Baş səhifə Əbdullah ibn Səba kimdir? - Страница 2 - İslamiyyət forumu QeydiyyatGiriş
[ Yeni ismarıclar · Üzvlər  · Axtarış · RSS ]
  • Страница 2 из 2
  • «
  • 1
  • 2
İslamiyyət forumu » İslam » Məzhəblər, Firqələr » Əbdullah ibn Səba kimdir?
Əbdullah ibn Səba kimdir?
PünhanTarix: Çərşənbə axşamı, 03.03.2009, 13:42 | İsmarıc # 21
Leytenant
Qrup: Super moderator
İsmarıclar: 459
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Huzeyfa, üzürlü bilin türkcə basa düsə bilmirəm.


Bağışlayan və mehriban Allahın adı ilə

Tarixçilərdən Əbdullah ibn Səbanın adını və dastanını birinci dəfə nəql edən Təbəri olmuşdur. “Əbdullah ibn Səba yəhudi idi, zahirdə islam dinini qəbul etmişdi. Sonralar müsəlman ölkələrini dolanmağa başladı və özünün təfəkkürlərini o cümlədən Əli ibn Əbi Talibin Rəsulullahın canişini olması əqidəsini camaat arasında yaymağa başladı Tarix Təbəri 3/378, hicrətin 35-ci ilinin əhvalatları”

Bəziləri bu şəxsin həyatını təhlil edəndə deyiblər: Əbdullah ibn Səba islam icmasını daxildən dağıtmaq üçün zahirdə islam dinini qəbul etdiyini izhar edib fitnələr törətməyə başladı. Həmin fitnələr xəlifə Osmanın qətlə yetirilməsi ilə nətcələndi. Onun sözləri o qədər azdırıcı idi ki, səhabələrdən və tabeinlərdən bir dəstə Səlman, Əbu Zərr, Səsəə ibn Suhan, Muhəmməd ibn Bəkr və s... çox asanlıqla onun təsiri altına düşdülər.

Bu nəzəriyyəni iki cəhətdən təhqiq edib cavab veririk:

Birinci cəhət rəvayətin səndidir. Təbəri onu Seyf ibn Ömərdən nəql edib. Əhli sünnətin “rical elmi” alimləri Seyf ibn Öməri rədd ediblər. Onu hədis qundaranlar sırasında zikr ediblər. Zəhəbi Seyf ibn Ömər haqqında rical alimlərinin nəzərlərini belə nəql edib: “Əbbas ibn Yəhya deyib Zəifdir. Mutəyyən Yəhyadan nəql edib ki, onda (Seyf ibn Ömərdə) heç bir xeyir yoxdur. Əbu Davud deyib: O bir şey deyil. Əbu Hatim deyib: O rəd olunur. İbn Həbban deyib:- Seyf ibn Ömər zindiqlikdə (kafir olmaqda) ittiham olunub. İbn Ədiy: Nəql etdiyi bütün hədisləri rədd olunur” (mizanul-itidal, sin hərfi/seyf 3642 Seyf ibn Ömərin tərcümeyi halı 3/353, Təhzibuttəhzib sin hərfi/seyf 2819, Seyf ibn Ömərin tərcümeyi halı 4/268, ər-Rical və-Tədil, 1198, 4/278)

Deməli məlum olur ki, Təbəri hədisi nəql etməkdə ya rical elmindən kamil surətdə xəbərsiz və cahil olduğu üçün bu cür xain adamdan rəvayət nəql edib. Ola bilsin ki, Təbəri Seyf ibn Ömərin yalançı və hədis qundaran olduğunu bilə-bilə onun nəql etdiyi dastanı nəql edib. Onda məlum olur ki, Təbəri özü tarixdə xəyanət edib və xəyanətkar olduğundan onun tarixindən sitat gətirəndə son dərəcədə ehtyatlı olmaq lazımdır. Çünki tarix gələcək nəsilləri həqiqətdən xəbərdar edən bir sənəddir və tarixçi bu sənədə xəyanət etməməlidir.

