Baş səhifə Səhiheynə baxış - İslamiyyət forumu QeydiyyatGiriş
[ Yeni ismarıclar · Üzvlər  · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
İslamiyyət forumu » Elm » Kitablar » Səhiheynə baxış (Bu kitablar nə dərəcədə mötəbərdir?)
Səhiheynə baxış
AdministratorTarix: Bazar, 26.04.2009, 15:17 | İsmarıc # 1
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Buxari kimdir?
Adı Muhəmməd, atasının adı İsmail, babasının adı isə İbrahimdir. Ulu babsının adı Muğeyrə və üçüncü babasının adı isə Co`fidir. Künyəsi - Əbu Əbdullah, Buxari adı ilə ləqəbləndirilmiş və tanınmışdır.
Doğulduğu və vəfat etdiyi tarix:
Məşhur və mötəbər qaynaqlara əsasən Buxari, 194-cü ilin şəvval ayinda Buxara şəhərində dünyaya gəlmişdir. İbn Xəlləkan və Xətib Bağdadinin söylədiyinə əsasən Buxarinin üçüncü babası, yə`ni Co`fi zərdüşt dininin nümayəndəsi olmuş və bu dində də dünyadan getmişdir. Buxari, hicri-qəməri tarixi ilə 256-cı ildə 62 yaşında Səmərqəndin kəndlərindən biri olan Xərtəng kəndində vəfat etmış və elə oradaca torpağa tapşırılmışdır.
Buxarinin təhsilləri:
Buxari uşaq ikən atasını itirmişdir. Anası onu boya-başa çatdırmışdır. On yaşından təhsil və elm öyrənməklə məşğul olmuş və iyirmi yaşında öz təhsilini davam etdirmək üçün vətənindən mühacirət etmişdir.
Onun elmi səfərləri:
Buxari hədis və elm aşiqi idi. Buna görəd də sə`y edərək bütün hədisləri toplamaqla məşğul olmuşdur. Elm öyrənmək üçün öz ana vətəni Buxaradan mühacirət edərək müxtəlif şəhərlərə gedir və o şəhərlərin hər birində bir müddət qalaraq elm öyrənir, hədis yazır, elmi fəaliyyətə məşğul olurdu.


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
AdministratorTarix: Bazar, 26.04.2009, 15:22 | İsmarıc # 2
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



[b]Müslüm kimdir ?
Adı Müslüm, Atasının adı Həccac, künyəsi Əbul Huseyn, Quşeyri adı ilə tanınmış və Nişapurludur.
Doğulduğu və vəfat etdiyi tarix:
Tərcumeyi hal yazanlar, Buxarinin əksinə olaraq onun həyatı barədə çox da araşdırmalar aparmamış, hətta onun doğum və vəfatını, ömrünün miqdarını belə dəqiq şəkildə yazmamışlar.
İbn Xəlləkan deyir:-“Müslümün vəfatı bazar günü günortaya yaxın,hicri-qəməri tarixi ilə 261-ci ilin Rəcəb ayının 26-da Nişapurda olmuşdur. Həmin günlərdə o, 55 yaşında olardı”. Sonra əlavə edərək deyir: - “Mən bu mətləbi bə`zi kitablardan bəhrələnərək əldə etmişəm. Lakin tanınmış yazıçılardan onun doğum və vəfat tarixi, ömür və yaşayışı barədə yazan bir kəs görməmişəm”. Sonra belə deyir:- “Nişapurinin Uləmaul Ənsar kitabından oxudum ki, Müslümün doğum tarixi hicri-qəməri tarixi ilə 206-cı il və onun vəfatı hicri-qəməri tarixi ilə 262-ci il 56 yaşında olmuşdur” (Vəfiyatul əyan c-4.).

Müslüm, hədis toplamaq üçün Hicaza, İraqa, Şama, Misirə və dəfələrlə Bağdada səfər etmış və Bağdada olan axırıncı səfəri hicrətin 257-ci ilində olmuşdur. O, bu səfərlərində müxtəlif müəllimlərdən müxtəlif o cümldən, Əhməd ibn Hənbəl və İshaq ibn Rahuveyh kimi şəxlərdən də hədis öyrənmişdir. Lakin, Buxaridən öyrəndiyi və mənimsədiyi elm başqa müəllimlərindən daha çox olmuşdur.
Müslüm, hədis və elm öyrənməyi çox sevirdi. Buxari Nişapurdan sürgün olunduqdan sonra ətrafında olan bütün tələbələr onu tərk etdilər. Müslümün, ona olan böyük hörməti səbəb oldu ki, öz müəllimi Buxarini nəinki tərk etməsin, hətta səfərlərində də onu müşayət etsin.


