Baş səhifə Qamət Süleymanova oxucu məktubu - İslamiyyət forumu QeydiyyatGiriş
[ Yeni ismarıclar · Üzvlər  · Axtarış · RSS ]
Страница 1 из 11
İslamiyyət forumu » Azərbaycan » İslam Azərbaycanda » Qamət Süleymanova oxucu məktubu
Qamət Süleymanova oxucu məktubu
AdministratorTarix: Çərşənbə, 23.09.2009, 16:48 | İsmarıc # 1
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Bu məktub məşhur xəbər saytlarının birinə ünvanlanıb:

Bu mənim sizə ikinci məktubumdur.

Düzü, bu məktubu yazmağımın səbəbi sizin Qamət Süleymanovun müsahibəsini dərc etməyiniz oldu.

Ona görə də xahiş edirəm bu yazını dərc edəsiz.

Bu gün doğurdanda Azərbaycanda dini inanca qarşı ögəy münasibət açıq aşkar müşahidə olunmaqdadır. Baki İslam Mədəniyyətinin paytaxtı olandan sonra vəziyyət dahada kritik həddə çatmışdır. Belə ki, dünya ictimayyəti tərəfində ən diktator ölkə kimi tanınan Özbəkstan, Buxara islam mədəniyyətinin paytaxtı seçiləndə Özbəkstanda onlarla məscid inşa olundu, çox saylı dini tədbirlər, elmi konfranslar keçrildi. Amma təəssüf ki Bakı islam mədəniyyətinin paytaxtı seçiləndən sonra son 5-6 ildən bəri İslama qarşı olan təzyiqlər daha da güclənməyə başlandı. Belə ki, bu il ərzində Azərbaycanda 3 məscid dağıdıldı, bir neçə məscid isə qapadıldı.

Qamət Süleymanovun məsələyə bir tərəfli yanaşması özünü tolerant göstərmə iddiası ilə bir araya sığmır. Çünki bağlanan məscidlər arasında həm sünnə həmdə şiə məscidləri olsada dağıdılan məscidlər arasında bir dənədə olsun sünnə məscidi yoxdur.(Buna da şükür) Buna görədə məsələyə sünnə, şiə aspektindən deyil, müsəlman, dini qardaşlıq nöqteyi nəzərindən yanaşmaq lazımdır.

Ikincisi isə Qamətə heç kim haqq verməyib ki, sünnələrin adından danışsın. Onun dediklərini oxuyan hər bir gənc istər istəməz məzhəblər arası münasibətlərin normal olmadığı qənaətinə gəlir. Amma bu heç də belə deyildir. Nəinki Əbu-Bəkr məscidi Şəhidlər məscidi, Gəncədəki məscid də bağlananda bütün şiə qurumları öz etirazını bildirdi. Amma şəxsən Qamət özü bir dəfə də olsun məscidlərin bağlanması ilə əlaqədar olan tədbirlərdə iştirak etməyib. Budurmu tolerantlıq, budurmu müsəlman qardaşlığı. Ona görə də Onun yalnız öz adından danışmaq haqqı var.

Bu ifadəsi ilə heç cür razılaşmaq olmaz ki, guya Azərbaycanda yalnız sünnə məscidlərini bağlayırlar. Belə çıxır ki, şiə məscidləri öz fəaliyyətlərini olduğu kimi davam etdirirlər.

Mən Qamət Süleymanovun yadına salıram ki, onun sünnə məscidi adlandırdığı Sələfilər yığışan məscidlərdən əlavə, Şəhidlər xiyabanında yerləşən “Şəhidlər ” məscidi, Fatimeyi Zəhra məscidi, Goranboyda Həzrət Əli məscidi, Yasamalda Məhəmməd Peyğəmbər məscidi, Neft Daşlarındakı məscid də qapadılıb, son üç məscid isə yerlə yeksan edilib. Fatimeyi Zəhra məsciddinin sökülməsi ilə bağlı isə məhkəmə qərar çıxarıb. Məgər bunlar məscid, Allah evi, möminlərin ibadət etdiyi müqəddəs məkan deyilmi? Yoxsa sizin həvəslə yaydığınız “Şiizm v İslam” kitabında sizin böyük alimlərinizin dediyi kimi, o məscidlərə gedənləri müsəlman hesab etmirsiz, ona görədə o yerlərin bağlanması və dağıdılması sizin ürəyinizcədir. Burada Qamət Süleymanovun pərdə arxası əqidəsinin məntiqi görünüşü üzə çıxır.

Mən hesab edirəm ki, məscidlərin bağlanması və ya sokülməsi, fərqi yoxdur Əbu-Bəkr məscidi olsun ya Fatimeyi Zəhra məscidi inancından, dinindən məzhəbindən asılı olmayarq bütün normal düşüncəli insanları narahat etməlidir.
Məscidlər sokülməməlidir əksinə abad olunmalı, yeniləri tikilməlidir.
Bu gün Şuşanın bizim olmasını sübut etmək üçün həmişə ekranlarda Şuşa məscidini göstərirlər, əgər yüz illər öncə bu günkü kimi məscidlər sökülsəydi vətənimizin ayrılmaz hissəsi olan Şuşanın bizə məxsus olmasını nə ilə sübut edəcəkdik.

Bütün bunlar onu göstərir ki, məscidlərmizin sökülməsi milli-mənəvi dəyərlərmizə, mədəniyyətmizə, tarixi keçmişmizə və gələcəymizə vurulan ağır zərbə, Beynəlxalq aləmdə dövlətmizin demokratik imicinə yaxılan silinməz ləkə, ölkəmizin beynəlxalq qurumlar cərgəsində üzərinə götürdüyü öhdəliklərə daban daban zidd olan hərəkətlərdir.

Hörmətlə, Adil Hüseynoğlu
İslamşünas

Mənbə


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
İslamiyyət forumu » Azərbaycan » İslam Azərbaycanda » Qamət Süleymanova oxucu məktubu
Страница 1 из 11
Поиск:

Müstəqil İslam saytı © 2017
Конструктор сайтов - uCoz