İkinci cəhət hədisin mətni: Təbərinin nəql etdiyi bu dastanın mətnində maraqlı nöqtələr mövcuddur ki, həmin nöqtələrə diqqət yetirmək lazımdır. Əslən Yəməndən olan və təzəcə islam dinini qəbul etmiş bir yəhudi necə olub ki, İslamın mərkəzi olan Mədinədə bir belə nüfuz tapıb? Hətta onun nüfuzu o qədər təsirli olub ki, Peyğəmbər (s) səhabələrini Osmana qarşı qiyama təhrik etməyə müvəffəq olub. Ağıllı adam bunu qəbul edə bilərmi ki, təzə müsəlman olmuş bir yəhudi səhabələri xəlifə Osmanın ətrafından uzaqlaşdırıb onu öldürməyə rəğbətləndirə bilsin. Bir halda ki, tarix Osmanın muxaliflərlə necə sərt rəftar etdiyini hətta əgər bu müxaliflər Rəsulullahın ən yaxın səhabələrindən belə olaydı çox dəqiqliyi ilə qeydə alıb. Əks halda bu qənaətə gəlmək olar ki, Osman səhabələrə divan tutmağa başı qarışdığından təzə müsəlman olmuş yəhudi Əbdullah ibn Səbanı yaddan çıxardığı üçün o da istədiyinə nail olub.

Əsl həqiqətdə bu dastan şuurlu surətdə şiə məzhəbini zəiflətmək üçün aparılan siyasətin nəticəsidir. Seyf ibn Ömərin qondardığı bu dastanları yaymaqla arzularına çatmaq istəyiblər.

Əbdullah ibn Səba haqqında iki nəzəriyyə mövcuddur:

Birinci:- Seyf ibn ömərin nəql etdiyi bu xususiyyətdə adam tarixdə olmayıb. Doktor Taha Hüseyn “Mizanul-itidal” kitabında 3/353.(sin/seyf 3642) Seyf ibn Ömərin tərcümeyi halı haqqında bəhs edəndə buna işarə edib. Həmçinin “Təhzibuttəhzib” kitabında (sin/seyf 2819) Seyf ibn Ömərin tərcümüyi halında müəllif bu mətləbə işarə edib.

Həmçinin Ərəbistanlı yazıçı doktor Həsənul-Fərhan Maliki açıq şəkildə Əbdullah ibn Səba adlı bir şəxsin tarixdə olmadığına etiraf edib. Şiə tarixçilərindən Əllamə Əskəri “Əbdullah ibn Səba” adlı kitabında belə bir fərdin tarixdə olmadığını sübuta yetirib.

İkinci nəzəriyyə: Nəcaşi və Kəşşi kimi Rical elminin alimləri Əbdullah ibn Səbanın tarixdə olduğunu təsdiq edirlər. Onların dediklərinə görə Əbdullah ibn Səba Əmirul möminin Əli (ə) haqqında ğuluv etdib (yəni onun haqqında mübaliğəyə yol verib) tövbə etmədiyinə görə Həzrət onu yandırdı. İmamlardan nəql olunmuş rəvayətlərdə deyilir ki; Əli (ə) onu lənətləyib Mədinədən sürgün etdi. (İxtiyaru mərifətirrical. 1/323, 170-ci nəql, Müəssisə Alulbeyt)

Hədisi nəql edən ravinin tərcümeyi halını əhli sünnətin kitablarında nəzərdən keçirib onun etibar cəhətdən zəif olduğu və hədisin mətninin o zamankı şərait ilə müvafiq olmadığı məlum olandan sonra qətiyətlə deyirik ki, Əbdullah ibn Səba tarixdə olmadığı üçün əfsanəvi və xəyali bir şəxsdir. Fərz edək ki, belə bir şəxs olub, amma əldə olan dəlillər onun fikirlərinin lənətləndiyi və rədd olunduğunu göstərir. Bizim də öz növbəmizdə şiə kimi bir məzhəbin təfəkkürlərini təhqiq edən alimlərə saxta və siyasi məqsədlər nəticəsində uydurulmuş əfsanəvi bir amilin dalıyca getdiklərinə görə yazığımız gəlir.

Hacı Elman İbadov kerrar@mail.ru

http://islamiyyet.ucoz.ru/news/2009-01-25-104 : book


Ədəb sayılsada məclisdə susmaq,
Məsləhət zamanı danışmaq gərək.
İki şey ağıla nöqsan sayilir:
Yersiz susmaq ilə, yersiz söz demək.
 
