İslam nəzərində qalstuk taxmağın hökmü nədir? Bəhcət: Özünü yadlara oxşatmaq ehtiyatın əksinədir. İstifta.
Təbrizi: Mömin şəxs üçün layiq deyildir ki, onu möminlərin şənindən çıxaracaq paltarlar geysin. İstifta.
Xamenei: Ümumi şəkildə qalstuk, yaxud qeyri-müsəlmanlara məxsus olan paltar sayılan şeyləri geymək, belə ki, onların geyilməsi yadların azğın mədəniy¬yət¬lərinin yayılmasına səbəb olarsa, caiz deyildir.
Əcvibətül-İstiftaat, cild, 2, sual 300 və istiftadan istifadə etməklə.
Sistani: Öz-özlüyündə onun haramlığına heç bir dəlil yoxdur. İstifta.
Fazil: Qalstuk məsihilərə aiddir və onların şüarıdır. Buna görə yaxşı olar ki, müsəlmanlar ondan çəkinsinlər. Baxmayaraq ki, onun müsəlmanlar arasında yayılması nəticəsində bu yöndən xaric olmuşdur.
"Camiül-məsail", 253 və 2237-ci məsələlər.
Məkarim: Bizim ölkə kimi mühitlərdə qalstukdan istifadə etmək işkallıdır, lakin ümumi və adi bir paltar hesab olunan ölkələrdə eybi yoxdur. İstifta.