində minik əlamətlərinin görsənməsini gördükdə qəzəbləndi və təyin etdiyi müavinini tənqid etdi.
Əbu Səid deyir: Biz Peyğəmbəri (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) gördükdə, Əlidən çəkdiklərimizi (ondan gördüyümüz kobud rəgtar və sıxıntı haqqında) ona xəbər verdik. Digər rəvayətdə isə deyilir ki, orada paltarlar var idi. Onlar həmin paltarlardan geyinmək istədikdə, Əli (Allah ondan razı olsun) onlara qadağa qoymuşdu. Bunları eşidən Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) deyir: Ey Səd ibn Malik (Əbu Səid), qardaşın Əli haqqında dediklərin barədə bir az tələsmə. Allaha and olsun ki, sən onun Allah yolunda yaxşı çalışdığını bilirsən. İbn Kəsir bu rəvayətin haqqında demişdir: Bu rəvayətin sənədi yaxşıdır və Nəsainin şərtinə uyğundur. Beyhəqi və başqa alimlər onu rəvayət etmişlər.
İbn Kəsir deyir: Əlinin başçılıq etdiyi qoşun, sədəqə dəvələrindən istifadənin qadağan edilməsini, Əlinin müavini tərəfindən qoşuna paylanan paltarların Əli tərəfindən geri götürülməsini əsas tutub, onun haqqında çox dedi-qodu edirdilər. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) həcc əməllərini bitirib Mədinəyə qayıdarkən Qədr Xum adlı yerdə dayanıb insanlara vəz etdi. Vəzin əsas mövzusu Əlinin məziyyətlərini qeyd etməkdən və onun haqqında müsbət fikirlər söyləməkdən ibarət idi. Əksər insanların qəlbində Əliyə qarşı yaranan kin-küdurəti aparmaq üçün onun fəzilətlərini qeyd edirdi .
Demək, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) həmin hədisdə Əli haqqında o sözləri deməsinin səbəbi bu idi. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu söhbəti Məkkədə, Minada və ya Ərafada olarkən etmədi, əksinə Mədinəyə qayıtmasını gözləyirdi. Görəsən bunun səbəbi nə idi? Çünki bu məsələ yalnız Mədinə camaatına aiddir. Çünki Əli (Allah ondan razı olsun) haqqında danışanlar onunla birlikdə qoşunda olan mədinəlilər idilər. Qədr Xum, Məkkədən iki yüz əlli kilometr uzaqlıqda, Cuhfə adlı yerdə yerləşir. Bu yer həcilərin yol ayrıcıdır, deyən kimsə yalançıdır. Çünki həcilərin toplanan və ayrılan yerləri Məkkədir. Heç vaxt həcilərin ayrıldığı yer Məkkədən iki yüz əlli kilometr uzaqlıqda ola bilməz. Məkkə camaatı Məkkədə qalır, Taif camaatı Taifə, Yəmən camaatı Yəmənə, İraqlılar da İraqa qayıdırlar. Həccini yekunlaşdıran hər bir insan öz ölkəsinə qayıdır. Ərəb qəbilələri də bu qaydada öz yurdlarına dönürdülər. Peyğəmbərlə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yalnız Mədinəlilər və yolu Mədinədən keçən həcilər qalmışdı. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vəzini onlara etmiş və demişdir: "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır". Əhli sünnə ilə Şiyələr arasında olan fikir ayrılığı, bu sözlərin doğru və ya yalan olmasında deyil, bu sözlərin məfhumundadır. Şiyələr deyirlər ki, "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır" - sözlərinin mənası, "Mən kimin rəhbəriyəmsə, Əli də onun rəhbəridir". Əhli Sünnənin məfhumuna görə isə, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun), "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır" - sözlərində deyilən mövla ifadəsinin mənası, düşmənçilik sözünün antonimi sayılan, kömək və sevgi mənasını daşıyır. Bu mənanı söyləməyə bir neçə əsas vardır:
1. Bəzi elm adamlarının səhih saydıqları bu əlavə, "Allahım, onu dost tutanı Sən də dost tut, ona düşmən kəsilənə isə Sən də düşmən kəsil" – sözlər, deyilən mənanı açıqlayır. Burada deyilən dost və düşmən sözləri: "Əli də onun mövlasıdır" – ifadəsini açıqlayır. Bu sözlər, Əli ibn Əbu Talibin insanlar tərəfindən sevilməsi üçün deyilən sözlərdir.
