Baş səhifə Allahdan başqasına and içmək şirkdirmi? - İslamiyyət forumu QeydiyyatGiriş
[ Yeni ismarıclar · Üzvlər  · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
İslamiyyət forumu » İslam » Məzhəblər, Firqələr » Allahdan başqasına and içmək şirkdirmi?
Allahdan başqasına and içmək şirkdirmi?
PünhanTarix: Bazar ertəsi, 20.10.2008, 21:09 | İsmarıc # 1
Leytenant
Qrup: Super moderator
İsmarıclar: 459
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Bismillahir Rəhmanir Rəhim
Şükürlər olsun aləmlərin Rəbbinə, Allahın salavat və salamı olsun peyğəmbərlərin sonuncusu həzrət Muhəmmədə və onun pak Əhli-beytinə!

Salamun əleykum və rəhmətullah!

Allahdan başqasına and içmək şirkdirmi?
Rəsulallah (s) and içməyi həqiqətən qadağan edibdirmi?


Ədəb sayılsada məclisdə susmaq,
Məsləhət zamanı danışmaq gərək.
İki şey ağıla nöqsan sayilir:
Yersiz susmaq ilə, yersiz söz demək.
 
For_IslamTarix: Çərşənbə, 24.12.2008, 17:46 | İsmarıc # 2
Çavuş
Qrup: Super moderator
İsmarıclar: 170
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



İravani, Shirk deyil!
Sehih Muslimde bu barede hedis olmalidir. Bu barede chox muzakire aparmishiq
 
PünhanTarix: Cümə axşamı, 25.12.2008, 00:55 | İsmarıc # 3
Leytenant
Qrup: Super moderator
İsmarıclar: 459
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote (For_Islam)
İravani, Shirk deyil! Sehih Muslimde bu barede hedis olmalidir. Bu barede chox muzakire aparmishiq

Allah razı olsun. Mümkünsə hədisi dərc edərdiniz?


Ədəb sayılsada məclisdə susmaq,
Məsləhət zamanı danışmaq gərək.
İki şey ağıla nöqsan sayilir:
Yersiz susmaq ilə, yersiz söz demək.
 
For_IslamTarix: Cümə axşamı, 25.12.2008, 13:22 | İsmarıc # 4
Çavuş
Qrup: Super moderator
İsmarıclar: 170
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Mümkündür. Ümumiyyətlə bu barədə məqaləni dərc edirəm bu foruma.

ALLAHdan BAŞQASINA AND İÇMƏK ŞİRKDİRMİ?

Cavab: Tövhid və şirk anlayışlarının təfsirini Quran və sünnədə axtarmaq lazımdır. Çünki Quran və Allah Rəsulunun (s. a. a) davranışları; haqq və batili ayrıd etmənin, tövhid və şirki tanımanın ən yaxşı ölçüsüdür. Buna görə, fanatizmdən uzaq azad vicdanlarımız nezdində hər cür düşüncə və davranışı, vəhy məntiqi və Hz. Peyğəmbərin həyat tərzi ölçüsüylə qiymətləndirməmiz lazımdır.
İndi Allahdan başqasına and içmənin caiz olmasının Kitab və sünnədəki dəlillərinə baxaq:

1- Quran, əbədi ayələri arasında "Peyğəmbərin həyatı", "insan ruhu", "qələm", "günəş", "ay", "ulduz", "gecə və gündüz", "yer və göy", "zaman", "dağlar və dəniz" kimi uca və böyük varlıqlara and içmişdir. Bu ayələrin bəzisini birlikdə gözdən keçirək:

a) "(Ya Rəsulum!) Canına and olsun ki, onlar məstlikləri (küfrləri) içində sərgərdan (şaşqın) vəziyyətdə durub qaldılar. (Lutun nəsihətini qəbul etmədilər)." (Hicr, 72)

b) "And olsun günəşə və onun işığına (günəşin qalxdığı vaxta); And olsun (günəşin) ardınca çıxan aya; And olsun onu (günəşi) parlaq edən gündüzə; And olsun onu (günəşi) örtən gecəyə; And olsun göyə və onu yaradana; And olsun yerə və onu döşəyənə; And olsun nəfsə və onu yaradana (ona biçim verənə); Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini (xeyir və şəri) öyrədənə ki," (Şəms 1-8)

