Baş səhifə Sulu yeməklərin hazırlanması. - İslamiyyət forumu QeydiyyatGiriş
[ Yeni ismarıclar · Üzvlər  · Axtarış · RSS ]
Страница 1 из 11
Модератор форума: İravani 
İslamiyyət forumu » Xüsusi bölmələr » Qadınlar üçün » Sulu yeməklərin hazırlanması.
Sulu yeməklərin hazırlanması.
PünhanTarix: Çərşənbə, 21.10.2009, 15:14 | İsmarıc # 1
Leytenant
Qrup: Super moderator
İsmarıclar: 459
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Ətli dovğa

Ərzaq: adambaşına 100 qr qoyun əti, 200 qr qatıq, 20 qr düyü, 15 qr noxud, 10 qr buğda unu, yumurta, 1 baş soğan, ispanaq, keşniş, dağ keşnişi, nanə, yarpız, şüyüd, kərəviz və kəvər, habelə tam üçün istiot və duz götürülür.

Yumşaq qoyun əti baş soğanla birlikdə ətçəkən maşından keçirilir, ədviyyat qatılaraq hazırlanır və bişirilir. Noxud arıtlanıb 3 – 4 saat ərzində soyuq suda isladılır və bişirilir. Ayrıca qazanda qatıq, düyü, yumurta, və un bir – birinə qatılaraq çalınır. Qatığın çürüməməsi üçün arasıkəsilmədən bir qaydada qaynara düşənə kimi bulaya – bulaya qarışdırılır. Qaynara düşəndən sonra noxud, küftəciklər də bura qatılır, hamısı birlikdə bişirilir. Sonra buna xırda doğranmış göyərti və duz əlavə edilərək bişirilir.
İlin mövsümündən asılı olaraq dovğa soyuq halda da süfrəyə verilə bilər.

Прикрепления: 7504713.png(131Kb)


Ədəb sayılsada məclisdə susmaq,
Məsləhət zamanı danışmaq gərək.
İki şey ağıla nöqsan sayilir:
Yersiz susmaq ilə, yersiz söz demək.
 
PünhanTarix: Çərşənbə, 21.10.2009, 15:44 | İsmarıc # 2
Leytenant
Qrup: Super moderator
İsmarıclar: 459
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Pomidor şorbası


Ərzaqlar

4-6 porsiya üçün nəzərdə tutulub
2 xörək qaşığı kərə yağı və ya bitki yağı
5 xörək qaşığı un
2 xörək qaşığı tomat
4 ədər orta boy tam yetişmiş pomidor
5 stəkan toyuq suyu (bulyon) və yaxud su (və ya ikisinin qarışığı)
1 xörək qaşığı qurudulmuş kəklikotu
1/2 stəkan süd
zövqə görə duz
zövqə görə istiot

Üstü Üçün:
sürtkəcdən keçirilmiş mozzarella pendiri (sevdiyiniz başqa yağlı pendirlə əvəz edə bilərsiniz)

Hazırlanma qaydası

Pomidorların qabığını soyun və blenderdə püre kimi əzin. Blenderiniz yoxdursa, sürtkəcdən və ya ət maşınından keçirin.

Yağı qazanda qızdırın. Üstünə unu əlavə edib, qarışdıra-qarışdıra 1 dəqiqə bişirin. Tomatı əlavə edib qarışdıra-qarışdıra 1 dəqiqə bişirin. Pomidoru əlavə edib 3 dəqiqə də bişirin. Toyuq suyunu və kəklikotunu əlavə edin. Qazanın qapağını örtün və şorbanı arada qarışdıraraq 10 dəqiqə ərzində bişirin.

Dəyanmadan qarışdıraraq, südü yavaş-yavaş qazana tökün. Duz və istiot vurun. 2 dəqiqə də bişirdikdən sonra, kənara çəkin.

Şorbanı isti-isti qablara çəkin. Üstünə mozzarella pendiri və cruton qoyub süfrəyə verin.

KRUTON

Bir neçə dilim ağ çörəyin qabığını soyun. Kiçik kublara doğrayın. Kubların üstünə azacıq zeytun yağı və ya əridilmiş kərə yağı gəzdirin və bir az duz səpin. Formaya yığın. 170C dərəcəlik sobara qızarana kimi bişirin, təxminən 10 dəqiqə.

Прикрепления: 4128570.gif(273Kb)


Ədəb sayılsada məclisdə susmaq,
Məsləhət zamanı danışmaq gərək.
İki şey ağıla nöqsan sayilir:
Yersiz susmaq ilə, yersiz söz demək.
 
İslamiyyət forumu » Xüsusi bölmələr » Qadınlar üçün » Sulu yeməklərin hazırlanması.
Страница 1 из 11
Поиск:

Müstəqil İslam saytı © 2017
Конструктор сайтов - uCoz