Baş səhifə Musiqi dinlemek haramdirmi? - İslamiyyət forumu QeydiyyatGiriş
[ Yeni ismarıclar · Üzvlər  · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
İslamiyyət forumu » İslam » Əxlaq » Musiqi dinlemek haramdirmi? (Hansi musiqileri Islam dini qadagan edir?)
Musiqi dinlemek haramdirmi?
PünhanTarix: Çərşənbə axşamı, 12.08.2008, 22:56 | İsmarıc # 1
Leytenant
Qrup: Super moderator
İsmarıclar: 459
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



İslam dini musiqini tam şəkildə qadağan edirmi?Bu barede bildiyiniz hedisler varsa derc edin.


Ədəb sayılsada məclisdə susmaq,
Məsləhət zamanı danışmaq gərək.
İki şey ağıla nöqsan sayilir:
Yersiz susmaq ilə, yersiz söz demək.
 
AdministratorTarix: Çərşənbə axşamı, 12.08.2008, 23:30 | İsmarıc # 2
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Salamun aleykum. Xeyr, İslam bütün musiqiləri haram etmir, bu haqqda saytda məqalə də var. İnşallah indi foruma da yerləşdirərəm.


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
AdministratorTarix: Çərşənbə axşamı, 12.08.2008, 23:33 | İsmarıc # 3
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



http://islamiyyet.ucoz.ru/news/2007-12-27-44

Musiqi bir çox insanlara görə onların həyatını gözəlləşdirən vasitədir. İslam isə insanları xoşbəxt etmək, onları paklamaq üçün göndərilmiş bir din, bir rəhmətdir. Bəs İslamda musiqiyə münasibət necədir? Bunu öyrənmək üçün bəzi araşdırmalar apardım. Lakin məzhəb təsəbbüskeşliyi etməmək, tək tərəfli fikirləşməmək və müxtəlif prizmalardan baxmaq üçün həm əhli sünnə, həm də şiə məzhəblərinin kitablarına, alimlərin fitvalarına müraciət etdim. Məqalə bir az böyük olsa da, zənnimcə bu haqqda maraqlanan, bu suala cavab axtaran insanlara kömək edəcək.

Lakin axtarış zamanı bir-birinə əks olan hədislərlə rastlaşdım. Əvvəlcə əhli sünnənin mötəbər mənbələrindən sitatlara baxaq:

Həzrəti Peyğəmbər (s) oynayıb-əylənən bir neçə həbəşlini görəndə onları təqdir etdikdən sonra buyurdu: “Qoy yəhudilər və xristianlar bizim dinimizin genişliyini görsünlər” (“Kitabü-Sittə”, 6/52)

Möminlərin anası, Həzrət Aişə (r.a.) rəvayət edir ki, “Bayram günü yanımda iki qız dəf çalıb oxuyurdular. Bu zaman Peyğəmbər (s) içəri girdi, çarpayıya arxasıüstə uzanıb üzünü örtdü. Az sonra atam (Əbu Bəkr ibn Qəhafə) içəri girdi və “Peyğəmbərin (s) hüzurunda şeytan sazı?!” deyə mənə acıqlandı, həmçinin qızları azarladı. Lakin Peyğəmbər (s) buna qarşı çıxaraq dedi: “Əbu Bəkr, burax onları, hər millətin öz bayramı var, bu gün də bizim bayramımızdır”. Sonra onlar söhbətə qızışıb fikirləri yayınan kimi mən qızlara çıxmalarını işarə etdim” (“Səhih Buxari”, 2/3; “Səhih Müslim”, 2/605; “Sünəni Nəsai”, 3/59).

“Həzrət Peyğəmbər (s) hicrət əsnasında Mədinəyə təşrif buyurduğu zaman qadınlar dam başlarında dəfli və səsli olaraq ilahilər söyləmiş və sevinclərini şükrə çevirmişdilər” (“Sünəni Beyhəqi”- Dəlilün-Nübuvvə).

