Baş səhifə Müvəqqəti nigah - Страница 4 - İslamiyyət forumu QeydiyyatGiriş
[ Yeni ismarıclar · Üzvlər  · Axtarış · RSS ]
Страница 4 из 4«1234
İslamiyyət forumu » İslam » Məzhəblər, Firqələr » Müvəqqəti nigah (Onun islama xeyri ve zereri)
Müvəqqəti nigah
AdministratorTarix: Şənbə, 21.03.2009, 14:50 | İsmarıc # 61
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote
Demək belə.Mən sizin mühəddis olduğunuzu bilmirdim.Gərək sözlərinizi alimlərin sözü ilə isbat edəsiniz.Hansı alimlər bu səhih hədisləri qəbul etməyib?

Mən mühəddis deyiləm, amma yuxarıda göstərdiyim kimi mühəddislər bu hədislərin batilliyini sübut ediblər!

Quote
Niyə,siğə olunan qadın kim sayılır.Zövcə yoxsa cariyə.Quranda zövcə və cariyələrin hüquqları və s.təsbit olunub.Siğə olunan qadınlar baradə Quranda nə deyilir?

Nisa 24-ə baxın, orada onların haqqını lazımınca vermək əmr olunur.

Quote
Bu uzun yazıya belə cavab verim.Yuxarıda deyildiyi kimi bu əmr bəzi səhabələrə tam çatmamışdı.Çünki,bu yasaq tam şəkildə olmamışdı.Yəni,bir dövr icazəli olub,sonra nəhy olunmuşdu.
Yuxarıda gətirdiyiniz rəvayətlər minlərlə rəvayətlərdən zahirən sizə sərf edən sözlərdir.Bunların çoxu səhih deyil.Çıxartdığınız nəticə isə yanlışdır.Çünki,hökm ümimi dəlillərə əsasən verilir.Bəzi Səhabələrin muta nigahının icazəli olduğu baradə fikirləri olub,lakin sonradan onlar bu fikirlərindən əl çəkiblər.Çünki,onlar bunu tam bilmirdilər.
Səlim bin Abdullahın rəvayətinə görə Abdullah bin Ömərə -radıyallahu anhu- deyiblər ki, İbn Abbas -radıyallahu anhu- müvəqqəti nigaha icazə verir. İbn Ömər -radıyallahu anhu- deyir: “Subhənallah! Güman etmirəm ki, İbn Abbas belə edə”. Adamlar bunu təsdiq edirlər. Onda İbn Ömər -radıyallahu anhu- deyir: “Rəsulullahın -səllallahu aleyhi və alihi və səlləm- sağlığında İbn Abbas hələ uşaq idi. Allahın Rəsulu -səllallahu aleyhi və alihi və səlləm- bunu qadağan etdi və biz zinakar olmadıq” (Abdur-Rəzzaq, “əl-Müsənnəf”, 7/502).

Onda belə 2 sual ortaya çıxır:
Peyğəmbər (s) vəfat edəndə Abdullah ibn Ömərin neçə yaşı var idi?
Bu vaxt qədər onlar (səhabələr) zina edirdilər ki, bundan sonra zinadan qurtuldular?

Quote
Bu dəlilləri və alimlərin icmasını görməyən şəxsə mənim nə sözüm olsun?

Hansı icma? Abdullah ibn Qudamə, Tərtusi, İbn Həzm, Əbu Həyyan və başqaları demişlər ki, Cabir ibn Abdullah Ənsari, Abdullah ibn Məsud, Abdullah ibn Abbas, İmran ibn Həsin, Əbubəkrin qızı Əsma kimi görkəmli səhabələr və Səid ibn Cübeyr, Mücahid, Tavus, Əta kimi tabeinlər, habelə alimlərdən İbn Cüreyc, İbn Aşur, Əhməd ibn Hənbəl və həmçinin Əhli-beytlə (əleyhimus-səlam) birgə onların şiələri mütə nikahının halallığına etiqad bəsləmişlər. Bu kimi insanların adları mütə nikahını halal bilənlərin sırasında çəkilərkən necə demək olar ki, ümmətin bu nikahın haramlığı barəsində yekdil rəyi vardır? Məgər Əhli-beyt (əleyhimus-səlam), onların şiələri, adı çəkilən peyğəmbər səhabələri və tabeinlər bu ümmətdən deyilmi?

Quote
Siz burda mənimlə sırf öz etiqadınızı nəfsinizə görə müdafiə edirsiz.Sizə haqqı bilmək o qədər də vacib deyil.

Nəfsinə görə hökm verən sizsiniz! Xəlifə Ömərin bidətlərini ört-basdır etmək üçün İslam peyğəmbərinə (s) böhtan atırsınız!

Quote
Hörmətli aliminiz deyir ki,bu nigah olub və Rasulullah (s.a.s)-in zamanında caiz olub.Amma,onu demir ki,bu nigah cahiliyyə nigahlarından idi və onu Rasulullah (s.a.s) özü qadağan edib.Bunu məğər yüzlərlə hədis isbat etmir?