MuhammedOmerTarix: Çərşənbə axşamı, 03.03.2009, 19:14 | İsmarıc # 22
Əsgər
Qrup: İstifadeçi
İsmarıclar: 19
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



İbn Səba haqqında olan hədislərin sənədlərini niyə zəif deyirsiniz ki? Mənim bildiyimə görə (çoğunluqla) alimlərimiz o hədis haqqında mötəbər demişdilər. Həmçinin Təbəri o hədisi "səhih" deyib... Nəyə əsasən o hədisi zəif adlandırırsınız? Bu məqalə hədisin zəif olduğunu sübut etmir axı...
 
PünhanTarix: Çərşənbə axşamı, 03.03.2009, 21:39 | İsmarıc # 23
Leytenant
Qrup: Super moderator
İsmarıclar: 459
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote (MuhammedOmer)
İbn Səba haqqında olan hədislərin sənədlərini niyə zəif deyirsiniz ki? Mənim bildiyimə görə (çoğunluqla) alimlərimiz o hədis haqqında mötəbər demişdilər. Həmçinin Təbəri o hədisi "səhih" deyib... Nəyə əsasən o hədisi zəif adlandırırsınız? Bu məqalə hədisin zəif olduğunu sübut etmir axı...

Zəhmət olmasa məqaləni diqqətlə oxuyun..

Təbəri onu Seyf ibn Ömərdən nəql edib. Əhli sünnətin “rical elmi” alimləri Seyf ibn Öməri rədd ediblər.


Ədəb sayılsada məclisdə susmaq,
Məsləhət zamanı danışmaq gərək.
İki şey ağıla nöqsan sayilir:
Yersiz susmaq ilə, yersiz söz demək.
 
HuzeyfaTarix: Çərşənbə, 04.03.2009, 07:03 | İsmarıc # 24
Çavuş
Qrup: İstifadeçi
İsmarıclar: 100
Reytinq: 0
Xəbərdarlıq: 20%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote (İravani)
Huzeyfa, üzürlü bilin türkcə basa düsə bilmirəm.

Problem yoxdur.O məqalədə Şiyələrin rəvayətləri göstərilmişdi.Lakin,mən azəricə olan şiyə rəvayətlərini qeyd edə bilərəm.
Kəşşi həmçinin Abdulla ibn Sinanın belə bir rəvayətini qeyd edir ki, guya Əbu Abdulla (Cəfər) əleyhissəlam demişdir: "Biz, Əhl əl-Beyt, doğrucul adamlarıq və qoymarıq ki, hər hansı bir yalançı bizim haqqımızda yalan deyib öz yalanı ilə bizim doğruculluğumuzu adamların gözündən sala. Rəsulullah səlləllahü əleyhi və alihi adamların və bütün məxluqatın ən düz danışanı olmuşdur. Buna baxmayaraq, Müseylimə ona böhtan atmışdır. Əmirəlmöminin əleyhissəlam (Əli) da Rəsulullahdan sonra Allahın xəlq etdiyi adamların ən doğruculu olmuşdur. Ona böhtan atıb onun doğrusunu yalana çıxaran və Allah üçün də böhtan uyduran Abdulla ibn Səba olmuşdur" (Rical əl-Kəşşi", səh.101)

Həmin Kəşşi bu kitabda deyir: "Bəzi elm adamları qeyd etmişlər ki, Abdulla ibn Səba yəhudi olmuş, sonra Islamı qəbul etmişdir. Əli əleyhissəlamın tərəfini saxlamışdır. Yəhudi ikən ifrata varıb Yuşə ibn Nunun Musanın vəliəhdi olduğunu dediyi kimi, islam dinində olanda Rəsulullah səlləllahü əleyhi və səlləmin vəfatından sonra Əli haqqında belə demişdir. Əlinin imamlığının fərz olduğunu dili ilə deyib elan edən birinci adam olmuş, onun düşmənlərindən üz döndərmiş, ona müxalifətdə olanları aşkara çıxarıb kafirlikdə günahlandırmışdır. Buna görə də şiələrə müxalif olanlar demişlər ki, şiəlik və inkarçılıq yəhudilikdən götürülmüşdür".(Rical əl-Kəşşi", səh. 101, Iraq, Kərbəladakı "əl-Ələmi" müəssisəsinin çapı)