Həzrət Peyğəmbər (s) Rübeyyi bint Müavvinizin toyunda iştirak edir, dəf çalıb Bədr döyüşüylə əlaqədər qəhrəmanlıq mahnıları oxuyan qızlara qulaq asırdı. Bu əsnada qızlardan biri, “Aranızda sabah nə olacağını bilən bir peyğəmbər var” dedi. Peyğəmbər (s) isə, “Əl çək bu fikirdən, əvvəl söylədiklərinə davam et, qeybi bilən yalnız Allahdır” deyə buyurdu (“Sünəni ibn Macə”- Nigah, 1897).

Aişə (r.a.) Mədinəli bir yaxınını evləndirirdi. Toya gələn Həzrəti Peyğəmbər (s), “Qızı gəlin etdinizmi?” deyə soruşdu. Sonra “Qızla birlikdə mahnı oxuyan birini də göndərdinizmi?” dedi. Aişə, “Xeyr” dedi. Peyğəmbər (s), “Ənsar arasında belə fürsətlərlə əyləncə ənənəsi vardır. Kaş ki, qızla birlikdə mahnı oxuyacaq birini göndərəydiniz, o da belə oxuyaydı: “Sizə gəldik, sizə gəldik, bizə şənlik, sizə şənlik” (“Sünəni ibn Macə”, Nigah, 1900).

Həzrəti Peyğəmbər (s) bir dəfə bir yerdən keçəndə dəf çalıb, “Biz Nəccaroğulları qəbiləsinə mənsubuq, Məhəmməd (s) nə yaxşı, nə gözəl bir qonşudur” oxuyurdular. Həzrəti Peyğəmbər (s)

isə onlara, “Allah bilir ki, mən sizi çox istəyirəm” dedi (“Sünəni ibn Macə”, Nigah 1899).

Həzrəti Əli (ə) rəvayət edir ki, “Cənnətdə qara gözlü hurilərin toplanma yerləri vardır. Orada məxluqatların eşitmədiyi bir tərzdə mahnı oxuyarlar...” (“Sünəni Tirmizi”, 2689).

Bu hədisləri oxuduqdan sonra belə bir nəticəyə gəlmək olar ki, musiqi tamamilə halaldır və ona qulaq asmaq mübah hesab olunur. Lakin elə bu haqqda hədislərin ən çox mövcud olduğu “Sünəni Tirmizi”də belə bir hədis var:
Həzrət Əli (ə) rəvayət edir ki, Peyğəmbər (s) buyurdu: “Ümmətim on beş şeyi etsə başına böyük bəlalar gələr” dedi. Yanındakılar, “Nələrdir, ey Allahın elçisi?” dedilər. Peyğəmbər (s) onları saydı və onların arasında, musiqi də vardı. Belə ki, Peyğəmbər (s) dedi: “Müxtəlif çalğı alətləri artdığı və tez-tez çalındığı və müğənni qadınları artdığı zaman...” (“Sünəni Tirmizi”, 2307).

Hər halda mən müctəhid deyiləm və hədislərə görə də hökm verə bilmərəm. Ona görə alimlərin fitvalarına da müraciət etmək lazım gəlir. Əhli sünnənin görkəmli din alimlərindən sayılan İmam Ğəzzalinin bu haqqda hökmünə nəzər yetirsək görərik ki, bu haqqda xeyli araşdırma aparıb və bunu dərəcələrə bölüb. Lakin bunları ümumiləşdirsək belə bir nəticəyə gələrik ki, musiqi öz-özlüyündə haram deyil. Onun fitvasına görə fitnə yaymayan, cinsəlliyi ön plana çıxarmayan qadın səsi haram deyil. Lakin səsi fitnə yayan, insanı əxlaqsızlığa və s. günahlara təşvik edən qadın səsi haramdır.

İmam Ğəzzalinin digər bir hökmünə əsasən insanı qəlb sıxıntısından uzaqlaşdıran, onun dünyanın fani işlərindən ayırıb, ibadətə həvəsləndirən musiqi mübahdır (halaldır), təbii ki, ifrata varmamaq şərti ilə.