Yüzlərlə? Bəlkə mütəvatir də deyəsiniz?

Quote
Deməli sizin qadın haqqında təsəvvürünüzlə qərbin qadın təsəvvürü fərqlənmir.Siz ikiniz də Qadına şəhvət obyekti kimi baxırsız.Fərqiniz isə Qərbin açıq,sizin isə gizli şəkildə bu əməli etməyinizdir.
Uzun sözün qısası Siğə olunan qadın və hüquqları baradə bizi Quran və Sünnə ilə məlumatlandırın.

Aha, deməli qərbi nümunə göstəririksə biz də onlardanıq? vay olsun belə hökmə!
Sələfilərdə yayılmış misyar evliliyi nədir? Siz bu nigah barədə bizi məlumatlandıra bilərsinizmi?


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
AdministratorTarix: Şənbə, 21.03.2009, 14:53 | İsmarıc # 62
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Sizdən bir xahişim var: Qarışıqlığı aradan götürmək üçün mütənin ləğv olunduğunu göstərən hədis göstərin! Yəni həmin hədis sizə görə tam səhihdir və mütəni ləğv edir. Amma bir dənə!


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
HuzeyfaTarix: Şənbə, 21.03.2009, 19:47 | İsmarıc # 63
Çavuş
Qrup: İstifadeçi
İsmarıclar: 100
Reytinq: 0
Xəbərdarlıq: 20%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote (Adminstrator)
Sizdən bir xahişim var: Qarışıqlığı aradan götürmək üçün mütənin ləğv olunduğunu göstərən hədis göstərin! Yəni həmin hədis sizə görə tam səhihdir və mütəni ləğv edir. Amma bir dənə!

1) Məhəmməd bin Əli Əli bin Əbu Talibdən -radıyallahu anhu- bunu eşidib: “Allahın Rəsulu -səllallahu aleyhi və alihi və səlləm- Xeybər günü müvəqqəti nigahı və eşşək ətini yeməyi qadağan etdi” (əl-Buxari 5/172; Müslim 4/134-135 və 6/63; Malik, səh 335; ət-Tirmizi 1121 və 1794; ən-Nəsai 6/125; Əhməd 1/79; əd-Darimi 1996).

2) Ər-Rabi bin Subra əl-Cuhani atasının belə dediyini rəvayət edib: “Rəsulullah -səllallahu aleyhi və alihi və səlləm- Məkkə fəth olunan il müvəqqəti nigahı qadağan etdi” (Müslim 4/133; Əbu Davud 2072-2073; ən-Nəsai “əl-Kubra”da 3809; Əhməd 3/404; əd-Darimi 2202).

3) Ər-Rabi bin Subra əl-Cuhani rəvayət edir ki, onun atası Peyğəmbərin -səllallahu aleyhi və alihi və səlləm- belə dediyini eşidib: “Camaat, mən sizə qadınlarla müvəqqəti nigah balamağa icazə vermişdim. Həqiqətən, indi Allah Qiyamət gününə qədər bunu qadağan etdi. Əgər sizlərdən kimsə bu cür nigahdadırsa, o qadını buraxsın və ona verdiyini geri almasın” (Müslim və İbn Macə rəvayət ediblər. Bax, “Müxtəsər Müslim”, 813 və şeyx əl-Albani “Səhih əl-Cami əs-Saqir”, 7887).

4) İyas bin Sələmə atasının belə dediyini rəvayət edib: “Rəsulullah -səllallahu aleyhi və alihi və səlləm- döyüş illərində üç dəfə müvəqqəti nigaha icazə verdi, sonra isə bunu qadağan etdi” (Müslim, 4/131 və Əhməd, 4/55).

5) Bir dəfə Ömər bin əl-Xəttab -radıyallahu anhu- xəlifə olarkən xütbə zamanı deyib: “Həqiqətən, Rəsulullah -səllallahu aleyhi və alihi və səlləm- bizə üç dəfə müvəqqəti nigaha icazə vermişdi, amma sonra o, bunu qadağan etdi. Allaha and olsun ki, kim evli olaraq müvəqqəti nigah bağlayıb Rəsulullahın -səllallahu aleyhi və alihi və səlləm- bunu qadağan etdikdən sonra yenidən icazə verdiyini təsdiq edən dörd şahid gətirməsə, mən onu daşqalaq (zinaya görə cəza) edəcəm” (İbn Macə, 1963).

6) Səlim bin Abdullahın rəvayətinə görə Abdullah bin Ömərə -radıyallahu anhu- deyiblər ki, İbn Abbas -radıyallahu anhu- müvəqqəti nigaha icazə verir. İbn Ömər -radıyallahu anhu- deyir: “Subhənallah! Güman etmirəm ki, İbn Abbas belə edə”. Adamlar bunu təsdiq edirlər. Onda İbn Ömər -radıyallahu anhu- deyir: “Rəsulullahın -səllallahu aleyhi və alihi və səlləm- sağlığında İbn Abbas hələ uşaq idi. Allahın Rəsulu -səllallahu aleyhi və alihi və səlləm- bunu qadağan etdi və biz zinakar olmadıq” (Abdur-Rəzzaq, “əl-Müsənnəf”, 7/502).