Abdulla ibn Səba haqqında şiələrin böyük adamlarından olan Növbəxti "Firəq əş-şiə" kitabında Abdulla ibn Səbadan belə danışır: "Abdulla ibn Səba Əbu Bəkri, Öməri, Osmanı və əshabələri söymüş, onlara öz etirazını bildirmiş və onlardan ayrılmış adamlardan biridir. O demişdir ki, bunu ona Əli əleyhissəlam əmr etmişdir. Əli onu danlamış, ondan bunu deyib-demədiyini soruşmuşdur. O öz dediklərini boynuna almış, Əli onu öldürməyi əmr etmişdir".Bunu görən adamlar çığırıb ona demişlər ki, ey Əmirəlmöminin, insanlar arasında sizə — Əhl əl-Beytə məhəbbət və sizin vilayətinizi, sizin düşmənlərinizdən uzaqlaşmağı təbliğ edən bir adamı necə öldürək? Belə olduqda Əli onu öldürməyib Mədainə (Iranın o zamankı paytaxtı) sürgün edir. Əli əleyhissəlamın əshabələrindən olan elm əhlindən bir qrupu hekayət etmişlər ki, Abdulla Ibn Səba Islamı qəbul etmiş yəhudi olmuşdur. O, Əli əleyhissəlamın tərəfdarı idi. Yəhudi ikən Musa əleyhissəlamdan sonra Yuşə ibn Nunun vəliəhd olduğunu dediyi kimi, müsəlman ikən də Peyğəmbər səlləllahü əleyhi və səlləmin vəfatından sonra Əli əleyhissəlam haqqında həmin sözləri demişdir. O, Əli əleyhissəlamın imamlığının fərz olması sözünü açıq deyən birinci adam olmuş, onun düşmənlərindən aralanmış, müxaliflərini rüsvay etmişdir. Buna görə də şiəliyə müxalif olanlar demişlər: "Inkarçılığın əsası yəhudilikdən götürülmüşdür". Abdulla ibn Səbaya Mədaində Əlinin ölüm xəbəri çatanda o, bu xəbəri gətirənə demişdir: "Yetmiş dəfə onun başını gətirib göstərsən və onun qətli ilə əlaqədar yetmiş məhkəmə də qursan, yalan dediyini bilirəm. Çünki o nə ölüb, nə də qətlə yetirilib, nə də bütün Yer kürəsinə sahib olmadan ölməyəcək" (Növbəxtinin "Firəq əş-şiə" kitabı, səh.43 və 44; Iraq, Nəcəfdəki "əl-Mətbəə əl-Heydəriyyə" nəşriyyatının çapı, 1379 h. - 1959 m.)

Belə bir fikri "Rövzət əs-Səfa"da bir şiə tarixçisi də qeyd edir ki, Abdulla ibn Səba biləndə ki Misirdə Osman ibn Əffanın müxalifləri çoxdur, ora yollandı. Misirdə özünü elə bir alim və Allahpərəst adam kimi apardı ki, adamları özünə cəlb etdi. Onların arasında yerini möhkəmlədəndən sonra öz məzhəbini və məsləkini işə verməyə başladı. O cümlədən belə bir əqidəni yaymağa başladı ki, hər bir peyğəmbərin bir vəliəhdi və xəlifəsi olmalıdır. Rəsulullahın da vəliəhdi elmdə və fitva verməkdə fərqlənən, səxavət və şücaətlə bəzənmiş, etibar və Allahpərəstlikdə nümunə olan Əlidən başqa heç kəs ola bilməz. O dedi ki, ümmət Əliyə zülm etmiş, onun haqqını — xilafət və vilayət haqqını əlindən almışdır Indi hamı onun tərəfini saxlamalı, ona kömək etməli, Osmana itaətdən və sədaqətdən əl çəkməlidir. Misirlilərdən bir çoxu onun bu sözlərinin təsiri altında Osmanın əleyhinə çıxdılar" (- Farsca "Rövzət əs-səfa" adlı şiə tarixi, 2-ci cild, səh.292, Iran çapı.)

 
AdministratorTarix: Şənbə, 07.03.2009, 20:50 | İsmarıc # 25
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Huzeyfa, özümüzün belə tanımadığı kitablara istinad vermək lazım deyil. Konkret olaraq: şiələr İbn Səbanı rədd edir və kafir bilir. Bu şübhəniz varmı?


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
HuzeyfaTarix: Bazar, 08.03.2009, 04:54 | İsmarıc # 26
Çavuş
Qrup: İstifadeçi
İsmarıclar: 100
Reytinq: 0
Xəbərdarlıq: 20%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote (Adminstrator)
Huzeyfa, özümüzün belə tanımadığı kitablara istinad vermək lazım deyil. Konkret olaraq: şiələr İbn Səbanı rədd edir və kafir bilir. Bu şübhəniz varmı?