2. Əli buna və bundan da artığına layiqdir, amma Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu yerdə Əliyə (Allah ondan razı olsun) görə dayanmamışdı. Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu yerdə dayanmasında məqsəd, istirahət idi. Məkkədən Mədinəyə getmək uzaq səfər sayılır. Bunun üçün beş və ya yeddi gün vaxt lazımdır. Ona görə də Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səfər əsnasında bir neçə dəfə istirahət etməli olurdu. Həmin yerdə də Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) insanlara Allahın kitabını və özünün Əhli beytini xatırlatdı. Onlara hörmətlə yanaşmağın, şənlərini uca tutmağın və eləcə də onlara itaət etməyin vacibliyini vurğuladı. Daha sonra Əli barəsində bəhs edilən məqamlara toxunaraq dedi: "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır".
3. Ərəb dilində "Mövla" sözünün dəlalət etdiyi mənalar, bu sözün, kömək və sevgi mənasında olmasını göstərir. İbn əl-Əsir deyir: Mövla sözü Allah, mülk sahibi, nemət verən, kömək edən, sevilən, and bağlayan, əsarətdə olan və ya azad olunan kölə, əmi oğlu və kürəkən mənalarında işlədilir (ən-Nihayə fi ğəribil hədis: 5, 228). Demək ərəblər Mövla sözünü bütün bu mənalarda istifadə edirlər.
4. Hədisdə Əlinin rəhbərliyinə dəlalət edən heç bir məna yoxdur. Əgər Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu hədisdə Əlinin xəlifəliyini bəyan etmək istəyirdisə o zaman, İbn əl-Əsirin qeyd etdiyi kimi, özündə bir neçə mənanı daşıyan sözlə bunu ifadə etməzdi. Onun belə deməsi daha doğru olardı: Məndən sonra Əli mənim xəlifəmdir, yaxud Əli məndən sonra rəhbərdir və ya mən öləndən sonra Əli ibn Əbu Talibi eşidib, itaət edin. Amma Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun), açıq aşkar məna daşıyan və fikir ayrılığına son nöqtə qoyan, bu ifadələrin heç birini işlətməmişdir. Əksinə Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə demişdir: "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır" .
Allah təala buyurur: "(Ey münafiqlər!) Bu gün artıq nə sizdən, nə də kafirlərdən (günahlarınızın bağışlanması üçün) heç bir fidyə qəbul olunmaz. Məskəniniz Cəhənnəmdir. Sizin mövlanız (sizə yaraşan) odur. Ora necə də pis sığınacaqdır!" Bu ayədə Allah təala, kafirlərlə daha yaxın və sıx ünsiyyətdə olan cəhənnəmi, mövla adlandırır. Allah bizi cəhənnəm odundan qorusun.
5. Mövla vəsfi, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vəfatından öncə də, sonra da Əlinin daimi simalarındandır. Hətta bu keyfiyyət Əlinin (Allah ondan razı olsun) vəfatından sonra da qalmaqdadır. Əli, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sağlığında möminlərin mövlası olduğu kimi, onunun ölümündən sonra da möminlərin mövlası olmuşdur. O hal-hazırda bizim mövlamızdır. Belə ki, Allah təala buyurur: "Sizin haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, tam mütiliklə (Allaha) namaz qılır və zəkat verirlər." Əli də iman gətirənlərin ön sırasındadır.
6. Əgər Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) rəhbər mənasını qəsd edirdisə o zaman mövlam deyil, valimdir (xəlifəmdir), sözünü ifadə edərdi. Çünki mövla sözü ilə vali sözləri başqa-başqa məna daşıyırlar. Vali sözü vilayət sözündən olub hökm etmək mənasına gəlir. Mövla sözü isə vəlayət sözündən olub, sevgi və dayaq mənasını daşıyır. Uca və nöqsansız Allah buyurur: "Əgər ikiniz də (bu hərəkətinizə görə) Allaha tövbə etsəniz (çox yaxşı olar). Çünki (Peyğəmbərə əziyyət verməklə, ona xoş getməyən bir hərəkət etməklə) qəlbləriniz (onun barəsində bir qədər qeyri-səmimiliyə, günaha) meyl etdi. Əgər ona (Peyğəmbərə) qarşı bir-birinizə kömək etsəniz, (bilin ki, sizə qələbə çalmaqda) onun mövlası (dostu, hamisi) Allah, yardım göstərənləri isə Cəbrail, əməlisaleh möminlər və bundan sonra da (bütün) mələklərdir. (Yaxud onun dostu və yardımçıları Allah, Cəbrail, əməlisaleh möminlərdir. Bunlardan sonra da mələklər onun yardımçısıdır)" .
Göründüyü kimi bu ayədə də mövla sözü sevgi, dayaq və dəstək mənalarında işlədilmişdir.
7. Allah təala İbrahim əleyhissəlamın tayfası haqqında deyir: "Şübhəsiz ki, insanların İbrahimə ən yaxın olanı onun ardınca gedənlər, bu Peyğəmbər (Muhəmməd) və ona iman gətirənlərdir. Allah möminlərin dostudur!"
Ayədə adı çəkilənlərin İbrahimə yaxın olmaları, onun üzərində ağalıq etmələri mənasına gəlmir. Əksinə, İbrahim onların başçısı və rəhbəri sayılır.