7) Cüveyra Malikin ona Əli bin Əbu Talibin -radıyallahu anhu- İbn Abbasa -radıyallahu anhu- belə dediyini rəvayət edib: “…Allahın Rəsulu Xeybər günü bizə müvəqqəti nigahı və eşşək ətini haram buyurdu” (Müslim, “əl-Cami əs-Səhih”,1407).

Bu Muslimdə "Nigah" babı və orada olan hədislər.
http://www.boxca.com/vkjgsnplang4/Muslim_ (Nigah_babı).doc.html

Bunlar sizə kifayət eləmir?

 
For_IslamTarix: Bazar, 22.03.2009, 17:58 | İsmarıc # 64
Çavuş
Qrup: Super moderator
İsmarıclar: 170
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Huzeyfa bir revaytei yaziram sizin kitabdan və sual verirəm:

Buxari Səid ibnil-Müseyyibə istinad edərək buyurur:

"Əli və Osman müt'ədə edilən ədalətsizliyə görə ixtilafda idilər. Əli buyurdu: Sən Peyğəmbərin etdiyi bir əməli qadağan etmək istəyirsən. Əli bu iki müt'ədə olan əməli görmədikdə, onların hər ikisinə özü əməl etməyə başladı". { Səhih-Buxari. Cild 2, səh 374. «Kitabul-Həcc». }

İndi xahiş edirəm konkret bu variantlardan birini seç:
1. Hz Əli (ə) -- nəuzu billah--- böyük günah etmişdir.
2. Müvəqqəti nigah halaldır
3. Səhih Buxari kitabı siz dediyiniz qədər səhih deyil.

Konkret cavab. əgər siz deyirsizsə haramdır, onda bu ziddiyət təşkil edir sizin hədislərlə-- yuxarıdakı da elə sizin hədisdir.

 
AdministratorTarix: Bazar ertəsi, 23.03.2009, 11:46 | İsmarıc # 65
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Əvvəla Müslimin nigah babında olan hədislərin bir qismində siğənin Ömər tərəfindən ləğv edildiyi deyilir, amma sizə sərf etmədiyinindən onları görmürsünüz. İkincisi də mən sizdən bir dənə amma səhih hədis tələb etdim, cürətiniz çatmadığından nə tapdınızsa təkrarən kopyaladınız, nə isə...

Həzrət Əlidən (ə) nəql olunan hədislərin batil olması sübut edilib, siz də bunun əleyhinə heç bir dəlil təqdim edə bilmədiniz. Bu ismarıca baxa bilərsiniz: http://islamiyyet.ucoz.ru/forum/10-125-1322-16-1237460297

Sizin yazdığınız hədislər gözümüzün qabağında ixtilaflıdır, birində Xeybər, digərin Məkkənin fəthi deyilir. Allahın elçisi (s) bir şeyi necə üç dəfə qiyamətə qədər qadağan edə bilər?!

Əhli sünnənin adlı-sanlı alimlərindən olan Siyuti və Qirmani “Tarixi xuləfa” və “Əxbarud-duvəl” kitablarında Ömərin “əvvəliyyatı” (kəşf etdiyi ilk işlər) haqqında yazmışlar:
«هو اول من سمّي اميرالمومنين و اول من كتب التاريخ من الهجرة .... اول من سَنَّ قيام شهر رمضان ... و اول من حرم المتعة...»
“O, ilk dəfə "Əmirül-möminin ləqəbi verilən və hicri tarixini qələmə alan şəxsdir. Təravih namazını ramazan ayında birinci dəfə sünnə (bidət) edən də odur. O, ilk adamdır ki, mütəni haram etdi” ("Tarixi Xüləfa", səh. 124; "Əxbarud-duvəl” Qiramin, 1-ci çap, Beyrut 1412 h.q.).

عن عمر انّه قال: «متعتان كانتا علي عهد رسول الله و انا انهي عنها و اعاقب عليهما متعة الحج و متعة النسآء»
Ömərdən nəql olunur ki, dedi: “Allah rəsulunun vaxtında iki mütə vardı. Mən onları qadağan edirəm və onlara əməl edənlərin cəzası var. O iki mütənin biri həcc mütəsi, digəri qadın mütəsidir” ("Tarixi Bağdad", c. 14, s.202; "Müsnəd Əhməd", c. 1, s. 52).