Əgər diqqət etdinizsə sitatlar Şiyə mənbələrindən gətirilib,bu şəxs mövcud olub və fikirləri sonradan yaranan Rafizi-Şiyə firqələrinin əsasını təşkil edib.

Birincisi, yəhudilərin Abdulla ibn Səbanın rəhbərliyi ilə Islam adından bir dəstə düzəldib zahirdə Islam nümayiş etdirib, batində küfr bəsləmələri, müsəlmanlar arasında kafir yəhudi əqidələri və rəyləri yaymaqları.
Ikincisi, müsəlmanlar arasında fitnə toxumu səpilməsi və üçüncü raşidi xəlifə, əmirəlmöminin Osman ibn Əffana (Allah-təala ondan razı olsun!) sui-qəsd və ona itaətsizlik göstərməyə çağırış. Bu çağırışdan da məqsəd hərc-mərclik törədib Islam fəthlərini dayandırmaq, onun küfr, atəşpərəstlik və yəhudilik ölkələri üzərində dalğalanaraq şüa saçan bayraqlarını endirmək, müsəlmanların arasını qatıb onların qılınclarını bir-biri ilə çarpışdırmaqdır ki, onların ovxarı getsin, qığılcımları və parıltıları kafirlərin və allahsızların başı üzərində işıq saçmasın.
Sui-qəsdin məqsədi bu idi və təəssüf ki, o öz məqsədinə çatdı; müsəlmanlar arasında vuruşma başlandı, qılınclar qınlardan sıyrıldı, Osman ibn Əffan (Allah ondan razı olsun!), on minlərlə ən yaxşı kişi qurban getdi, müsəlmanların iki böyük dəstəsinin arasında əbədi uçurum yarandı, onun təsiri, on üç əsrdən artıq keçməsinə baxmayaraq, bizim bu günə gəlib çatdı. Beləliklə, nur şüaları bütün Yer kürəsinin üzünü tutandan sonra yenidən boğuldu.
Üçüncüsü, insanların qəlblərində Əbu Bəkrə, Ömərə və Peyğəmbərin Cənnət müjdəsi verilmiş yaxın dostlarından olan digər əshabələrə — bu dinin daşıyıcıları, kəramətli Peyğəmbərin varisləri, onun risalətinin təbliğatçıları, dəvətinin carçıları, dinin bayraqdarları, Allah yolunun mücahidləri olan və Allahın Kəlamında mədh olunmuş bu adamların böyüklərinə və kiçiklərinə qarşı nifrət və gizli qərəz şitili əkib, müsəlmanların şanlı tarixinə son qoymaq, onların fəxr ediləcək xadimlərinin, üz tutulacaq ideallarının və müsəlmanların aradan götürülməsinə nail olmaq. Iş o yerə gəlib çatır ki, hətta onlar xəlq olunmuşların ağası, aləmlərin Rəbbinin elçisi Məhəmməd ibn Abdulla səlləllahü əleyhi və səlləmə qarşı mübarizəyə cəlb olunur, Qurandan uzaqlaşıb ona şəkk edirlər. Unudurlar ki, Quranı Öz Peyğəmbərinə Allah nazil etmişdir və onda bu adamların hamısının mədhi, Allahın onlardan razılığı və onlarla fəxr etməsi öz əksini tapmışdır.
Dördüncüsü, əshabələrin hamısının, bir neçə nəfərdən başqa, kafir çıxardılması. Bundan məqsəd müsəlmanları etimad etdikləri və dayaq bildikləri hər bir şeydən məhrum etmək idi. Harada görünüb ki, Rəsulullahdan Quranı eşitmiş, öyrənmiş, Rəsulullahın onu necə şərh və təfsir etdiyini, öz sözü və işi ilə bəyan etdiyini görmüş, Quranı və onun mənasından ibarət təfsirini Sünnə vasitəsilə nəsildən-nəslə keçirmiş peyğəmbər əshabələri kafir, dönük olsunlar?
Sonrası, bəs Rəsulullah səlləllahü əleyhi və səlləmin əməyinin nəticəsi nə idi? Onun insanlar üçün gətirdiyi hansı dəvət və risalət idi? Allahın dininə daxil olan hansı dəstə idi ki, Qüdrət və Cəlal sahibi Allah həmin dəstəyə daxil olan adamlar haqqında belə demişdir: "Elə ki Allahın köməyi və qələbə gəldi, insanları dəstə-dəstə Allahın dininə daxil olan görərsən; onda Rəbbini dönə-dönə təriflə və ondan bağışlanmağını dilə. O həmişə tövbə edənlərin tövbəsini qəbul etmişdir". ( ən-Nəsr surəsi)