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
AdministratorTarix: Bazar, 26.04.2009, 15:30 | İsmarıc # 3
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Əhli-beyt məzhəbinin səhiheyn haqqında fikri nədir?

Məzmun baxımından bu iki kitab və bizim ona olan nəzərimiz, bir çox əhli sünnə alimləri ilə eynidir. Biz bu məsələdə də onlarla bir əqidədə və bir fikrikdəyik.
Bizim əqidəmizə görə bu iki kitabın məzmunları arasında müxtəlif başlıqlarda nəql olunmuş səhih hədislər vardır. Təəssüflər olsun ki, bu kitablarda səhih və düzgün olmayan hədislər daha çox gözə dəyir. Belə hədislərin sayı, bizim nəzərimizdə İbn Həcərin hafizlərdən nəql etdiyindən daha çoxdur. Hədis hafizləri belə nəql edirlər ki:- “Fəqət 110 hədisi, səhv bilmiş və onların mətnlərinə irad tutmuşlar.”
Bizim əqidəmizə görə, bu iki kitabın hədisçiləri arasında 300-dən artıq zəif və e`tibarsız şəxs vardır. İbn Həcərin dediyinə əsasən, əhli sünnə alimləri və hədisçilər haqqında təhqiqat aparan şəxslər onları zəif saymışlar.
Aşağıdakı dəlillər bu iki kitabın mətn və sənəd baxımından onun hədislərinin zəifliyi barədə bizim əqidə və nəzərimizi sübut edir:
1. Səhiheyn kitablarının sənədləri və hədisçilərindən bir çoxu nəinki mö`təbər deyil, bəlkə onların rical elmi nöqteyi nəzərindən də rədd olunmuşlar.
2. Bu iki kitabın müəllifləri öz əqidələrinə nisbət əməllərində şəxsi qərəzə çox yer vermişlər.
3. Hədislərin nəql olunması və yazılması arasında (uydurma hədislərə diqqət etməklə ) çox məsafə vardır.
4. Buxari, öz səliqə və nəzərinə əsasən hədislərin yarısını ixtisar etmişdir.
5. Səhihi Buxaridə hədisin mənası nəql olunmuşdur.
6. Səhihi Buxari başqalarının vasitəsilə tamamlanmışdır.
7. Səhiheyn kitablarında əqli və dini dəlilərə əsasən bir-biri ilə təzad təşkil edən hədislər çox gözə dəyir.


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
AdministratorTarix: Bazar, 26.04.2009, 15:41 | İsmarıc # 4
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



”CƏNABƏT HÖKMÜ “

Bir nəffər, Ömər ibn Xəttabdan sual etdi: Əgər cənabətli olsam, su tapa bilməsəm namaz qılmaqdan ötrü nə etməliyəm? Ömər cavında dedi: Namaz qılma! Əmmar da həmin məclisdə idi. Peyğəmbərin təyəmmüm etmək əmrini hər ikisi eşitmişdilər. Öməri danlayaraq onun verdiyi hökmə e`tiraz etdi.
Şək yoxdur ki belə hökm və cənabətli olan şəxsə namazı tərk etmək əmri Qur`anın və Peyğəmbər (s)-in göstərişlərinin əksinədir. Həmçinin xəlifənin təyəmmüm hökmündən xəbərdar olmaması və ya onun İslami qanunlarından xəbərsiz olmasını (beləki, bu məsələ ümumi bir məsələdir) çatdırır. Buxari, xəlifənin abrını qorumaqdan ötrü bu hədisdə dəyişiklik etmiş və Ömərin لاتصل cavabını yə`ni “namaz qilma” cümləsini hədisdən silmişdir.
İndi isə eyni hədisə digər mənbələrdə nəzər yetirək:
... عن شعبة قال حدثني الحكم عن ذر عن سعيد بن عبدالرحمان بن ابزي عن ابيه ان رجلا اتي عمر، فقال اني اجنبت فلم اجد ماءاً فقال: لا تصل! فقال عمار: اما تذكر يااميرالمؤمنين؟! اذأنا وأنت في سرية فأجننا فلم نجد ماءاً فأما أنت فلم تصل، و اما أنا فتمعكت في التراب و صليت، فقال النبي (ص): انما يكفيك أن تضرب بيديك الارض ، ثم تنفخ، ثم تمسح بهما وجهك و كيفيك، فقال عمر: إتق الله يا عمار قال: إن شئت لم أحدث به .
Səhihi Müslüm c-1, Təyəmmüm babı; Sünəni Nəsai c-1, Təyəmmüm babı; Sünəni İbn Macə c-1, 91-ci bab.
حدثنا آدم قال حدثنا شعبه حدثنا الحكم عن ذر عن سعيدبن عبدالرحمان بن ابزي عن ابيه قال: جاء رجل الي عمر بن الخطاب فقال: إني أجنبت فلم أصب الماء......: فقال عمار بن ياسر لعمربن الخطاب اما تذكر أنا وأنت؟! فاما أنت فلم تصل، واما أنا فتمعكت فصليت، فذكرت للنبي (ص)، فقال النبي (ص) انما يكفيك هكذا فرب النبي (ص) بكفيه الارض، ونفخ فيهما، ثم مسح بهماوجهه وكفيه.
Səhihi Buxari c-1, Kitabut-təyəmmüm babul Mutəyəmmumu həl yənfəxu fihima.