«عن عمران بن سواد قال صليت الصبح مع عمرفقرا سبحان و سوره معها ثم انصرف و قمت معه فقال احاجة؟ قلته حاجة قال فلحق قال فلحقت فلما دخل اذن لي فاذا هو علي سرير ليس فوقه شي فقلت نصيحة فقال مرحبا بالناصح عدوّا و عشيّا قلت عابت امتك اربعاً قال فوضع راس درته في ذقنه و وضع اسفلها علي فخذه ثم قال : هات قلت : ذكروا انك حرمت العمرة في اشهر الحج و لم يفعل ذلك رسول الله و لا ابوبكر و هي حلال قال هي حلال لو انهم اعتمروا في الشهر الحج رأو ها مجزية من حجهم فكانت قائبة قوب عامها فقرع حجهم و هو بهاء من بهاء الله و قد اصبت. قلت : و ذكروا انك حرمت متعة النساء و قد كانت رخصة من الله نستمتع بقبضه و نفارق عن ثلاث. قال ان رسول الله احلها في زمان ضرورة ثم رجع الناس الي السعة ثم لم اعلم احداً من المسلمين عمل بها و لا عاد اليها فالان من شاء نكح بقبضة و فارق عن ثلاث طالق و قد اصبت قال قلت و اعتقت الامة ان وضعت ذابطنها بغير عتاقه سيدها قال: الحقت حرمة بحرمة و ما اردت الا الخير و استغفر الله قلت و تشكو منك نهر الرعيه و عنف السياق قال: فشرع الدرّة ثم مسحها حتي اتي علي آخرها ثم قال: انا رميل محمد - و كان زامله في غزوة قرقرة الكدر- فوالله اني لارتع فاشبع و اسقي فأروي و انهز اللفوت و ازجر العروض و اذب قدري و اسوق خطوي و اضم العنود و الحق القطوف و اكثر الزجر و اقل الضرب و اشهر العصا و ادفع باليد لولا ذلك لاعذرت قال: بلغ ذلك معاوية فقال: كان و الله عالما برعيتهم...»
İmran ibn Səvad nəql edir:
- Sübh namazında Ömərə iqtida etdik. Sonra o, “Subhanə” və digər bir surəni qiraət edib namazı bitirdi. Birlikdə ayağa qalxdıq. O:
- Bir şey istəyirsən?- deyə soruşdu.
- Bəli,- deyə cavab verdim.
O:
- Bizimlə gəlsin,- dedi və mən onlara qatıldım. Mənzilə daxil olanda mənə içəri girməyə icazə verdi. Üstündə heç nə olmayan bir taxt üzərində əyləşmişdi. Mən:
- Nəsihətim var,-dedim.
- Sübh və şam nəsihət edənlərə mərhəba,- dedi.
- Ümmət sizdə dörd eyb tutmuşdur,- dedim. (Deyir: Şallağının bir ucunu çənəsinin altına, o biri ucunu budunun üzərinə qoyub ona dirsəkləndi) dedi:
- Davam et.
- Dedilər ki, sən həcc aylarında ümrəni haram etmisən. Lakin peyğəmbər və Əbubəkr bu işi görməmişdilər və bu iş halal idi,-dedim.
- Bu iş halaldır. Onlar ümrəni həcc aylarında yerinə yetirsələr bunu həccin yerinə biləcək və Məkkə il ərzində boş qalacaq (digər günlərdə heç kəs ümrə ziyarəti üçün gəlməyəcək) və cücəsiz qalan yumurtaya bənzəyəcəkdir. Həcc Allahın bəxş etdiyi bəha və nurdur (gözəllikdir). Mən yanılmamışam,- deyə Ömər cavab verdi. Mən:
- Sənin qadın mütəsini haram etdiyini də söyləyirlər. Bu Allahın bir rüxsəti (icazəsi) idi ki, biz bir ovuc buğda ya xurma müqabilində ondan bəhrələnirdik və üç gündən (və ya üç yaxınlıqdan) sonra ayrılırdıq,- deyə davam etdim.
Ömər:
- Allahın rəsulu onu zərurət və yoxsullulğun hökm sürdüyü bir zamanda halal etdi. İndi camaatın vəziyyəti yaxşılaşmış, rifaha və bolluğa üz tutmuşlar. Sonradan müsəlmanlardan kiminsə bu işi gördüyündən xəbərim yoxdur. Zəmanəmizdə kim istəsə bir ovuc buğda və ya xurma ilə evlənib, üç gündən sonra talaqla ayrıla bilər. Demək yanılmamışam,- dedi... ("Tarixi Təbəri", c 3, s. 290).