Quote (Adminstrator)
2. Bir şəxsin dostluq və məhəbbətinin nə qədər əhəmiyyəti vardır ki, təkcə 60-dan artıq əhli-sünnət kitabı, 120-dən artıq sənədlə bu hədisi nəql etmişlər!?

Hədis elmində qayda var:Əksər insanlar tərəfindən şahid olunan hadisə təbii ki,çoxlu sənədlə rəvayət olunacaqdır.Buna mütavatir sənəd deyərlər.
Quote (Adminstrator)
3. Bunu hansı məntiqlə qəbul edək ki, İslam Peyğəmbəri (s) qızmar günəş altında, pul kimi qızaran səhrada müsəlmanlara dayanmaq əmri verir, ayrılan dəstələri geri qaytarıb onlara Әlini sevin deyir!?

Quote (Adminstrator)
3. Bunu hansı məntiqlə qəbul edək ki, İslam Peyğəmbəri (s) qızmar günəş altında, pul kimi qızaran səhrada müsəlmanlara dayanmaq əmri verir, ayrılan dəstələri geri qaytarıb onlara Әlini sevin deyir!?

Səfər zamanı dayanmaq adi,normal haldır.Qaldıki,ayrılan dəstələrin geri çağrılmasına xahiş edirəm bunu isbat edəsiniz.Mən belə mətnə rast gəlməmişəm.
http://www.boxca.com/r2boz3trfvbn/Ibn_Kəsir-Tarix.doc.html

Quote (Adminstrator)
4. Hədisin məzmununa bütünlüklə diqqət etsək görərik ki, Peyğəmbər (s) əvvəlcə özünün bütün müsəlmanlara olan vilayətini xatırladır və müsəlmanlardan bir daha bey᾿ət alır: «Ey müsəlmanlar, mən sizə sizin özünüzdən yaxın deyiləmmi?» Yə᾿ni mənim itaətim bir ilahi rəhbər kimi hamıya vacib deyilmi?

Bu yanlış şərhlərinizə cavab yazılıb.

Quote (Adminstrator)
«Peyğəmbər (s) Qədir-xum səhrasına yetişdikdə Qur᾿ani-Kərimin bu ayəsi nazil oldu: «Ey Peyğəmbər, Allah tərəfindən sənə nazil olan hökmü xalqa çatdır. Әgər bunu etməsən öz peyğəmbərliyini yerinə yetirməmisən...»

Əvvala isbat etmək lazımdır ki,həqiqətən bu ayə o zaman nazil olub.
http://www.boxca.com/j3rb6dv5z4i4/Maide_67.mht.html

Quote (Adminstrator)
Gəlin qəbul edək ki, qeyd etdiyimiz ayənin məzmununa əsasən Peyğəmbərin (s) risalətinin tamamlanması hesab olunan, qızmar günəş altında 120 mindən artıq müsəlmana xitab edilən bu tarixi cümləni sadə bir dostluq mə᾿nasına yozduğumuzu eşidənlər bizə və ya bizim dinimizin məntiqinə qəhqəhə ilə gülsələr, onlara qoşulub gülməkdən başqa çarəmiz qalmır.

İnanıram ki,burada qısa verilən dəlillərdən sonra siz gülməyə ehtiyac duymayacaqsız.
 
For_IslamTarix: Cümə axşamı, 26.02.2009, 16:20 | İsmarıc # 16
Çavuş
Qrup: Super moderator
İsmarıclar: 170
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote (Huzeyfa)
Gəlin dəqiq və düzgün danışaq.Bu mətn adını çəkdiyiniz kitabların hansında gəlib.Çünki,bu hadisə çox mənbələrdə ayri-ayrı ləfzlərlə gəlib.Bu mətndə isə əlavələr və təhriflər vardır.Mən təkrarlar yol vermək istəmirəm.Çünki,yuxarıda bütün sizin suallara cavab verilib.Sizə deyə bilərəm ki,gətirdiyiniz mətndə çoxlu əlavələr və təhriflər var.

