Baş səhifə Qeyri-ruhaniyə iqtida etmək - İslamiyyət forumu QeydiyyatGiriş
[ Yeni ismarıclar · Üzvlər  · Axtarış · RSS ]
Страница 1 из 11
İslamiyyət forumu » İSLAMİYYƏT FORUMU... » Sual-cavab » Qeyri-ruhaniyə iqtida etmək (Müctəhidlərin nəzərində)
Qeyri-ruhaniyə iqtida etmək
AdministratorTarix: Çərşənbə axşamı, 06.04.2010, 17:59 | İsmarıc # 1
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Ruhani olan yerdə qeyri-ruhani imam-camaat dura bilərmi?

Ayətullah Xameneyi: Ruhani olan yerdə qeyri-ruhani imam camaat ola bilməz və ona iqtida icazəli deyil. Məmunların hökmü bilmədən qıldıqları namaz düzgündür, amma hökmü bildikdən sonra iqtida etdikləri namaz işkallıdır.
Ayətullah Sistani: Əgər qeyri-ruhani imam camaat olmağın şərtlərini özündə toplamış olsa, eybi yoxdur, əks təqdirdə icazəli deyil və ona iqtida etmək olmaz.
Ayətullah Vəhid: Qeyri-ruhaninin imam camaat olması ruhanilərə hörmətsizlik olmasa və imam camaatın şərtlərini özündə toplamış olsa, camaat da onu qəbul etsələr, eybi yoxdur.
Ayətullah Məkarim: Əgər imam camaatın şərtlərini özündə toplamış bir şəxs həmişə o məntəqədə hazırdır və camaat da onu qəbul edirlərsə, amma ruhani ara-bir gələn şəxsdirsə, eybi yoxdur. Əks təqdirdə camaatın vəzifəsi qeyri-ruhaniyə xəbərdarlıq etmək və ona iqtida etməməkdir.
Ayətullah Fazil: Ruhani olduğu təqdirdə qeyri-ruhaninin imam camaat olması işkallıdır və əgər məsciddə olsa və bu iş ruhaniyə hörmətsizlik hesab edilsə, haram və ona iqtida etmək icazəli deyil.
Ayətullah Behcət: Əgər ruhaniyyətə hörmətsizlik olmasa, İmam camaatın şərtlərini özündə toplamış qeyri-ruhaninin imam camaat olmasının eybi yoxdur


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
İslamiyyət forumu » İSLAMİYYƏT FORUMU... » Sual-cavab » Qeyri-ruhaniyə iqtida etmək (Müctəhidlərin nəzərində)
Страница 1 из 11
Поиск:

Müstəqil İslam saytı © 2017
Конструктор сайтов - uCoz