«عن سليمان بن يسار عن امّ عبدالله ابنة ابي خيثمه : ان رجلا قدم من الشام فنزل عليها فقال : ان العزبة قد اشتدت عليّ فابغيني امرأة اتمتع معها قالت : فدلته علي امراه فشارطها و اشهدوا علي ذلك عدولا فمكث معها ماشاءالله ان يمكث ثم انه خرج فاخبر عن ذلك عمر بن الخطاب فارسل الي فسألني احق ما حدثت؟ قلت : نعم قال فاذا قدم فاذنيني فلما قدم اخبرته فارسل اليه فقال: ما حملك علي الذي فعلته ؟ قال فعلته مع رسول الله ثم لم ينهانا عنه حتي قبضه الله ثم مع ابي بكر فلم ينهنا عنه حتي قبضه الله ثم معك فلم تحدث لنا فيه نهيا فقال عمر: اما و الذي نفسي بيده لو كنت تقدمت في نهي لرجتمك بينوا حتي يعرف النكاح من السفاح.»
Süleyman ibn Yəsardan (o da Umm Abdullah Əbi Xeysəmənin qızından) nəql olunmuşdur ki, Şamdan gələn bir kişi onun yanına gəldi və:
- Subaylıq mənə çox təsir edir. Bir qadın gətir, ondan (mütə etməklə) bəhrələnim, - deyə söylədi.
Mən ona bir qadın göstərdim. O, bir neçə adil şəxsi şahid tutaraq həmin qadınla evləndi. Allahın müqəddər etdiyi qədər orada qaldı. Sonra evdən çıxdı. Ömər ibn Xəttab bu işdən xəbər tutanda yanıma adam göndərib bu hadisənin nə qədər doğru olduğunu soruşdu. Mən, deyilənləri təsdiqlədim.
O, dedi:
- Hər zaman gəlsə, məni xəbərdar et.
Mən də həmin kişi yanıma gələndə Ömərə xəbər verdim. Ömər onu yanına çağırıb soruşdu:
- Bu işi görməyinə səbəb nədir?
- Mən Allahın rəsulunun zamanında bu işi gördüm və o həzrət dünyasını dəyişənədək məni bu işdən çəkindirmədi. Ondan sonra Əbubəkrlə idim. O da dünyadan gedənə qədər bu işə qadağa qoymadı. İndi səninləyik. Bizə bu haqda əmr və ya qadağa çatmamışdır.
Ömər dedi:
- Canım əlində olana and olsun əgər bundan öncə mənim qoyduğum qadağadan xəbər tutmuş olsaydın səni daşqalaq edərdim. Elan edin ki, mütə nikahı zina sayılsın.

Xahiş edirəm, bu yazdıqlarımı analiz edəsiniz, mən artıq sizə dəlil yazmaqdan yorulmuşam, siz isə hər dəfə təkrar o nöqsanlı hədisləri yazırsınız. Bir də siz "Sünəni Tirmizi"dən hədis yazanda, mən Tirmiziyə baxdım, orada belə bir hədislə rastlaşdım (Nigah babı, bölmə 29, hədis 1122):
İbn Abbasdan (r.ə.) rəvayət edilir ki, o belə demişdir: "Müvəqqəti nigah İslamın başlanğıc dövrlərində vardı..... Möminin 6 nazil olduqda bu cür nigah ləğv edildi".

Bu rəvayət açıq-açığa yalan deyilmi? Məgər Möminin 6 Məkkə ayəsidirsə necə olur ki, Mədinəyə Hicrətdən sonra Peyğəmbər (s) qısa müddətə də olsa siğəyə izn verir? Bu Quran ayəsinə zidd deyilmi?! Siz mənə bunu izah edin!


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
HuzeyfaTarix: Bazar ertəsi, 23.03.2009, 20:19 | İsmarıc # 66
Çavuş
Qrup: İstifadeçi
İsmarıclar: 100
Reytinq: 0
Xəbərdarlıq: 20%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote (For_Islam)
Huzeyfa bir revaytei yaziram sizin kitabdan və sual verirəm: Buxari Səid ibnil-Müseyyibə istinad edərək buyurur: "Əli və Osman müt'ədə edilən ədalətsizliyə görə ixtilafda idilər. Əli buyurdu: Sən Peyğəmbərin etdiyi bir əməli qadağan etmək istəyirsən. Əli bu iki müt'ədə olan əməli görmədikdə, onların hər ikisinə özü əməl etməyə başladı". { Səhih-Buxari. Cild 2, səh 374. «Kitabul-Həcc». }

Bu hədisi mən sən deyən yerdə tapmadım.Bəlkə sən tapasan?
http://www.boxca.com/mqffuu5e26sh/Kitabul_Hacc.doc.html
Mən burada həmişə çalışıram ki,sılka verim və istəyirəm ki,siz özünüz görəsiniz və məsələləri qarışdırmayasınız.Yadındadırsa sən bu sualı mənə verərkən mən sənə sual verdim ki,bu hədis nəyə aiddir,sən isə cavab yazmadın.İndi isə yenə bu hədisi mənasını bilmədən yazırsan.Hədisi mən türkcə yazıram.Hədis Muslimdədir.
Temettu'un Cevazı Babı

158- (1223) Bize Muhammedü'bnu'l-Müsennâ ile İbni Beşşâr ri­vayet ettiler, tbni Müsennâ dedi ki: Bize Muhammed b. Ca'fer rivayet etti. (Dedi ki) : Bize Şu'be, Katâde'den rivayet etti. (Demiş ki) : Abdul­lah î>. Şakîk şunları söyledi: Hz. Osman müt'ayı yasak eder, Alî ise ya­pılmasına, emir verirdi. Bunun üzerine Osman, Alî'ye bir söz söyledi. Sonra Alî:

. — «Vallahi bilirsin ki, biz Resûlüllah (SaUaîlahü Aleyhi ve Sellem) ile birlikte hacc-ı temettü' yapmışızdır.» dedi. Osman :

— «Evet ama biz korkuyorduk.» mukaabelesinde bulundu.