Beşincisi, müsəlmanlar arasında fəsad toxumu səpmək, onların Allah yolunda yəhudilərdən və atəşpərəstlərdən olan kafirlərə və bütpərəstlərə qarşı cihad səylərinin öz aralarında vuruşa çevrilməsi üçün müharibə və fitnə tonqallarını alışdırmaq məqsədilə Quranda və düzgün, sabit Sünnədə adı çəkilməyən, yəhudilərin Yuşə ibn Nunun Musanın vəliəhdi olması fikrindən düzəltdikləri, müsəlmanlar arasında Əlinin Rəsulullahın vəliəhdi olması adı ilə yalandan və saxtakarlıqla yaydıqları yəhudi əqidəsinə rəvac verilməsi. Kəşşinin ifadəsinə baxın görün nə deyir: "O, Əlinin imamlığının fərz olmasını açıq deyən, onun düşmənlərindən aralanan birinci adamdır".
Növbəxti deyir: "Həqiqətən Abdulla ibn Səba əvvəllər yəhudi olmuş, sonra Islamı qəbul etmiş, Əli ilə yaxınlıq etmişdir. Yəhudiliyində Yuşə Ibn Nunun Musa əleyhissəlamdan sonra vəliəhd olduğunu dediyi kimi, Islamda ikən də Peyğəmbər səlləllahü əleyhi və səlləmin vəfatından sonra buna bənzər sözlər demişdir".
Altıncısı, insanın öləndən sonra o dünyadan qayıtması, ölümsüzlük, Yer kürəsinə sahib olma, xəlq olunmuşlardan başqa birinin qadir olmadığı şeylərə qadir olmaq, başqa birinin bilmədiyini bilmək, Qüdrət və Cəlal sahibi Allahın "fikrini dəyişməsini, yeni fikrə düşməsinin" və nəyisə unutduğunu təsdiq etmək və s. kimi xürafatlardan və axmaq sözlərdən ibarət yəhudi fikirlərinin yayılması.
Bütün bunlar yəhudiliyin həyata keçirdiyi cinayətlər və səpdiyi toxumlardır, Əli və onun ailə üzvlərindən olan gözəl insanların bundan xəbərləri yoxdur. Çünki artıq sübut olunmuşdur ki, Əli (Allah ondan razı olsun!) Növbəxtinin əvvəldə qeyd etdiyi kimi, onların sözlərini inkar etmiş və özlərini axmaq hesab etmişdir. Bunu Yəhya ibn Həmzə Zeydinin "Tövq əl-həmamə fi məbahis əl-imamə" kitabında Süveyd ibn Qəflədən rəvayət etdikləri də təsdiq edir: "Əbu Bəkrə və Ömərə (Allah onlardan razı olsun!) qarşı çıxan qövmə rast gəldim və bunu Əliyə xəbər verib dedim: — Əgər onlar, o cümlədən Abdulla ibn Səba açıq dediklərinin sənin qəlbindən keçən şeylər olduqlarını bilməsələr, buna cürət etməzlər. Əli (Allah ondan razı olsun!) dedi: — Allah eləməsin! Allah bizə rəhm edib bu fikrə salmayıb. Sonra ayağa qalxıb əlimdən tutdu və məni məscidə apardı. Minbərə qalxıb öz saqqalından yapışdı. Saqqalı ağappaq idi. Göz yaşları saqqalına süzülürdü. Adamlar toplaşanadək yerə baxdı. Sonra hamıya müraciət edib dedi: — Görəsən, mənim qardaşım Rəsulullahı və onun iki vəzirini, iki dostunu, Qüreyşin iki ağasını, müsəlmanların iki atasını dilə gətirənlərin fikirləri nədir?! Mən deyilən sözlərdən xəbərsizəm, bunları deyənləri cəza gözləyir. Onların hər ikisi Rəsulullah səlləllahü əleyhi və səlləmə Allah əmrini yerinə yetirməkdə məhəbbət və vəfa ilə yoldaşlıq etmişlər. Onlar Rəsulullah zamanında əmrlər vermiş, qadağanlar qoymuş, qəzəblənib cəzalar vermişlər. Rəsulullah heç kəsin rəyini onların rəyinə bərabər bilməmiş, heç kəsi onları sevdiyi kimi sevməmiş, Allah əmrinin yerinə yetirilməsində onlar kimi əzmli adam görməmişdir. O öləndə də onlardan razı getmişdir. Müsəlmanlar da onlardan razıdırlar. Onlar öz işlərində və davranışlarında Peyğəmbər səlləllahü əleyhi və səlləmin rəyindən və əmrindən nə onun sağlığında, nə də ölümündən sonra çıxmamışlar. Bu qayda ilə də dünyalarını dəyişmişlər. Allah onların hər ikisinə rəhmət eləsin!
Toxumu Cücərdənə və insanları Yaradana and olsun ki, onları yalnız ləyaqətli mömin olmayan adamlar sevməz, onlara yalnız dinsiz utanmazlar nifrət edə bilər. Onları sevmək Allaha yaxınlıq, onlara nifrət etmək kafirlikdir". Bir rəvayətdə isə belə deyilir: "Allah onların ikisinə qarşı öz ürəyində gözəl niyyətlərdən başqa bir şey bəsləyənə lənət edər.

