Baş səhifə Qalstuk taxmağın hökmləri - İslamiyyət forumu QeydiyyatGiriş
[ Yeni ismarıclar · Üzvlər  · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
İslamiyyət forumu » İSLAMİYYƏT FORUMU... » Sual-cavab » Qalstuk taxmağın hökmləri (Müctəhidlərin fətvaları əsasında)
Qalstuk taxmağın hökmləri
AdministratorTarix: Bazar ertəsi, 08.02.2010, 21:24 | İsmarıc # 1
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



İslam nəzərində qalstuk taxmağın hökmü nədir?

Bəhcət: Özünü yadlara oxşatmaq ehtiyatın əksinədir. İstifta.
Təbrizi: Mömin şəxs üçün layiq deyildir ki, onu möminlərin şənindən çıxaracaq paltarlar geysin. İstifta.
Xamenei: Ümumi şəkildə qalstuk, yaxud qeyri-müsəlmanlara məxsus olan paltar sayılan şeyləri geymək, belə ki, onların geyilməsi yadların azğın mədəniy¬yət¬lərinin yayılmasına səbəb olarsa, caiz deyildir.
Əcvibətül-İstiftaat, cild, 2, sual 300 və istiftadan istifadə etməklə.
Sistani: Öz-özlüyündə onun haramlığına heç bir dəlil yoxdur. İstifta.
Fazil: Qalstuk məsihilərə aiddir və onların şüarıdır. Buna görə yaxşı olar ki, müsəlmanlar ondan çəkinsinlər. Baxmayaraq ki, onun müsəlmanlar arasında yayılması nəticəsində bu yöndən xaric olmuşdur.
"Camiül-məsail", 253 və 2237-ci məsələlər.
Məkarim: Bizim ölkə kimi mühitlərdə qalstukdan istifadə etmək işkallıdır, lakin ümumi və adi bir paltar hesab olunan ölkələrdə eybi yoxdur. İstifta.


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
İslamiyyət forumu » İSLAMİYYƏT FORUMU... » Sual-cavab » Qalstuk taxmağın hökmləri (Müctəhidlərin fətvaları əsasında)
  • Страница 1 из 1
  • 1
Поиск:

Müstəqil İslam saytı © 2024
Конструктор сайтов - uCoz