(...) Bana, bu hadîsi Yahya h. Habîh JEl-Hârisi de rivayet etti. (Dedi ki) : Bize tikV.,1 yâni İbnİ Haris rivayet etti. (Dedi ki) : Bize Şu'be bu İsnâdla bu hadîsin mislini haber verdi.

159- (...) Bize Muhammedü'bnul-Müsennâ ile Muhammed b. Beş-,şâr rivayet ettiler. (Dediler ki) : Bize. Muhammed b. Cafer rivayet etti. (Drdi kî) r Bize Şu«>o, Amr b. Mürra'dan, o da Saîd b. Müsoyyeb'deıı nak-Icit rivayet etti. Şöyle demiş: Alî ile Osman (RadiynUtıhü (inhiima) Usfân-ri:i biı yere geldiler, Osman müt'adnn yahut umreden nehyedîyordu. Alî:

— Peygamber (Sattallahü Aleyhi ve Sellemyin yaptığı bir işe karşı ne demek istiyorsun? Onu neden yasak ediyorsun? dedi. Osman :

— Bunu, bize sormaktan vazgeç, dedi. AH:

— Ben, seni bırakamam! mukaabelestnde bulundu. AH hunu caiz gördüğü için mtit'a ile Ömrenin ikisine birden niyetlendi.

Nevevî diyor ki: «Muhtar olan k^vle göre Hz. Osman "in yasak ettiği müt'a haceda mâruf olan temettu'dur. Hz. Ömer ile Osman. (Radiyallaküanhym ikisi de bundan tenzîhen nehyetmişlerdir.

Çünkü onlarca hacc-ı ifrâd daha faziletlidir.»

Hz. Osman'm «lâkin biz korkuyorduk.» sözünden muradı: Mekke 'nin fethinden Önce hicretin 7. yılında yapılan ömreye ait ola­caktır. .

Hadîs-i Şerif, ilmin yayılması lâzım geldiğine, bu hususta Ülü'1-Emir ve saire ile münazara yapılabileceğine ve müslünıana nasihat gerektiği­ne delildir.

Hacc-ı kıranı efdal görenler Hz. Alî 'nin bu fiili ile istidlal ederler.

Gördüyün kimi bu və yuxarıda verilən linkdə söhbət həcc mutasından gedir.Bu baradə hədislər çoxdur və söhbət fiqhi məsələdən gedir.Bilindiyi kimi Səhabələr fiqhi məsələlərdə ictihad ediblər.
Çıxartığın nəticə isə sizin əleyhinizədir.Əli (r.a) belə bir məsələdə susmur,bundan böyük məsələlərdə susur.
Əgər Buxari və Muslimə səhihliklərinə şəkk edirsənsə bil ki,sözsüz bunlar Quran kimi deyildirlər.Fəqət alimlər icma ediblər ki,tərtib olunma,sənəd və toplanma qaydalarına görə bu kitablar Qurandan sonra Səhih kitablardır.Əgər sən bir-iki hədisə şəkk gətirməklə bu Kitabları ləkələmək istəyirsənsə bil ki,bu üsulla bəziləri dərk etmədikləri Quran ayələrini göstərərək Qurana kölgə salmaq istəyində olurlar.Ona görə biraz ədalətli ol.