Hansı təhriflər? Təhrifləri göstərin! O mənbələrin hamısında "Mən kimin mövlasyamsa, Əli onun mövlasıdır" yazılmayıb? Əgər təbrik məsələsinə toxunursuzsa, təbriki siz də təsdiqləmirsiz?
Deyirsiz ki, beyət deyil təbrik edib. Nəyə görə təbrik edib? Mövlanı siz "dost" mənasında nəzərdə tutursuzsa, indi 23 il Hz Mühəmmədlə bir yerdə olan kəs, bir döyüşü çıxmaqla (o döyüşdən əvvəl rəsulun (s) Əliyə (ə) nəcür buyurduğunu yəqin bilirsiz, Musanın Haruna nisbəti...) bütün döyüşlərdə olub və sizin bəzi səhabələrdən fərqli olaraq, döyüş meydanından bir dəfə də olsa qaçmayıb! Əlinin fəzilətləri çoxdur! Məgər Peyğəmbər buyurmamışdı ki Əlini yalnız mömin sevər? ... Çoxdur Əlinin fəzilətləri, saymaqla qurtarmaz. İndi deyirsiz ki, bu qədər fəzilətli olan səhabəsini öz dostu olduğunu bildirməsi üçün bu qədər camaatı saxlayırdı? Bunu nəinki mühacirlər , ənsarlar, digər müsəlmanlar, hətta müşriklər də bilirdi ki Hz Əli Peyğəmbərin ən yaxın dostudur!! Hər halda Peyğəmbəə ilk iman gətirən kişi olub.. Davam etmək olar, amma mən hz Əlinin fəzilətlərini öz bildiklərimlə yazsam bəlkə də 5-6 məqalə həcmində yazaram. Hələ bizim və sizin kitablarda olan Hz Əlinin (ə) fəzilətlərii demirəm..
Bir sözlə Peyğəmbər xalqı buna görə saxladı???

Quote (Huzeyfa)
Bidətçilər, "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır" hədisini, Əlinin (Allah ondan razı olsun), Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sonra xəlifə olmasına dəlil gətirirlər. "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır" sözlərinin mənası, Əlinin xəlifə olması deməkdir. Burada mövla sözü, vali, yəni, itaəti vacib olan ağa, mənasını verir. Hədis, bu baxımdan Əlinin birinci xəlifə olmasına dəlalət edir.

Bunu bidətçilər demir, bunu Peyğəmbərin sünnəsindən olanlar deyir. Bidətçilər 12 imam deyəndə ora Əbubəkr, ömər, osman, müaviyyəni qatanlardır.

Quote (Huzeyfa)
İlk olaraq Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun), Əliyə bu sözləri deməsinin səbəblərini qeyd edək. Onların iddiasına görə, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qızmar istidə, Cuhfə ərazisində yerləşən (həcilərin yol ayrıcı sayılan) Qədr Xumda, "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır" - fikrini çatdırmaq üçün, yüz mindən çox insanı bu yerdə dayandırmışdı. Onlar bu hədisə, əvvəldə dediyimiz əlavələri də artırıraq məsələni belə qələmə verirlər. Doğru rəyə görə bu hədisin iki səbəbi vardır: Birinci: Bureydə ibn əl-Huseyyib (Allah ondan razı olsun) deyir: Xalid ibn əl-Valid, xüms payını ayırmaq üçün bir nəfərin göndərilməsi haqqında Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) xəbər çatdırır. Əli gəlib xüms payını ayırır və sonra xüms payından özünə bir kəniz seçib ona yaxınlıq edir. Bureydə deyir: Mən buna görə Əliyə nifrət edirdim. O artıq (cənabətdən təmizlənmək üçün) qüsl də almışdı . Mən Xalidə dedim: Sən bir buna bax?! Biz Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəldikdə bu haqda ona xəbər verdim. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) isə mənə (Bureydəyə) dedi: "Ey Bureydə, sən Əliyə nifrət edirsən?" Mən dedim: Bəli. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: "Ona nifrət etmə, onun xümsdə ondan artıq payı vardır" . Digər bir rəvayətdə isə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Bureydəyə belə dediyi nəql olunur: "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır". İkinci: Beyhəqi, Əbu Səiddən rəvayət edir ki, Əli onları sədəqə malından olan dəvələrə minməyi qadağan edir və onların üzərinə bir nəfəri başçı təyin edib özü Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gedir. Əli onlarla yolda rastlaşdıqda təyin etdiyi başçının dəvələrin minilməsinə icazə verdiyini gördü. Əli dəvələrin minilməsini və dəvələrin üzərində minik əlamətlərinin görsənməsini gördükdə qəzəbləndi və təyin etdiyi müavinini tənqid etdi. Əbu Səid deyir: Biz Peyğəmbəri (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) gördükdə, Əlidən çəkdiklərimizi (ondan gördüyümüz kobud rəgtar və sıxıntı haqqında) ona xəbər verdik. Digər rəvayətdə isə deyilir ki, orada paltarlar var idi. Onlar həmin paltarlardan geyinmək istədikdə, Əli (Allah ondan razı olsun) onlara qadağa qoymuşdu. Bunları eşidən Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) deyir: Ey Səd ibn Malik (Əbu Səid), qardaşın Əli haqqında dediklərin barədə bir az tələsmə. Allaha and olsun ki, sən onun Allah yolunda yaxşı çalışdığını bilirsən. İbn Kəsir bu rəvayətin haqqında demişdir: Bu rəvayətin sənədi yaxşıdır və Nəsainin şərtinə uyğundur. Beyhəqi və başqa alimlər onu rəvayət etmişlər.

