slam dünyasının tanınmış alimlərindən olan M.H.Fəzlullah İsraillə hər cür əməkdaşlığın haram olması haqda fitva verib. “Tarixin hüdudları içində qalan Fələstin İslam torpağıdır. Heç kim bu torpağı düşmənə güzəştə getmək haqqına sahib deyil. İsraillə hər cür əməkdaşlıq haramdır. Bu, bütün müsəlmanlara aid bir fitvadır”, - deyə alim bildirib. İslam dünyasının öndə gələn elm mərkəzləri olan Əzhər, Mədinə, Nəcəf və Qum alimlərinə müraciət edən Fəzlullah onları İslam dünyasını hərəkətə gətirmək üçün mühüm addımlar atmağa çağırıb.
/timeturk/
/azerimuslims/