Добавлено (23.03.2009, 20:19)
---------------------------------------------
Hörmətli admin.Mən sizə bu baradə dəfələrlə yazmışam və qeyd etmişəm ki,bu muta işi ilk dövrlərdə olub və çoxsaylı hədislərə əsasən də Rasulullah (s.a.s) tərəfindən yasaqlanıb.Doğrudur bu yasaq tam şəkildə olmayıb (içki kimi).Səfərdə,yürüşdə ona müraciət ediblər və O,buna icazə verib.Qaldıkı Əli (r.a)-nin hədislərinə xahiş edirəm mənə alimin sözlərini gətirin,hər hansı bir yazıçının,qərəzli şəxsin şərhi burda keçərsizdir.Hədis sahəsinin alimləri var və bu elmdən başı çıxmayanlar bu sahə baradə gərək danışmasın.
Siz yenə tarix,siyər,hədis kitablarından səhih,zəif və s.rəvayətləri yarımçıq gətirib özbaşına şərh verirsiz.Əgər şərh vermək istəyirsinizsə bu sahəyə ümumi konteksdən yanaşın.Əgər orda-burda bir-iki rəvayət tapıb əldə şüar edəcəksinizsə heç nəyə nail ola bilməyəcəksiniz.Nisbət 90-nın 10-a olduqda siz hansı tərəfi qəbul edərdiz?Halbuki,mən Muslimin "Nigah babı" kitabının linkini yazmışdım.Bu babda bu məsələ baradə kifayət qədər hədislər var idi.
Bu baradə alimlərin qərarı dəlillərə əsasən yekdildir.İstəyirsiniz sizə siğəni yasaq edən sizin hədisləri yazım,biraz arşdırın.
Hurr al-Amili "Vəsail uş şia" kitabında rəvayət etdiyi kimi, imam Əli (r.a) deyib: "Peyğambər (sallalahu alayhi va alə alihi və səlləm) heybər günü ev eşşəyin əti ilə, müvəgəti nikəhı gadağan edib".(Ат-Туси "Ат Тахзиб" 2/185, Ат-Туси "Аль Истибсар" 2/142, "Васаил Уш Шиа" 14/144.)
Qazi əl-Məqribi (Şiə-ismaili) kitabında Əli bin Əbu Talibin –radıyallahu anhu- sözlərini xatırladır: “Gəlinin vəlisi və iki şahid olmasa nigah bağlamaq olmaz. Bir və ya iki dirhəmə, bir və ya iki günlük nigah bağlamaq olmaz. Bu – əxlaqsızlıqdır və nigahda əvvəlcədən heç bir şərt ola bilməz” (əl-Məğribi, “Daaim əl-İslam”, 2/227-229, hədis 858).
Əs-Siyaqi (zeydi-şiə), “Raud ən-Nadir” kitabında yazırdı: “İraq ilahiyyatçısı əl-Həsən bin Yəhya bin Zeyd, rəvayət edir ki, Rəsulullahın -səllAllahu aleyhi və alihi və səlləm- ailə üzvləri (əhli-Beyti) müvəqqəti nigahın qadağan edilməsində həmrəy idilər” (Əs-Siyaqi, “Raud ən-Nadir”, 4/26)
Rafizi (cəfəri) şeyxlər İbn İdris (“əs-Sərair əl-Hava”, səh 483), əl-Hur əl-Amili (“Vəsail əş-Şiə”, 14/456) və əl-Məclisi (“Bihar əl-Ənvar”, 100/318), İbn Əbu Umeyrin Xişam bin əl-Hakəmdən imam Cəfərin müvəqqəti nigah haqqında bu cür dediyini göstərən hədis rəvayət ediblər: “Yalnız əxlaqsızlar belə edirlər”.

İbn İdris (“əs-Sərair əl-Hava”, səh. 66) və əl-Hur əl-Amili (“Vəsail əş-Şiə”, 14/450) həmçinin rəvayət ediblər ki, İbn Sinan imam Cəfərdən müvəqqəti nigah barəsində soruşduqda o deyib: “Bununla öz ruhunuzu murdarlamayın”.
Əl-Məğribi (ismaili-şiə) “Daaim əl-İslam”, kitabında rəvayət edir ki, imam Cəfərdən müvəqqəti nigah haqda soruşurlar. O xahiş edir ki, bunu təsvir etsinlər, ona deyirlər: “Kişi qadına rast gəlib ona bir-iki dirhəmə, bir cinsi akt və ya bir-iki günlük müvəqqəti nigah bağlamağı təklif edir”. İmam deyir: “Bu - zinakarlıqdır və yalnız əxlaqsızlar bu cür hərəkət edirlər” (Əl-Məqribi, “Daaim əl-İslam”, 2/259, hədis 859).
Əl-Xəttabi “Məalim əs-Sünən” kitabında yazır: “Müvəqqəti nigahın qadağan olunmasıyla bə'zi şiələrdən başqa bütün müsəlman alimlər razılaşır. Buna hətta mübahisəli suallarda onların imam Əliyə -radıyAllahu anhu- və Peyğəmbərin -səllAllahu aleyhi və alihi və səlləm- ailə üzvlərinə istinad etmələri ilə də bəraət qazandırmaq olmaz. Belə ki, imam Əli bin Əbu Talibin -radıyAllahu anhu- müvəqqəti nigahın sonradan qadağan edildiyini xəbər verdiyi dəqiq mə'lumdur.
Mən sizdən siğənin Quran və Sünnəyə görə şətrlərini sizin yazmanızı istədim.Gözləyirəm.

 
ahmedTarix: Çərşənbə axşamı, 24.03.2009, 00:04 | İsmarıc # 67
Əsgər
Qrup: İstifadeçi
İsmarıclar: 7
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



huzyefa deyirsiz ki,
Quote
Səfərdə,yürüşdə ona müraciət ediblər və O,buna icazə verib.Qaldıkı Əli (r.a)-nin hədislərinə xahiş edirəm mənə alimin sözlərini gətirin,hər hansı bir yazıçının,qərəzli şəxsin şərhi burda keçərsizdir.Hədis sahəsinin alimləri var və bu elmdən başı çıxmayanlar bu sahə baradə gərək danışmasın.