c) "Batmaqda olan ulduza (Sürəyya ulduzuna) and olsun ki," (Nəcm, 1)

d) "Nun! And olsun qələmə və (mələklərin) yazdıqlarına (yaxud lövhi-məhfuzda yazılanlara) ki," (Qələm 1)

e) "And olsun axşam çağına (ikindi vaxtına, əsr namazına, zamana və ya Peyğəmbərin əsrinə) ki, İnsan (ömrünü bihudə işlərə sərf etməklə, dünyanı axirətdən üstün tutmaqla) ziyan içindədir" (Əsr 1-2)

f) "And olsun dan yerinə; And olsun on gecəyə (zülhiccə ayının birinci, yaxud ramazan ayının sonuncu on gecəsinə); " (Fəcr 1-2)

g) "And olsun (Allahın Musa ilə danışdığı) Tur dağına; And olsun yazılmış kitaba (Tövrata, Qur’ana, yaxud bütün ilahi kitablara) - Açıq dəri üzərində (olan kitaba); And olsun (mələklərin ibadət etdiyi) Beytülmə’mura; And olsun yüksək tavana (uca göyə) Və dolub daşan (alovlanan) dənizə ki, " (Tur 1-6)

Həmçinin Naziat, Mürsəlat, Buruc, Tariq, Bələd, Tin və Zuha surələrində də yaradılış aləmindəki varlıqlara and içildiyi gözə dəyməkdədir. Şübhəsiz, əgər Allahdan başqasına and içmək, şirk etmək olsaydı, əbədi tövhid bildireni olan Qurani Kərim əsla buna təşəbbüs göstərməzdi. Yenə, əgər varlıqlara and içmək, Allaha məxsus bir şey olsaydı, səhvə düşülməməsi üçün Quran ayələrində qətiliklə buna toxunulardı.

2- Bütün dünya Müsəlmanları, Hz. Peyğəmbəri (s. a. a) özlərinə nümunə götürməkdə və Hz. Peyğəmbərin davranışlarını və həyat tərzini doğrunu səhvdən ayırma ölçüsü olaraq qəbul etməkdədirlər.
Müsəlman araşdırmaçılar, Səhihlər və Müsnedler yazarları , Hz. Peyğəmbərin (s. a. a) Allahdan başqasına etdiyi andlardan bir çox nümunə rəvayət etmişlər.
Məsələn, Hənbəli təriqətinin imamı Əhməd b. Hənbəl, öz Müsnedində Allah Rəsulunun (s. a. a) belə buyurduğunu rəvayət edir:
"Canıma and olsun ki, əgər yaxşılığı əmr edər və pislikdən çəkindirsən, bu, susmağından daha yaxşıdır" (Müsned-i Əhməd, c. 5, s. 224- 225, Bəşir b. Hasasiyye es-Sedu-sinin hədisi)

Muslim b. Haccac, Sihah-i Sittedən biri olan öz Səhihində belə yazır:
"Bir adam Peyğəmbərə (s.ə.v) gələrək, 'Hansı sədəqənin savabı daha böyükdür?' deyə soruşdu. Peyğəmbər , 'Atana and olsun ki, bundan xəbərdar olacaqsan: Savabı ən böyük olan sədəqə, sağlam və ehtiraslı olduğun, kasıblıqdan qorxduğun və yaşamağı ümid etdiyin bir halda verdiyin sədəqədir.' buyurdu. " (Səhihi Müslim, c. 3, Kitab-uz-Zəkat, Bab-u Bəyan-i Ənnə Ef-zal'es-Sadaka Sadakat'us-Sahih'iş-Şehih, s. 93- 94)

Görəsən Allahdan başqasına and içməyi caiz gördükləri üçün dünya Müsəlmanlarından böyük bir qismini müşrik sayan kəslər, Hz. Peyğəmbərin bu davranışını necə izah edə bilərlər?!