Quote (Huzeyfa)
İbn Kəsir deyir: Əlinin başçılıq etdiyi qoşun, sədəqə dəvələrindən istifadənin qadağan edilməsini, Əlinin müavini tərəfindən qoşuna paylanan paltarların Əli tərəfindən geri götürülməsini əsas tutub, onun haqqında çox dedi-qodu edirdilər. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) həcc əməllərini bitirib Mədinəyə qayıdarkən Qədr Xum adlı yerdə dayanıb insanlara vəz etdi. Vəzin əsas mövzusu Əlinin məziyyətlərini qeyd etməkdən və onun haqqında müsbət fikirlər söyləməkdən ibarət idi.Əksər insanların qəlbində Əliyə qarşı yaranan kin-küdurəti aparmaq üçün onun fəzilətlərini qeyd edirdi .

Əksər insanları kimi deyirsiz bilmirəm, amma Peyğəmbər (s) son həccində onun fəzilətlərini söyləməsinə baxmayaraq, Onun (s0 vəfatından sonra bəzi əksər insanların qəlbində həmin kin küdurət görsəndi. Hz. Peyğəmbəri (s) Əli dəfn edərkən, dəfn işləri ilə məşqul olarkən, həmin bəzi əksər insanlar özləri üçün xəlifə seçdilər.
Amma Allah Təala Qurani Kərimdə buyurur ki:
“Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək (öz ixtiyarları ilə ayrı cür hərəkət etmək) hüququ yoxdur. Hər kəs Allaha və Onun Peyğəmbərinə asi olsa yəqinən açıq-aydın azmışdır!”(Əhzab, ayə 36)
İndi siz deyirsiz ki, Peyğəmbər (s) özündən sonra xəlifə təyin etmiyib. Ümməti özbaşına buraxıb?

Həmişə Rəsulullah (s) Mədinədən çıxanda səhabələrdən birini öz yerinə canişin təyin edərdi. İbn Ummi Məktumu cihada (Bədr, Uhud, Əbva, Səviq, Zaturriqa......və hətta vada həccinə gedəndə) gedəndə 13 dəfə yerində yerində canişin qoydu. (“Ovnul-məbud”, Əzimabadi, kitabul-xəraici və-feyi, vəl-imarə, bab fizzəriri yuvəlla 8/107, “Kənzul-ummal”, sad hərfi, kitabussəlat bab adabul-imam, hədis 2286, 8/268, “Təbəqatul-kubra”, İbn Ummi Məktumun tərcümeyi halı, 4/155, “əl-İsabə” Əmr ibn Məktumun tərcümeyi halı 4/495 və s...)
Rəsulullah (s) Huneyn və Xeybər muhəribəlrinə gedəndə Əbu Rəhmi, Qərqərə muharbəsinə gedəndə Muhəmməd ibn Musliməni, Bəni Mustələq qəbiləsi ilə muharibəyə gedəndə Numeylə ibn Əbdullahı və s... yerində canişin edərdi. (“ət-Tənbihu vəl-əşraf” Məsudi, hicrətin 8-ci ilinin əhvalatları 2/454, 461, “Tarix” Xəlifə ibn Xəyyat, 11-ci ilin əhvalatları səh. 60)
Əgər Rəsulullah (s) Mədinədən bir günlüyə (Uhud müharibəsi kimi) çıxdığı halda xəlifə təyin edibsə necə ola bilər ki, umməti əbədi tərk etdiyi halda canişinsiz qoyub?
Xəlifənin Təyini Allaha məxsusdur:
http://media-islam.com/news/2009-02-24-1532

Hə indi deyirsiz ki, əbubəkr ağıllı oldu (əstəğfurullah) Rəsulullahdan? Özündən sonra Öməri təyin etdi. Çünki Ömər Səqifədə olan hadisə barədə demişdir ki,
[font=Arial]"Ömər dedi: "...Bir kəs qürurlanıb deməsin ki, Əbu-Bəkrə bey'ət etmək səhv iş idi və bu da qurtardı. həqiqətən də belədir. Lakin Allah onun şərrindən qorudu.” { Səhih-Buxari. Cild 8. Səh 540. "Əl-muharibin min əhlil-küfr" kitabı. "rəciməl hubla minəz-zina" babı. }

Bu barədə fikirləşməyi qoyuram öz öhdənizə. Hər halda siz burada məqalə yerləşdircəksiz və ya bir kitabdan bir şey götürəcəksiz mənsə burda cavab verəcəyəm? Hərhansı bir məqaləni qoymaq istəyirsiz verin linki.