yəni rəsul sas 3 günnük siğə etməye icazə verib?
yəni siz buna inanırsız?

ola bilməz ki,belə bir şey rəsul sas her dəfə qadağan etsin ?
özüvüzdə məndən yaxşı bilirsiz ki,şəhvətinə haqq qazandırmaq üçün insan nələrə əl atar,nələr uydurar?
ola bilməz ki, rəsul sas kiməsə bu işi halal etsin!
çünkü ,kimsə 3 günnük siğə edərsə ,ve sonra boşanarsa,sonra sən həmin o qadınnan yatarsansa, sonra 9 aydan sonra o qadının uşağının atası kim olduğu sual altına düşür?
yəni mən inanmıram ki,rəsul sas bunu halal etsin !
yəni olsada ən aşaği vaxtı 3 aylıq olmaliıdı,yəni yaxınlıqdan sonra ancaq 3 ay keçdikdən sonra boşanməaq olardı
 
For_IslamTarix: Çərşənbə axşamı, 24.03.2009, 01:10 | İsmarıc # 68
Çavuş
Qrup: Super moderator
İsmarıclar: 170
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote (Huzeyfa)
Bu hədisi mən sən deyən yerdə tapmadım.Bəlkə sən tapasan? http://www.boxca.com/mqffuu5e26sh/Kitabul_Hacc.doc.html

http://islamiyyet.ucoz.ru/forum/10-125-808-16-1232873310 Bu ssilkaya bax onda. maraqli olar rolleyes faktlarla
 
MUSLIM__BOYTarix: Cümə, 17.07.2009, 20:15 | İsmarıc # 69
Əsgər
Qrup: İstifadeçi
İsmarıclar: 2
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Həmd ancaq Allahadır, Ona həmd edir, Ondan yardım və məğfirət diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən Allaha sığınırıq. Allah kimi hidayətə yönəltmişsə, onu heç kəs azdıra bilməz, kimi də azdırmışsa, heç kəs onu hidayətə yönəldə bilməz. Mən şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur. O, təkdir, şəriki də yoxdur və şəhadət edirəm ki, Muhəmməd onun qulu və elçisidir.

es selemu aleykum.sade bir sual.nece gunlerdir siz ozunuzu burda yorursuz.men size burda subut getiren deyilem.cunki hami bilir ki "rafidium"kelmesi kime samil olunur.haqqi qebul etmeyene qatiq ag olsada subut etdire bilmersen.diqqet buraya.

sigeni qebul edenler SUALIMA CAVAB VERIN:
"HANSINIZ RAZISIZ KI SIZIN ANANIZLA BACINIZLA SIGE ETSINLER???" BU SUALA CAVAB VERIN HER SHEY AYDIN OLSUN.DAHA SONRA SIZE OZ (CEFERI)-RAFIZI KITABLARINIZDAN SUBUT GETIRECEM.ONCE BU SUAL[color=green][size=11]

Прикрепления: 4395740.jpg(48Kb)
 
AdministratorTarix: Şənbə, 18.07.2009, 12:50 | İsmarıc # 70
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote
sigeni qebul edenler SUALIMA CAVAB VERIN:
"HANSINIZ RAZISIZ KI SIZIN ANANIZLA BACINIZLA SIGE ETSINLER???" BU SUALA CAVAB VERIN HER SHEY AYDIN OLSUN.DAHA SONRA SIZE OZ (CEFERI)-RAFIZI KITABLARINIZDAN SUBUT GETIRECEM.ONCE BU SUAL[color=green][size=11]

Bu sualın cavabını sizin əqidə yoldaşlarınıza dəfələrlə vermişik. Deyəsən bu sual artıq kif iyi verir axı. Həmçinin də buradan təkrar olaraq və sonuncu dəfə deyirəm: Kim bir də bu sualı ünvanlasa flud qəbul olunacaq və % alacaq.

Vəhhabi dinində necə olduğunu bilmirik, amma İslam dinində dini hökmlər insanların qeyrət hissləri ilə müəyyən olunmur. Məsələn, hansınız 17 yaşlı bacınızın 65 yaşında əli əsən bir kişiyə ərə getməsinə razı olar? Halbuki İslam bu nigaha icazə verib!
Müvəqqəti nigahın caizliyi Quran və məsumların səhih hədisləri ilə sübut olunub. Maraqlıdır ki, deyəsən öz səhihlərinizdən gətirilən rəvayətlər gözünüzü doyurub, indi də şiə mənbələrində axtarışa keçmisiniz? cool Amma məlumat üçün indidən deyim ki, başqa saytlardan kopyalamayın, özünüzü gülünc vəziyyətə salmayın!


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
İslamiyyət forumu » İslam » Məzhəblər, Firqələr » Müvəqqəti nigah (Onun islama xeyri ve zereri)
Страница 4 из 4«1234
Поиск:

Müstəqil İslam saytı © 2017
Конструктор сайтов - uCoz