http://www.boxca.com/e9sfxy0....oc.html

 
AdministratorTarix: Bazar, 08.03.2009, 11:46 | İsmarıc # 27
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Huzeyfa, İslamda odda yandırılma kimi cəza növü varmı?


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
HuzeyfaTarix: Bazar, 08.03.2009, 12:01 | İsmarıc # 28
Çavuş
Qrup: İstifadeçi
İsmarıclar: 100
Reytinq: 0
Xəbərdarlıq: 20%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote (Adminstrator)
Huzeyfa, İslamda odda yandırılma kimi cəza növü varmı?

İkrimədən (rəvayət olunur), o dedi: Əli bir qövmü odda yandırdı. Bu xəbəri İbn Abbas(r.a.) eşidəndə dedi: Mən olsaydım, yandırmazdım. Çünki Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) buyurmuşdur:"Allahın əzabı ilə (odda) əzab verməyin"
(Buxari, "Səhih", "kitab istitadati-l-murtaddin", "bab Hükmül-mürtad", 6922)
 
AdministratorTarix: Bazar, 08.03.2009, 12:21 | İsmarıc # 29
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote
İkrimədən (rəvayət olunur), o dedi: Əli bir qövmü odda yandırdı. Bu xəbəri İbn Abbas(r.a.) eşidəndə dedi: Mən olsaydım, yandırmazdım. Çünki Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) buyurmuşdur:"Allahın əzabı ilə (odda) əzab verməyin"
(Buxari, "Səhih", "kitab istitadati-l-murtaddin", "bab Hükmül-mürtad", 6922)

Bu hədisə Buxaridə rast gəlmədim. Bu hədis Tirmizidə (1458) İbn Macə (Hüdud 2) və Əbu Davud (Diyat 1)-da var. Bu hədisi yarımçıq yazmısınız: İbn Abbas (r.ə.) deyir ki, Rəsulullahın (s) sözünə əsasən onları öldürün amma "Allahın əzabı ilə (odda) əzab verməyin". Bu hədis Əlinin (ə) qulağına çatanda: "İbn Abbas düz deyir",-dedi. Əgər Əli (ə) bunu bilirdisə niyə yandırdı, məgər o, nəfsinə uyub, Peyğəmbərin (s) əmrini tərk edənlərdən idi?! Xeyr!
Sizin göstərdiyiniz mənbələrə gəldikdə isə bir o qədər də şiə mənbəsi İbn Səbanın varlığını inkar edir.

Siz cəfəri şiələrini İbn Səbanın ardıcılları bilirsinizmi?


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
AdministratorTarix: Bazar ertəsi, 09.03.2009, 12:44 | İsmarıc # 30
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



MÖVZU AÇILIR, QARŞILIQLI HÖRMƏT DAXİLİNDƏ MÖVZUNU DAVAM ETDİRMƏK OLAR.


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)

İsmarıcı redaktə etdi: Adminstrator - Çərşənbə axşamı, 17.03.2009, 19:12
 
İslamiyyət forumu » İslam » Məzhəblər, Firqələr » Əbdullah ibn Səba kimdir?
  • Страница 2 из 2
  • «
  • 1
  • 2
Поиск:

Müstəqil İslam saytı © 2024
Конструктор сайтов - uCoz