3- Allahın Kitabı və Peyğəmbərin sünnəsinə əlavə olaraq Allah Rəsulunun (s. a. a) yaxın səhabələrinin davranışları da, Allahdan başqasına and içmənin caiz olduğunu göstərməkdədir. Hz. Əli (ə.s), sözlərinin bir çoxunda öz canına and içməkdədir. Bu sözündə belə buyurmuşdur:
"Həyatıma and olsun ki, məndən sonra bu çaşqınlığınız qat qat artacaqdır. " (Nəhcül-Bəlağe, Məhəmməd Abduh, 161. xütbə)
Başqa bir sözündə də belə buyurmuşdur:
"Canıma and olsun ki, azğınlığından və ayrılıqçılığından imtina etməzsənsə, yaxında onların səni axtardığını öyrənəcəksən. " (Nəhcül-Bəlağe, Məhəmməd Abduh, 9-cu məktub. Bunun digər nümunələrini də görmək üçün 168, 183,187.-ci xütbələr ilə 6.-cı və 54.-cü məktublara müraciət edin).

Şübhəsiz, bu qədər açıq və dəqiq hədis qarşısında ictihat və istehsan edilə bilməz. Heç bir dəlil də, Allahın Quranı Məciddəki metodunun, Hz. Peyğəmbərin (s. a. a) və Əmirül-Müminin (ə.s) kimi yaxın səhabəsinin davranışlarının səhv olduğunu ortaya qoya bilməz.

Nəticə
Bütün bu zikr edilən dəlillərdən də açıqca aydın olduğu kimi, Allahın Kitabı, Peyğəmbərin sünnəsi və möminlərin sireti baxımından Allahdan qeyrisinə and içmənin caiz olması qəti bir qanundur və tövhid ilə heç bir ziddlik içində deyil. Başqa sözlə, əgər qəti dəlillərlə sabit olan bu qanuna zahiriylə müxalif olan bir hədis olsa, onu Quran və hədis baxımından qəti olan bu qanun ilə ziddiyyət təşkil etməyəcək şəkildə tevil və tevcih etmək lazımdır.
Burada Allahdan başqasına and içmənin caiz olmadığını iddia edənlərin irəli sürdüyü mübhəm bir hədisi zikr edib cavabın verək:

Hz. Peyğəmbər (s. a. a), Ömərin öz atası adına and içdiyini eşidincə belə buyurdu:
"Allah sizləri atalarınıza and içməkdən çəkindirmişdir. Hər kim and içsə, Allaha and içsin və ya sussun. " (əs-Sünen'ül-Kübra, c. lO, s. 29 və Sünen-i Nəsai, c. 7, s. 4-5)

Hərçənd bu hədis Allahdan başqasına and içməyi caiz görən Quran ayətləri və açıq hədislər qarşısında dayana-biləcək bir hədis deyil; lakin yenə də bu hədis ilə zikr edilən o qədər ayə və hədislərin arasını tapmaq üçün belə deyə bilərik:

Hz. Peyğəmbərin (s. a. a) Ömər kimi kəsləri atalarının adlarına and içməkdən çəkindirməsi, onların atalarının ümumiyyətlə bütpərəst və müşrik olduqları cəhətiylədir. Çünki kafir və bütpərəst bir insan, özünə and edilməyə layiq deyil.

 
PünhanTarix: Cümə axşamı, 25.12.2008, 23:10 | İsmarıc # 5
Leytenant
Qrup: Super moderator
İsmarıclar: 459
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Allah razı olsun.


Ədəb sayılsada məclisdə susmaq,
Məsləhət zamanı danışmaq gərək.
İki şey ağıla nöqsan sayilir:
Yersiz susmaq ilə, yersiz söz demək.
 
For_IslamTarix: Cümə, 26.12.2008, 11:51 | İsmarıc # 6
Çavuş
Qrup: Super moderator
İsmarıclar: 170
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



cumlemizden
 
PünhanTarix: Şənbə, 24.01.2009, 18:15 | İsmarıc # 7
Leytenant
Qrup: Super moderator
İsmarıclar: 459
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Amin..