Axırda isə Hz Əlinin (ə) fəzilətlərinə dair hədisləri yerləşdirirəm, yükləyib oxuya bilərsiz. Bütün bu fəzilətləri Qədiri Xumda deməyib ki!? Ondan əvvəlcədən deyib. Deməkki ağıllı adam fikriləşib deyər ki Hz Rəsul (s) bu qədər adamı Hz Əlinin (ə) onun dostu olmasını demək üçün yığmayıb.

Və bir də Maidə 55, sünnü alimlərinin təfsirini yerləşdirirəm
[/font]

Прикрепления: Ali.doc (55.5 Kb) · maidesunnu.doc (33.0 Kb)
 
AdministratorTarix: Cümə, 27.02.2009, 13:01 | İsmarıc # 17
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Huzeyfa, mən təəssüf edirəm ki, siz robot kimi copy-paste etməkdən başqa heç nə etmirsiniz, bu uzun-uzadı məqaləni hər dəfə kopyalayırsınız. Axı məqalədə çərənçilikdən başqa heç nə yoxdur. Məqalədə ümumi şəkildə deyilir ki, buradaki "mövla" sözündə mənanın dost olduğu deyilir, həmişəki kimi söhbət fırladılır. Heç bir əsaslı mənə göstərilmir! Nəysə siz bu suallara cavab vermək iqtidarında deyilsiniz.


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
AdministratorTarix: Cümə, 27.02.2009, 13:18 | İsmarıc # 18
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Huzeyfa, nəzərinizə bir neçə şeyi də çatdırım:
يَا أَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ وَإِن لَّمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ وَاللّهُ يَعْصِمُكَ مِنَ النَّاسِ إِنَّ اللّهَ لاَ يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ
“Ya Peyğəmbər! Allah tərəfindən sənə nazil olanı (camaata) çatdır. Əgər (bunu) etməsən, Onun risalətini yerinə yetirməmişsən. Allah səni insanlardan (onların ehtimal verilən təhlükələrindən) qoruyacaq. Allah kafir camaatı hidayət etməz.”

Bir çox əhli-sünnə alimlərinin təfsir, hədis və tarix kitablarında (şiənin bütün məşhur kitablarında) yuxarıdakı ayənin imam Əli (ə) haqda nazil olduğu qeyd edilmişdir. Bu rəvayəti bir çox səhabələr, o cümlədən, Əbu Səid Xudri, Zeyd ibn Ərqəm, Cabir ibn Abdullah Ənsari, İbn Abbas, Bərra ibn Azib, Hüzeyfə, Əbu Hüreyrə, İbn Məsud və Amir ibn Leyli nəql etmişlər. Onların rəvayətlərində bu ayənin imam Əli (ə) və “Qədir-Xum” hadisəsi barəsində nazil olduğu göstərilmişdir.
Diqqəti cəlb edən budur ki, bu rəvayətlərin bəzilərinin ravilər silsiləsi, o cümlədən, Əbu Səid Xudrinin və İbn Abbasın hədisinin on bir, Bərra ibn Azibin hədisinin isə üç qrupdan ibarət olduğu nəql olunmuşdur. Bu hədisləri öz əsərlərində (istər geniş, istərsə də qısa şəkildə) qeydə alan məşhur alimlər aşağıdakılardan ibarətdir:
–Hafiz Əbu Nəim İsfahani: “Ma nuzzilə minəl-Quran fi Əliyyin” kitabı (“Əl-xəsais” kitabından nəql, səh. 29);
–Əbülhəsən Vahidi Nişapuri: “Əsbabun-nüzul” kitabı, səh. 150;
–İbn Əsakir Şafei: (“Əd-durrul-mənsur” kitabından nəql, 2-ci cild, səh. 298);
–Fəxri-Razi: “Kəbir” təfsiri, 3-cü cild, səh. 636;
–Əbu İshaq Həməvini: “Fəraidus-səmteyn” kitabı;
–İbn Səbbağ Maliki: “Füsusul-muhimmə” kitabı, səh. 27;
–Cəlaləddin Süyuti: “Əd-durrul-mənsur” kitabı, 2-ci cild, səh. 298;
–Qazi Şovkani: “Fəthul-qədir” kitabı, 3-cü cild, səh. 57;
–Şəhabuddin Alusi Şafei: “Ruhul-məani” kitabı, 6-cı cild, səh. 172;
–Şeyx Süleyman Qunduzi Hənəfi: “Yənabiul-məvəddət” kitabı, səh. 120;
–Bədrəddin Hənəfi: “Umdətul-qari fi şərhi Səhihi-Buxari” kitabı, 8-ci cild, səh. 584;
–Şeyx Məhəmməd Əbduh Misri: “Əl-mənar” təfsiri, 6-cı cild, səh. 463;
–Hafiz ibn Mərdəveyh (vəfatı: 418 h.q) (Süyutinin “Əd-durrul-mənsur” kitabından nəql) və s.
Əlbəttə, unutmaq olmaz ki, bu alimlərin bəziləri ayənin nazil olma səbəbini və rəvayətləri nəql etməklə yanaşı, sonradan işarə edəcəyimiz dəlillərin üstündən asanlıqla keçmiş, yaxud məsələyə iradla yanaşmışlar.