Alimin fikrinə görə Allah (içində haram olmamaq şərti ilə) boş iş və əyləncəyə görə qullarını sorğuya çəkməz, o bu ayəni misal gətirir: “Allah, bilmədən (səhvən) içdiyiniz andlara görə sizi cəzalandırmaz..” (“əl-Bəqərə”, 225). Əgər Allah andından dönəni cəzalındırmayacaqsa, mahnı oxuyub əylənən kəsi niyə cəzalandırsın?

Ümumilikdə İmam Ğəzzalinin bu haqqda fitvası çox böyükdür, onun fikri isə ümumilikdə aydın oldu.

Keçək şiə məzhəbini bu haqqda mövqeyinə. Şiə məzhəbinin kitablarında musiqiyə qarşı daha sərt mövqe tutulur. Hədislərdə buyurulur:

Həzrəti Peyğəmbər (s) buyurmuşdur: “Allah məni aləmlərə rəhmət olaraq göndərib və qollayıb ki, məaziflə məzamiri aradan götürüm” (Burada “Məaziflə məzamir” dedikdə nəfəsli və simli alət nəzərdə tutulur).

Həzrəti Peyğəmbər (s) buyurmuşdur: Sizlərə rəqsi, nəy çalmağı, böyük və kiçik təbilləri vurmağı qadağan edirəm”.

Bundan başqa digər hədislərdə İmam Əli (ə) musiqi çalana salam verməməyi məsləhət görür, İmam Sadiq (ə) musiqi haqqında mənfi rəy söyləyir (*Qeyd olunan hədislər “Biharul-ənvar”, “Vəsailüş-şiə”, “Müstədrəkul-vəsail” və s. kitablardandır). İmam Əli (ə) buyurur: “Tənbur və təbil çalan şəxsin duasını Allah qəbul etməz” (“Nəchül-Bəlağə”, hikmətli söz 101).

Lakin bəzi hədislərdə Peyğəmbərin (s) qapalı qadın məslislərində dəf çalmağa icazə verdiyi bildirilir.

Musiqi məsələsində müctəhidlərin rəyi eyni deyildir. Belə ki, keçmiş müctəhidlərin əksəriyyəti istənilən növ musiqini haram bilmişlər (Həm musiqi çalmaq, həm də dinləmək). Lakin müasir müctehidlər bu məsələdə bir qədər fərqli davranırlar. Belə ki, onlar musiqiyə qulaq asmağı haram bilmirlər. Bir şərtlə ki, əyləncə, eyş-işrət məclislərinə məxsus olan, insanı Allahdan uzaqlaşdıran, əxlaqsızlığa, şəhvətə sürükləyən musiqi dinlənilməsin. Amma insana yüksək əxlaqi dəyərlər aşılayan, onun əsəblərini sakitləşdirən musiqilər halaldır.

Müctəhidlərdən ayətullah Fazil Lənkəraninin (r.ə.) fitvasına əsasən yalnız “Ləhv” musiqi haramdır. Bu növ musiqi isə yuxarıda dediyimiz kimi insanı pis yollara aparan, əxlaqsızlığa təşvik edən musiqidir.

Bundan başqa “Tovzihul-məsail” risaləsinə əsasən musiqi alətlərinin al-veri haramdır (“Tovzihul-məsail”, səhifə 280, məsələ 2128).

Beləliklə ümumilikdə belə bir nəticəyə gəlmək mümkündür ki, insanı əxlaqsızlığa, kafirliyə, şəhvətə, üsyankarlığa aparmayan, onun mənəvi dəyərlərini, şərəfini ayaqlar altına almayan musiqi halaldır.


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
ZehrayiNurTarix: Çərşənbə axşamı, 30.09.2008, 17:55 | İsmarıc # 4
Çavuş
Qrup: İstifadeçi
İsmarıclar: 141
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Islamda Gina ve Levh Musiqileri haramdir...