gördüyünüz kimi bu iki hədis sənəd və mətn baxımından eynidir. Onlar arasında Səhihi Müslümdə gözə dəyən لا تصل "namaz qılma" cümləsindən başqa heç bir fərq yoxdur. Lakin, Səhihi Buxaridən bu cümlə silinmişdir.


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
AdministratorTarix: Bazar, 26.04.2009, 15:44 | İsmarıc # 5
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



“ DƏLİ QADININ DAŞQALAQ OLUNMASI “
Mötəbər kitablarda və Səhihi Buxarinin şərhlərində, muxtəlif mətnlərdə bir hədis nəql olunmuşdur. Onun məzmunu belədir:
Zinaya murtəkib olmuş dəli bir qadını Ömərin yanına gətirdilər. Xəlifə, o qadının daşqalaq olunmasını əmr etdi. Əmirəl mö`minin (ə) bu məsələdən xəbər tutdu və bu hökmün icra olmasına mane oldu. Ömər hökmün icra olunmamasının illətini soruşduqda Həzrət (ə) cavabında buyurdu: - Məgər neçə nəfərdən hökmün götürülməsini bilmirsənmi? Dəlidən onun dəliliyi aradan gedincə, uşaqdan yetginliyə çatınca və həmçinin yuxuda olan şəxsdən oyanınca (- İrşadus-sari c-10, s-9, Sunən İbn Davud c-2, s-402, Sunəni İbn Macə c-2, s-227.).Məsələnin daha aydın olması üçün Sunəni Davuddan hədisin mətninə diqqət edin. Hədisi belə nəql edir:
.... عن ابن عباس قال اتي عمر بمجنونة قدزنت فاستشار فيها اناساً فأمر بها: ان ترجم فمربها علي ابن ابي ‌‌‍طالب رض فقال ماشان هذه؟ قالوا: مجنونة بني فلانة زنت، فأمر بها عمران ترجم قال: فقال: ارجعوا بها، ثم اتاه فقال يا اميرالمؤمنين اما علمت ان القلم قدرفع عن ثلاثة، عن المجنون حتي يبرء، وعن النائم حتي يستيقظ، وعن الصبي حتي يعقل؟! قال: بلي قال: فما بال هذه ترجم قال: فارسلها قال: فارسلها قال فجعل يكبر.
Bu hədis az bir fərqlə Əhməd ibn Hənbəlin musnədində , birinci cild səhfə yüz əlli dörddə qeyd olunmuşdur. İbn Əbdul Birr də “İstiab” kitabında bu hədisi gətirmiş və onun aşağısında bu cümləni də nəql edir:
فكان عمر يقول لولا علي لهلك عمر “Əgər Əli olmasaydı Ömər həlak olardı (İstiab c-3, s-39).

Lakin təəssüf ki, Buxari bu hədisi öz kitabında iki yerdə nəql etmiş, hər iki yerdə nəql edərkən Ömərin qəflətinə və ya cəhalətinə pərdə çəkmək üçün və yaxud Əli (ə)-ın Ömərin və başqa səhabələrin əleyhinə qəzavət etməsi kimi həqiqəti tapdalamaq üçün, o hədisin əvvəlini sənədi ilə bir yerdə kənara atmışdır. Çünki, Əli (ə)-ın qəzavətləri Peyğəmbər (s)-in əmri və göstərişləri əsasında idi. Buxari isə həmin hədisi qısa şəkildə çıxardaraq belə nəql etmişdir:.... قال علي لعمر اما علمت ان القلم رفع عن المجنون حتي يفيق وعن الصبي حتي يدرك و عن النائم حتي يستيقظ؟.
Səhihi Buxari c-8, Kitabu Əlmuharibin bab- "La yərcimul məcnunu vəl məcnunə" Səhihi Buxari c-7, Kitabu Əttəlaq bab-Əttəlaqu fil əğlaqi ...


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
AdministratorTarix: Bazar, 26.04.2009, 15:47 | İsmarıc # 6
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



” SUDAN SORUŞMAQ ƏHVALATI “
Buxari “E`tisam kitabında” bir hədis nəql etmişdir ki hədisin mətni belədir:
...عن ثابت عن انس قال : كنا عند عمر فقال : نهينا عن التكلف Səhihi Buxari c-9 kitabul etisam bab- ma yəkrihu min kəsrətis-sual və ....