“təbliğ” ayəsinin imam Əli (ə) barəsində nazil olduğu açıqlandı. Bu haqda (həm şiə, həm də) əhli-sünnənin məşhur kitablarında nəql olunan rəvayətlərin sayı o qədər çoxdur ki, heç kim onu inkar edə bilməz. Bu rəvayətlərdən əlavə, digər rəvayətlərdə də açıq-aşkar deyilir ki, bu ayə “Qədir-Xum” hadisəsinə və Peyğəmbəri-əkrəmin (s) Əlini (ə) öz canişini, vəsisi təyin etdiyi zamana aiddir. Əllamə Əmini “Əl-qədir” kitabında “Qədir-Xum” hədisinin 110 səhabəsi, 84 tabein və 360 məşhur İslam alimi tərəfindən nəql olunduğunu qeydə almışdır. Kim bu sənəd və mənbələrə nəzər salsa, əmin olar ki, “Qədir-Xum” hədisi “təvatür” həddində çatmış mötəbər hədislərin ən üstünüdür. Doğrusu, kim onun “təvatür” həddinə çatmasına şəkk etsə, “təvatür” həddində olan heç bir hədisi qəbul etməməlidir. Bu kimi bəhslər bizi təfsir üslubundan xaric etdiyindən, hədisin sənədləri və ayənin nazilolma səbəbləri barədə deyilənlərlə kifayətlənib, onun mənasını araşdırmağa başlayırıq. Hədislə bağlı geniş izah istəyənlər aşağıdakı kitablara müraciət edə bilərlər:
–“Əl-qədir” (Əllamə Əmini), 1-ci cild;
–“Ehqaqul-həqq” (Əllamə Qazi Nurullah Şuştəri) Ayətullah Nəcəfinin şərhi ilə 2-4 və 20-ci cildlər;
–“Əl-müraciat” (Seyid Şərəfuddin Amuli);
–“Əbəqatul-ənvar” (Mirhamid Hüseyni Hindi; bu kitabın xülasəsinin 7-9-cu cildlərinə müraciət etmək daha münasibdir);
–“Dəlailus-sidq”, (Mərhum Müzəffər), 2-ci cild.


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
AdministratorTarix: Cümə, 27.02.2009, 13:28 | İsmarıc # 19
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Bu tarixi hadisədə camaat, xüsusilə Əbu Bəkr və Ömər tərəfindən Əliyə (ə) deyilən təbriklər həzrətin xilafət məqamına nail olmasını bir daha təsdiqləyir. Çünki ümumi şəkildə bütün müsəlmanlara dostluq məsələsinin elan olunmasında təbrikə ehtiyac duyulmur. Əhmədin “Müsnəd” kitabında yazılır: “Ömər, Peyğəmbərin (s) bəyanatından sonra Əliyə dedi:
هَنِيئاً يَابْنَ اَبِيطالِبٍ اَصْبَحْتَ وَاَمْسَيْتَ مَوْلى كُلِّ مُؤمِنٍ وَ مُؤمِنَةِ:
“Afərin sənə, ey Əbu Talibin oğlu! Sən hər bir mömin kişi və qadının mövlası oldun”("Müsnədi Əhməd", cild 4, səh. 281).. Fəxri-Razinin “təbliğ” ayəsinin təfsirində yazdığı ifadə də belədir: “Ömər dedi:
هَنِيئاً لَكَ اَصْبَحْتَ مَوْلاىَ وَ مَوْلى كُلِّ مُؤمِنٍ وَ مُؤمِنَةِ:
“Afərin sənə! Sən mənim və bütün mömin kişi və qadınların mövlası oldun!”
Beləliklə, Ömər onu özünün və bütün möminlərin mövlası hesab etdi.”