Andların fəqət Allahın adına olması məhkəmə və ixtilaf olan yerlərə şamildir ki, şəri and kimi “Vəllah”, “Billah” və “Təllah” kimi olması əmr olunub. Bunda heç bir irad yoxdur. Amma başqa şeylərdə bu iddia səhih deyildir. Çünki Allah-təala Qurani-kərimdə ulduzlara, gecəyə, gündüzə və s...... hətta Peyğəmbərin canına and içir. “Ey Peyğmbərim Sənin canına and olsun ki, onlar öz eyşu işrətləri içində sərgərdan qaldılar” (Hicr ayə 72)
Peyğəmbər (s) Allahdan başqasına and içməyi qadağan etməyib. Amma “Əcdadlarınıza və tağuta (bütlərə) and içməyin” hədisindəki qadağa islamın ilkin vaxtlarında müsəlmanların çoxlarının bütpərəst halında öllmüş əcdadlarına and içdiklərinə görə idi. Bu and həmin muşriklərə bir növ ehtiram sayıldığı üçün Həzrət buyurdu:- “Əcdadlarınıza və tağuta and içməyin”. Burada Peyğəmbər bütləri əcdadlarla bir sırada zikr edib ki, bu da onlar arasında münasibət olduğunu göstərir. Deməli Peyğəmbərə, imama, Kəbəyə və Qurana and içmək olar. Baxmayaraq ki, bəzi yerlərdə məkruhdur.


Ədəb sayılsada məclisdə susmaq,
Məsləhət zamanı danışmaq gərək.
İki şey ağıla nöqsan sayilir:
Yersiz susmaq ilə, yersiz söz demək.
 
TICCANITarix: Bazar, 25.01.2009, 02:35 | İsmarıc # 8
Əsgər
Qrup: İstifadeçi
İsmarıclar: 37
Reytinq: 0
Xəbərdarlıq: 100%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



etaqa ceddi siz duz deyirsiz and icmek olar

Добавлено (25.01.2009, 02:35)
---------------------------------------------
De: "Rəbbimə and olsun ki, siz mütləq diriləcəksiniz". (ət-Təğabun, 7)


Hər kəs Allaha və Peyğəmbərinə itaət etməyib Onun hədlərini aşarsa, (Allah da) onu həmişəlik Cəhənnəmə daxil edər. Onu rüsvayedici əzab gözləyir”. (ən-Nisa 4:14)
 
For_IslamTarix: Bazar, 25.01.2009, 12:23 | İsmarıc # 9
Çavuş
Qrup: Super moderator
İsmarıclar: 170
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote (TICCANI)
De: "Rəbbimə and olsun ki, siz mütləq diriləcəksiniz". (ət-Təğabun, 7)

bu sübut etmir ki Allahdan qeyrisine and içmek olmaz! delil lazımdır, delil! peyğember Allahdan başqasına and içmeyi qadağan etmeyib, etseydi özü and içmezdi. Buyur başa sal onda bu revayeti:
Muslim b. Haccac, Sihah-i Sittedən biri olan öz Səhihində belə yazır:
"Bir adam Peyğəmbərə (s.ə.v) gələrək, 'Hansı sədəqənin savabı daha böyükdür?' deyə soruşdu. Peyğəmbər , 'Atana and olsun ki, bundan xəbərdar olacaqsan: Savabı ən böyük olan sədəqə, sağlam və ehtiraslı olduğun, kasıblıqdan qorxduğun və yaşamağı ümid etdiyin bir halda verdiyin sədəqədir.' buyurdu. "
(Səhihi Müslim, c. 3, Kitab-uz-Zəkat, Bab-u Bəyan-i Ənnə Ef-zal'es-Sadaka Sadakat'us-Sahih'iş-Şehih, s. 93- 94)
 
PünhanTarix: Bazar, 25.01.2009, 16:20 | İsmarıc # 10
Leytenant
Qrup: Super moderator
İsmarıclar: 459
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote (TICCANI)
etaqa ceddi siz duz deyirsiz and icmek olar

İstehzalı fikirlərinizi özünüzə saxlıyın. Əgər Allah rızası üçün bildiklərinizi paylaşmağa gəlmisinizsə buyurun.


Ədəb sayılsada məclisdə susmaq,
Məsləhət zamanı danışmaq gərək.
İki şey ağıla nöqsan sayilir:
Yersiz susmaq ilə, yersiz söz demək.
 
İslamiyyət forumu » İslam » Məzhəblər, Firqələr » Allahdan başqasına and içmək şirkdirmi?
  • Страница 1 из 1
  • 1
Поиск:

Müstəqil İslam saytı © 2024
Конструктор сайтов - uCoz