Sabit Ənəs ibn Malikdən nəql etmişdir ki; - Biz Ömərin yanında idik. O, dedi:- Bizi əziyətə düşməkdən çəkindirmişlər.
Bu hədisin Buxari tərəfindən bucür nəql olunması onun kəsilərək bir miqdarının atılmasını bildirir. Çünki, hər bi kəs onun mətninə azacıq diqqət yetirsə bu cümlələrin düz olmamasını anlayacaqdır. Bir sözlə silinmiş cümlələrin hədisin mətnində olmaması əsassız deyildir. Bu da onu bildirir ki, hədis üzərində dəyişiklik etməklə düzəlişlər aparılmışdır!!
Şükürlər olsun ki, başqa muhəddis və alimlər bu hədisi bütöv nəql etmişlər. Bununla da Buxarinin hədislərə nisbət xəyanətinin üzərindən pərdəni götürmüşlər.
İbn Həcər Səhihi Buxarinin şərhində hədisin mətnini belə nəql edir:
...ان رجلا سأل عمر بن خطاب عن قوله و فاكهة واباً ماالاب؟! فقال عمر : نهينا عن التعمق والتكلف:
Bir kişi Ömər ibn Xəttabdan وَفَاكِهَةً وَأَبًّا ً “(Növbənöv) meyvələr və ot (ələf) yetişdirdik” ayəsində olan “Əbb” kəlməsinin mənasını soruşdu ki, "Əbb" nədir? Ömər onun cavabında dedi: Bizi belə məsələləri fikirləşərək əziyətə düşməkdən çəkindirmişlər.
İbn Həcər deyir:- Bu hədisin mətni Sabit tərəfindən iki yolla nəql olunmuşdur. Sonra isə belə deyir: Bu hədis başqa məzmunlarda da nəql olunmuşdur. Lakin bizim Ənəsdən nəql etdiyimiz Buxarinin qısaltdığı hədisi yaxşı tamamlaya bilər (Fəthul bari c-17, s-31.).

Bu hədis də onlarla başqa hədislər kimi Buxarinin səliqə və zövqü ilə uyğun gəlməmiş və xəlifəyə olan xüsusi əlaqəsi ilə bir yerə siğmamışdır. Buna görə də Buxari ən gözəl çıxış yolu hədislərin əvvəllərini və ən mühüm cümlələrini kəsib atmaqla öz əqidəsinə bu yolla xidmət etmişdir. Ona görə də əvvəli və ya axırı kəsilərək atılmamış belə bir hədisi oxuyan hər hansı bir şəxsin istər istəməz zehnində bir sual onu düşümdürəcəkdir. O da budur ki, əgər Qur`ani Kərimin lüğətlərindən bir kəlmə və ya bir lüğətin mə`nası əziyyətə və zəhmətə səbəb olursa, dini mövzuların heç biri barədə gərək daha söruşulmasın və bundan sonra heç bir kəsin fikirləşməyə və sual etməyə haqqı yoxdur. Bəs elm və təlim barədə olan bu qədər fəzilətlər harada və nə vaxt dərdimizə dəyəcəkdir? Belə bir böyük mənsəbə sahib olan şəxs, necə ola bilər ki, Müqəddəs Qur`ani Kərimin lüğətlərinin mə`nasını yaxşı bilməsin?! (Nə yaxşı ki, ayə`nin aşağısında onu izahı gəlmişdir.)
Kiçik bir sualın qarşısında onun cavabı نهينا olan bir şəxs, böyük İslam ümmətinin rəhbərliyini necə öhdəsinə götürmüşdür?!
Bəlkə də belə sualların özü Buxarini vadar etmişdir ki, hədislərin başına oyun açmaqla onu qisa və naqis nəql etsin.
Bu hədisi, mətndə ixtilaf olmaqla tanınmış təfsirçilərdən Syuti, İbn Kəsir, Zəməxşəri, Xazen, Bəğəvi və Hakim mustədrəkdə "Əbəsə" surəsinin təfsirində nəql etmişlər. Həmçinin Səhihi Buxarini şərh edənlərdən İbn Həcər , Eyni və Qəstəlani , lüğət bilənlərdən İbn Əsir nihayədə gətirmişlər.


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
İslamiyyət forumu » Elm » Kitablar » Səhiheynə baxış (Bu kitablar nə dərəcədə mötəbərdir?)
  • Страница 1 из 1
  • 1
Поиск:

Müstəqil İslam saytı © 2024
Конструктор сайтов - uCoz