“Tarixi-Bağdad” kitabında Ömərin belə dediyi nəql olunur: “Afərin, afərin olsun sənə, ey Əbu Talibin oğlu! Sən mənim və bütün müsəlmanların mövlası oldun” (cild 7, səh. 290).

“Feyzül-qədir” (cild 6, səh 217) və “Əs-səvaiq” (səh. 107) kitablarında da yazılır ki, bu təbriki Əliyə (ə) həm Əbu Bəkr, həm də Ömər demişdir.

İslam peyğəmbəri (s) imam Əlini (ə) “Qədir-Xum”da xəlifəliyə seçib ( مَنْ كُنْتُ مَوْلاهُ فَعَلِىٌّ مَوْلاهُ )“Mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır”, buyurandan sonra bu xəbər tez bir zamanda hər tərəfə yayıldı. Münafiqlərdən olan Nöman ibn Haris Fehri Peyğəmbəri-əkrəmin (s) hüzuruna gəlib dedi: “Sən bizə göstəriş verdin ki, Allahın yeganəliyinə, sənin peyğəmbərliyinə şəhadət verək. Biz də şəhadət verdik. Sonra bizə cihad, namaz, həcc və zəkatı əmr etdin. Onları da qəbul etdik. Yenə bunlarla kifayətlənməyib, nəhayət, bu cavanı (Əliyə (ə) işarə etdi) öz yerinə canişin təyin edərək dedin: “Mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır!” Bu göstəriş özündəndir, yoxsa Allah-taala tərəfindən?”
Peyğəmbər (s) buyurdu: “Yeganə məbud olan Allaha and olsun ki, Allah tərəfindəndir!”
Bu vaxt Nöman ibn Haris üzünü döndərib dedi: “İlahi! Əgər bu söz haqq və Sənin tərəfindəndirsə, onda bizim başımıza bir daş endir!” Elə bu zaman birdən səmadan bir daş düşüb, onun başını yardı və qeyd etdiyimiz ayələr nazil oldu.
Bu rəvayət “Məcməül-bəyan” kitabında Əbül-Qasim Həskanidən nəql olunmuşdurUyğun rəvayəti əhli-sünnə təfsirçiləri də öz kitablarında, o cümlədən, Qurtubi (öz təfsirində), Alusi (“Ruhul-məani” kitabında) və Əbu İshaq Sələbi (öz təfsirində) azacıq fərqlə nəql etmişlər .


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
Ali_movlaTarix: Cümə, 27.02.2009, 13:33 | İsmarıc # 20
Əsgər
Qrup: İstifadeçi
İsmarıclar: 8
Reytinq: 1
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Huzeyfe

Birincisi , Quran ayelerinin tercumesini duzgun ver:

Quote
"Sizin haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, tam mütiliklə (Allaha) namaz qılır və zəkat verirlər."

Bu ne demekdi? Bu ne tercumedir? Imam Alinin feziletlerini danirsiniz basha dushduk. Amma buna gore de Quranin menalarini sehv vermek artiq ag elemek demekdi. O Ayenin tercumesi beledi:
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ

Innema veliyyikumullah ve rasuluhu (sizin veliniz Allah ve onun resulu) vellezine amenu (ve o kesler ki, iman getiribler) ellezine (o iman getirenler ki, ) yqimuneselate (namaza durarlar) ve yutunezzekate (zekat vererler) ve hum rakiun (ruku eden halda)

Bu ayeni siz ele tercumede verirsiniz ki, guya bu umumi mominlere aiddir. Amma eslinde orda mosulun biri (ellezine) tercume olunmamish saxlyirsiniz. Bu da menanin itmesine sebeb olur, ve bu tehrif sayilir.

Ayede mena umumi mominlerden getmir. Cunki orda ikinci defe ellezine kelmesi ishledilmesi mominliyi xususileshdirir. Ellezine o kesler ki, hansilar ki, menasina gelir ve ozunden evvelki sozu ozunden sonraki sozun ya cumlenin komeyi ile izah edir.

Indi fikir verek: "] AMENU ELLEZINE" Herfi tercume edirem ilk olaraq:O iman getirenler ki,
Demeli burda o kesler tek mominlik sifeti ile vesf olunmur.O keslerin mominliyini Allah teala bir az da xususileshdirib buyurur ki: O iman edenler ki, namaz qilarlar..."

 
İslamiyyət forumu » İslam » 14 məsum » Əli-ibn-Əbu-Talibin (ə) ve xilafətə (Busmillah!)
  • Страница 1 из 3
  • 1
  • 2
  • 3
  • »
Поиск:

Müstəqil İslam saytı © 2024
Конструктор сайтов - uCoz