Baş səhifə Saqqalı qırxmağın hökmləri - İslamiyyət forumu QeydiyyatGiriş
[ Yeni ismarıclar · Üzvlər  · Axtarış · RSS ]
Страница 1 из 11
İslamiyyət forumu » İSLAMİYYƏT FORUMU... » Sual-cavab » Saqqalı qırxmağın hökmləri (Müctəhidlərin fətvaları əsasında)
Saqqalı qırxmağın hökmləri
AdministratorTarix: Bazar ertəsi, 08.02.2010, 21:09 | İsmarıc # 1
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Üzü qırxmaq, yaxud maşınla vurmaq, əgər qırxmaq sayılırsa, ehtiyat-vacibə görə caiz deyildir, bu hökmdə bütün kişilər eyni hökmdədir, Allahın hökmü camaatın məsxərə etməsi, yaxud məclisə hakim olan fəzanın səbəbilə dəyişdirilmir. Deməli, həddi-büluğa təzə çatan şəxs, yaxud üzü qırxmadığı halda camaatın onu məsxərə edəcəkləri şəxs, yaxud toy gecəsində olan kişi və sair kimi hallarda üzünü qırxarsa, yaxud qırxmaq sayılacaq dərəcədə üzünü maşınla götürərsə, ehtiyat-vacibə görə caiz deyildir.
İmam: "Tovzihul-məsail", "müxtəlif məsələlər", səh.26; "İstiftaat", 2-ci cild, səh.21 və 30.
Təbrizi: "Tovzihul-məsail", 2833-cü məsələdən istifadə etməklə.
Xamenei: İstifta.
Fazil: "Camiul-məsail", 1-ci cild, 955, 956 və 957-ci suallardan istifadə etməklə.
Bəhcət: Üzün tükünü qırxmaq caiz deyildir. "Tovzihul-məsail", "müxtəlif məsələlər", məsələ: 4.
Sistani: Üzü qırxmaq ehtiyat-vacibə görə haramdır, amma əgər üzün qırxılmaması şəxs üçün ağır çətinlik törədə¬cəksə, məsələn, onun şiddətli məsxərəyə və isteh¬za¬ya tutulacağına səbəb olarsa, bu halda üzü qırxmağın işka¬lı yoxdur. "Məkasibi mühərrəmə", məsələ: 46.
Məkarim: Üzü qırxmaq və s. kimi şeylər ehtiyatın xilafınadır, əgər yeniyetmənin üzündə kifayət qədər tük bitməyibsə, onu qırxmağın eybi yoxdur. İstifta.
Məsələ 324: Üzün bir hissəsini qırxmağın hökmü onun hamısını qırxmağın hökmündədir.
İmam: "İstiftaat", "məkasibi mühərrəmə", Sual: 84.
Bəhcət: "Tovzihul-məsail", "müxtəlif məsələlər", məsələ: 4.
Xamenei: İstifta.
Təbrizi: Ehtiyat-vacibə görə, gərək çənə və onun ətrafını da qırxmasınlar və dibdən vurmasınlar, belə ki, ona "saqqalı vardır"-deyilə bilsin, üzün qalan hissəsini qırxmasının eybi yoxdur. İstifta.
Fazil: Saqqalın ətraflarını ülgüclə və yaxud onun kimi şeylərlə təmizləməyin işkalı yoxdur. İstifta.
Məkarim: Lakin professor və s. kimi şəxslərin (çənə və onun ətrafında) qoyduğu saqqalın işkalı yoxdur.

* NƏTİCƏDƏ: Kişilər ehtiyat-vacibə görə öz saqqallarının bir hissəsini qırxa bilməzlər, amma saq¬qa¬lı səliqəyə salmaq üçün qırxılan miqdar istisnadır.


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
AdministratorTarix: Bazar ertəsi, 08.02.2010, 21:11 | İsmarıc # 2
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Boğazın altında və yanaqlarda olan tükləri qırxmaq caizdirmi?

Cavab: Əgər saqqalı qırxılmaq aid edilməyəcək miqdarda olarsa, əksinə, onun səliqəyə salınması hesab olunarsa, işkalı yoxdur.
İmam, Təbrizi, Xamenei: İstifta.
Bəhcət: "Tovzihul-məsail", "müxtəlif məsələlər", məsələ: 4.
Fazil: "Camiul-məsail", 2-ci cild, 755-ci sualdan istifadə etməklə.
Məkarim: Bu hissələrin qırxılmasının işkalı yoxdur. İstifta.


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
AdministratorTarix: Bazar ertəsi, 08.02.2010, 21:12 | İsmarıc # 3
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Saqqalın həddi nə qədərdir ki, ondan qısa olmamalıdır?

Cavab: Camaat arasında "saqqalı vardır"-deyiləcək miqdarda saxlamaq kifayətdir.
İmam, Bəhcət, Təbrizi, Fazil və Məkarim: İstifta.


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
AdministratorTarix: Bazar ertəsi, 08.02.2010, 21:13 | İsmarıc # 4
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Bığları qırxmağın işkalı yoxdur.
İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil, Məkarim: İstifta.
İmam: "İstiftaat", "məkasibi mühərrəmə", 82-ci sualdan istifadə etməklə.


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
AdministratorTarix: Bazar ertəsi, 08.02.2010, 21:14 | İsmarıc # 5
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Müsəlmanın saqqalını qırxmaq işi haram sayılırmı?

Bəhcət: Haramdır və onun müqabilində pul almaq caiz deyil.
Sistani: Saqqal qırxmağın ehtiyat-vacibə görə caiz olmadığı hallarda, ehtiyat-vacibə görə onun müqabilində muzd almaq caiz deyildir.
"Minhacus-salihin", "Məkasibi mühərrəmə", məsələ: 46.
Fazil və Xamenei: Ehtiyat-vacibə görə caiz deyildir.


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
AdministratorTarix: Bazar ertəsi, 08.02.2010, 21:15 | İsmarıc # 6
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Mənim işim toz-torpaqla yanaşıdır və üzümü qırxmağa məcburam, çünki əgər üzümü qırxmasam, toz-torpaq onun üstünə hopacaqdır. Mənim işim haramdırmı?

Cavab: Saqqalı qırxmaq əhvətə görə haramdır və qeyd olunan dəlil üz qırxmaq üçün əsas deyildir. Siz bu hökmdə başqaları ilə fərqlənmirsiniz.
İmam: "İstiftaat", "məkasibi mühərrəmə", Sual: 87.
Xamenei: İstifta.
Fazil: "Camiul-məsail", 1-ci cild, Sual: 959.
Bəhcət: Üzü qırxmaq haramdır və qeyd olunan dəlil üzü qırxmağın halal olmasına bir əsas deyildir. İstifta.
Sistani: Əgər həddindən artıq çətinlik yaradırsa, üz qırxmağın işkalı yoxdur. İstifta.
Məkarim: Əgər zərurət tələb edərsə, üz qırxmaq caizdir. İstifta.


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
AdministratorTarix: Bazar ertəsi, 08.02.2010, 21:18 | İsmarıc # 7
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Tükün daha inkişaf etməsi üçün onu qırxmaq olarmı?
Bəhcət: Caiz deyildir.
Xamenei: Ehtiyat-vacibə görə caiz deyildir.


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
İslamiyyət forumu » İSLAMİYYƏT FORUMU... » Sual-cavab » Saqqalı qırxmağın hökmləri (Müctəhidlərin fətvaları əsasında)
Страница 1 из 11
Поиск:

Müstəqil İslam saytı © 2017
Конструктор сайтов - uCoz