«Ey insanlar! Rəbbinizdən qorxun!»
يَا أَيُّهَا النَّاسُ اتَّقُوا رَبَّكُمُ
 
PünhanTarix: Bazar, 08.02.2009, 20:43 | İsmarıc # 5
Leytenant
Qrup: Super moderator
İsmarıclar: 459
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Rəsulullah (s): “Ğina zinanın tilsimidir (açarıdır)” (Biharul-ənvar, 79/247)
Rəsulullah (s): “Üç şey insanın qəlbini qaraldar: Qinaya qulaq asmaq, şikar etməyə aludə olmaq və sultanın sarayına tez-tez getmək” (Biharul-ənvar, 79/247)

Добавлено (08.02.2009, 20:43)
---------------------------------------------
http://islamiyyet.ucoz.ru/news/2009-02-03-109


Ədəb sayılsada məclisdə susmaq,
Məsləhət zamanı danışmaq gərək.
İki şey ağıla nöqsan sayilir:
Yersiz susmaq ilə, yersiz söz demək.
 
ZehrayiNurTarix: Bazar ertəsi, 16.02.2009, 21:42 | İsmarıc # 6
Çavuş
Qrup: İstifadeçi
İsmarıclar: 141
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Eger Dinlenilen Mahni haram yerlerde oxunulursa Ona Qulag asmag qetiyyetle haramdi!


«Ey insanlar! Rəbbinizdən qorxun!»
يَا أَيُّهَا النَّاسُ اتَّقُوا رَبَّكُمُ
 
AdministratorTarix: Çərşənbə axşamı, 17.02.2009, 13:49 | İsmarıc # 7
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



İslam dini musiqini tam haram etmir.


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
For_IslamTarix: Cümə axşamı, 19.02.2009, 16:03 | İsmarıc # 8
Çavuş
Qrup: Super moderator
İsmarıclar: 170
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Axirzamanin elametlerinden biri de qadin çalğıçılarının artmasıdır.
Quote (Adminstrator)
Həzrət Əli (ə) rəvayət edir ki, Peyğəmbər (s) buyurdu: “Ümmətim on beş şeyi etsə başına böyük bəlalar gələr” dedi. Yanındakılar, “Nələrdir, ey Allahın elçisi?” dedilər. Peyğəmbər (s) onları saydı və onların arasında, musiqi də vardı. Belə ki, Peyğəmbər (s) dedi: “Müxtəlif çalğı alətləri artdığı və tez-tez çalındığı və müğənni qadınları artdığı zaman...” (“Sünəni Tirmizi”, 2307).
 
Ali_movlaTarix: Bazar ertəsi, 02.03.2009, 00:08 | İsmarıc # 9
Əsgər
Qrup: İstifadeçi
İsmarıclar: 8
Reytinq: 1
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Bismillah Salam Aleykum..

Aziz momin ve momineler. Sozun duzu men bura qoyulan meqale ile razi deyilem. Yeni tam olaraq razilasha bilmerem. En cox da bu sitatla razilasha bilmerem:

//Lakin müasir müctehidlər bu məsələdə bir qədər fərqli davranırlar. Belə ki, onlar musiqiyə qulaq asmağı haram bilmirlər. Bir şərtlə ki, əyləncə, eyş-işrət məclislərinə məxsus olan, insanı Allahdan uzaqlaşdıran, əxlaqsızlığa, şəhvətə sürükləyən musiqi dinlənilməsin. Amma insana yüksək əxlaqi dəyərlər aşılayan, onun əsəblərini sakitləşdirən musiqilər halaldır. //

Muasir muctehidlerin nezerini cemi bu iki-uc cumle ile verib bitirmek, duzgu deyil eslinde. Ele muasir muctehidlerden biri Merhum Tebrizi musiqini mutleq shekilde haram bilir.. Inshallah bu barede bir qeder arashdirib yazaram bura...

Salam Aleykum

 
İslamiyyət forumu » İslam » Əxlaq » Musiqi dinlemek haramdirmi? (Hansi musiqileri Islam dini qadagan edir?)
  • Страница 1 из 1
  • 1
Поиск:

Müstəqil İslam saytı © 2024
Конструктор сайтов - uCoz