Baş səhifə ADNA-da terror aktı - İslamiyyət forumu QeydiyyatGiriş
[ Yeni ismarıclar · Üzvlər  · Axtarış · RSS ]
Страница 1 из 11
İslamiyyət forumu » Azərbaycan » İslam Azərbaycanda » ADNA-da terror aktı (Silahlı basqın)
ADNA-da terror aktı
AdministratorTarix: Cümə axşamı, 30.04.2009, 16:51 | İsmarıc # 1
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi baş vermiş hadisə barədə rəsmi məlumat yayıb

Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi Dövlət Neft Akademiyasında baş vermiş hadisə ilə bağlı rəsmi məlumat yayıb. Məlumatda deyilir ki, 2009-cu il aprelin 30-da saat 9.30 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının Bakı şəhəri Dilarə Əliyeva küçəsi 227 saylı ünvanda yerləşən "Qaz Neft Mədən" və "Neft Mexanikası" fakültələrinin yerləşdiyi ikinci korpusa daxil olan naməlum şəxsin inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər bir kəsə "Makarov" tipli tapançadan atəş açması nəticəsində 12 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Daxil olmuş məlumat əsasında hadisə yerinə dərhal polisin xüsusi təyinatlı nizami hissəsinin, ərazi polis və prokurorluq orqanlarının məsul əməkdaşları çıxıblar. Polis tərəfindən zərərsizləşdiriləcəyini görən silahlı cinayətkar özünü öldürüb. Cinayətin törədildiyi yer və meyitlər müayinə olunub, məhkəmə-tibbi, məhkəmə-trasoloji, məhkəmə-ballistik və digər ekspertizalar təyin edilib. Cinayəti törədən şəxsin üstündən 1980-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğluna məxsus şəxsiyyət vəsiqəsi, “Makarov” tipli tapança, habelə hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkar edilərək götürülüb. İlkin məlumatlara görə cinayət nəticəsində Ayaz Cavanşir oğlu Bağırov, Yusif Telman oğlu Bəndəliyev, Tamella Zülfüqar qızı Əzizova, Taleh Tariyel oğlu Məmmədov, Ramiz Xəlil oğlu Abdullayev, Şəfa Afət qızı Məmmədova, Məcnun Abdulvahid oğlu Vahidov, Ayna Abbasqulu qızı Qurbanova, Savalan Allahverdi oğlu Cabbarov, Emin İmaməli oğlu Abdullayev və Ruslan Babaşov həlak olmuş, Mustafa Muxammed (Sudan vətəndaşı), Seyid Əhməd Amuri (Sudan vətəndaşı), Daas Muaviyyə (Suriya vətəndaşı), Rəhman Axundov, Zemfira Hüseynli, Səbinə Qurbanova, Elşən Məmmədov, Elvin Cəbiyev, Kənan İsayev, Faiq Rüstəmbəyov, İlkin Şirəliyev, Elşən Mustafayev və Bəxtiyar Cəfərov yaralanıblar. Həlak olan digər 1 nəfərin şəxsiyyətinin müəyyən edilməsi üzrə müvafiq tədbirlər görülür. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.2.2 (Xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (Xüsusi amansızlıqla adam öldürmə), 120.2.7 (İki və ya daha çox şəxsi öldürmə), 29, 120.2.7 (Adam öldürməyə cəhd) və 228.1 (Qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə) maddələri ilə cinayət işi başlanmışdır. Cinayətin baş vermə səbəblərinin, onu törədənin əlaqələrinin müəyyən edilməsi və digər zəruri araşdırmaların aparılması məqsədilə peşəkar əməkdaşlardan ibarət istintaq-əməliyyat qrupu yaradılmış, intensiv tədbirlər həyata keçirilir. Cinayət işinin istintaqı Azərbaycan Respublikası Prezidentinin nəzarəti altındadır. Hadisə ilə bağlı vətəndaşların məlumatlandırılması üçün Neft Akademiyasının ikinci korpusunda qərargah yaradılmışdır. Eyni zamanda, Daxili İşlər Nazirliyində və Baş Prokurluqda "Qaynar xətt" əlaqə mərkəzi fəaliyyət göstərir. Əlaqə telefonlarını nəzərinizə çatdırırıq: Qərargah - 498-73-34 "Qaynar xətt" - 498-20-25 590-91-15 590-96-15

© 2008-2009 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
AdministratorTarix: Cümə axşamı, 30.04.2009, 16:56 | İsmarıc # 2
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



İlham Əliyev Dövlət Neft Akademiyasında baş vermiş faciə ilə bağlı həlak olanların ailələrinə başsağlığı verib

Prezident İlham Əliyev Dövlət Neft Akademiyasında baş vermiş faciə ilə bağlı həlak olanların ailələrinə, yaxınlarına və əzizlərinə başsağlığı verib." Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciə ilə bağlı hədsiz kədərləndiyimi bildirirəm. Həlak olanların ailələrinə, yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verərək, Ulu Tanrıdan onlara rəhmət diləyirəm. Bu çətin günlərinizdə biz hamımız ağır dərdinizi bölüşərək, sizə səbir və təmkinlilik diləyirik. Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti bu hadisə ilə əlaqədar bütün lazımi tədbirləri həyata keçirəcək. Allah rəhmət eləsin!"./ANSPRESS/


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
For_IslamTarix: Bazar, 03.05.2009, 18:32 | İsmarıc # 3
Çavuş
Qrup: Super moderator
İsmarıclar: 170
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Allah rəhmət eləsin
 
İslamiyyət forumu » Azərbaycan » İslam Azərbaycanda » ADNA-da terror aktı (Silahlı basqın)
Страница 1 из 11
Поиск:

Müstəqil İslam saytı © 2017
Конструктор сайтов - uCoz